Qarabağ əlili Zaur Həsənovun özünü yandırması və baş verən hadisə fonunda yaranan ajiotaj hakimiyyəti ciddi təlaşa salıb. Bu barədə Moderator.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, məlum olaydan sonra icra başçılarına sərt xəbərdarlıq olunub: “Prezident Administrasiyası hesab edir ki, bu cür olayların meydana gəlməsi hər şeydən öncə icra başçılarının rəhbərlik etdikləri şəhər və rayon ərazisində məskunlaşan əlil və veteranların probleminə biganə qalması ilə bağlıdır. Administrasiya yetkililəri hesab edir ki, əgər yerli icra orqanları bu məsələyə lazımi diqqət yetirsə, o zaman bu cür arzuedilməz olaylar meydana gəlməz. Bu səbəbdən də Prezident Administrasiyası bütün icra başçılarına qxəbərdarlıq edib. Xəbərdarlıqda bildirilir ki, bundan sonra hansısa əlil, müharibə veteranı və ya şəhid ailəsi özünə qəsd edərsə, o zaman həmin rayonun icra başçısı sərt şəkildə cəzalandırılacaq”.