Valideynləri 2 yaşlı körpəni qonşuya atıb YOXA ÇIXDILAR – Bakıda dəhşətli OLAY
1295
05 Oct 2021 | 12:26

Valideynləri 2 yaşlı körpəni qonşuya atıb YOXA ÇIXDILAR – Bakıda dəhşətli OLAY

Azərbaycanda 2 yaşlı oğlan uşağı valideynləri tərəfindən qonşuya atılıb. 

Bu barədə məlumatı Bizim.Media-ya “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova verib.

Onun sözlərinə görə atılmış uşaq bu gün səhər saatlarında Birliyin sığınacağına gətirilib:

“Ailəsi 2 yaşlı uşağını qonşuya müvəqqəti baxması üçün verib. Bir neçə gün keçəndən sonra qonşu uşağın atasına azyaşlını götürmələri üçün zəng edib. Atası isə mənə uşaq lazım deyil deyib. Anaya isə zəng çatmır”.

Mehriban Zeyanalova əlavə edib ki, azyaşlının ailəsinin axtarılması ilə bağlı araşdırmalara başlanılıb:

“Ailə Nəsimi rayonunda yaşayır. Valideynlərini axtarırıq. Uşaq tam sağlamdır və hazırda sığınacaqdadır”, deyə hüquq müdafiəçisi əlavə edib. 

Alçina Amilqızı, Bizim.Media

Link kopyalandı!
Son xəbərlər