Zahid Oruc yenə müxalifəti qılıncladı
Müsahibə
Oxunub: 2410
23 Jan 2014 | 13:13
Zahid Oruc yenə müxalifəti qılıncladı

Moderator.az millət vəkili Zahid Orucun Gün.Az-a müsahibəsini təqdim edir:

- Zahid bəy, bildiyiniz kimi, son günlər AXCP ilə Müsavat arasında münasibətlər yenidən gərginləşməkdə, hətta, düşmənçilik səviyyəsinə qalxmaqdadır. Hər iki tərəf bir-birini ən amansız və sərt şəkildə ittiham etməkdədir. Məsələn, “Yeni Müsavat”ın dünənki sayında AXCP sədri Əli Kərimli növbəti dəfə maliyyə maxinasiyasında ittiham olunub. Siz bu haqda nə deyərdiniz?

- Çox müsbət haldır ki, bu informasiyalar məhz seçkidən öncə özünün vahidliyini iddia edən qüvvələrin özü tərəfindən gündəmə gətirilib. Müsbət hal dediyim də o anlamda deyil ki, mahiyyətcə onların bir-birini zəiflətməsi bütövlükdə hakimiyyətin və onun maraqlarını müdafiə edənlərin xeyrinə işləyir.

Yox, əsl həqiqətin meydana çıxmasına təsir göstərmədən həqiqi siyasi fəaliyyət heç zaman mümkün olmayacaq. Əksər hallarda çirkli pulların siyasətə gətirilməsi ümumən normal ictimai fikir mübadilələrinin, platformaların ortaya çıxmasını əngəlləyir. 90-cı illərin əvvəllərində də belə idi, ondan sonrakı zamanlarda da biz bunun şahidi olmuşuq.

Bu mənada AXCP və Müsavat arasında, xüsusilə də Əli Kərimlinin personasına yönəlik ittihamların məhz iqtidar cinahından qaynaqlanması versiyaları tamamilə absurddur və bunun heç bir əsası yoxdur. Çünki hər qüvvənin meydana çıxmasının özü, onların bu dövr ərzində 20 illik fəaliyyəti bir-birinə qarşı kəskin münasibətlər üzərində qurulub.

Hətta biz deyirik ki, onların məhəkdaşı bir-birinə acığın, hirsin, qəzəbin və düşmənçiliyin əsasında meydana gəlib. Odur ki, burada üçüncü bir qüvvənin - istər hakimiyyət, istərsə də hansısa bir xarici dairə olsun, marağı o qədər önəm daşımır, nəinki Əli Kərimli ilə İsa Qəmbərin, o cümlədən onların mənsub olduğu təşkilatların bir-birinə patoloji nifrəti ortadadır.

Əli Kərimli ümumən ötən müddət ərzində xarici qüvvələrin öz çevrəsində yaratdığı QHT-lər vasitəsilə ən çox maliyyə yardımı almış şəxsdir. Rauf Arifoğlu bildirəndə ki, bu mübarizəni Əli Kərimli daha artıq dərəcədə ona görə aparır ki, o müxalifət birincisi olmaqla hakimiyyət uğrunda mübarizə deyil, daha çox xarici himayə qazanmaq istəyir, tamamilə haqlıdır.

Elə məsələnin bu nöqtəsində şübhə yeri yoxdur. Məhz ona görə Əbülfəz Elçibəydən sonrakı dövr Xalq Cəbhəsinə hüquqi varis axtaranda Müsavat tərəddüd etmədən Klassik Xalq Cəbhəsini seçmişdi...

- Bəs sonradan Müsavatın Əli Kərimli seçimi, onun rəhbərlik etdiyi təşkilatla müttəfiqliyə üstünlük verməsi nə ilə əlaqədar idi?

- Bilirsiniz, burada konyuktur maraqlar rol oynadı. Yəni, sonradan konyuktur maraqlar onları belə bir qərara gətirmişdi ki, təzədən Əli Kərimlini də bir qüvvə kimi tanısınlar. Mən elə hesab edirəm ki, 2009-cu ildə özünün siyasi böhran durumundan çıxmaq üçün Əli Kərimli əldə etdiyi çox fürsətkeş bir vəziyyəti İsa Qəmbərin ziyanına işlədərək 4-5 il bundan faydalana bildi.

Qurultaylarında birləşmək fikrini göydə yaxalayan Xalq Cəbhəsinin rəhbəri o dövr tam təcrid olunmuş, heç bir imkanı olmadığı şəraitdə Müsavatın və “Yeni Müsavat”ın tribunasından yetərincə faydalandı. İndi bu gün ona salam verməyəcəyini söyləyən “Yeni Müsavat” qəzetinin rəhbərliyi və onun yazarları əsasən daha çox o mövqedə görünür, yanğılarını ifadə edirlər ki, Əli Kərimlinin təzədən onlara, öz personasına müəyyən bir güc yığması, həm də bu qüvvələrin verdiyi imkanların hesabına olub.

Sonuc olaraq mən elə hesab edirəm ki, əslində bu qüvvələrdən ən yaxın çevrədə çox böyük narazılıqlar var. Sadəcə, onların iqtisadi imkanları yoxdur ki, yeni bir partiya kimi meydana çıxsınlar. Müsavatın hazırkı dönəmdə öz qüvvələrini tamamilə Milli Şuradan və cəbhəçilərdən ayıraraq, fərqli bir platforma seçməyə doğru yönəltməyindən və bundan sonrakı dövrdə hakimiyyətlə münasibətlərini necə qurmağından asılı olaraq həmin partiyanın taleyi həll olunacaq. Mənim bu fikrimi ötən günlərdə Milli Şuranın müzakirələrində də bir-birinə ittihamlarda istifadə edən şəxslərə bir daha yeni ismarış verirəm ki, müxalif qüvvələr həqiqətən də yeni bir partiyaya mübtəladırlar...

- Nəyə görə?

- Mən bunu bir az obrazlı söyləyirəm. Çünki illər ərzində onların əsarətində inləyən şəxslər ənənəvi mövqedə qalmaqda maraqlı deyillər və nə 2015-ci il amili, nə də başqa hədəflər təzədən həmin qüvvələri birliyə gətirməyəcək. Və sonuncu bir fikrimi də söyləmək istəyirəm. Cəmil Həsənlinin personasını seçki dövründə həddən artıq müxtəlif təsirlərlə şişirdən, ona siyasi dopinqlər qatanlar, onun timsalında birləşdirici fiqur kimi harizmatik bir keyfiyyətdə lider görənlər nədən indi bu Cəmil Həsənlinin timsalında birləşmirlər?

Niyə biz onda söyləyəndə ki, onun nəinki hakimiyyət perspektivi yoxdur və ya “ən məhdud çərçivəli kəsləri də belə vahid ideallar ətrafında bir araya gətirə bilməz” sözü süngü ilə qarşılanırdı? İndi həmin bəyanatlar onların bir-birinin müharibəsində istifadə olunur. Bu da biz söyləmirik ki?! Ona görə hesab edirəm ki, Əli Kərimlinin maliyyə maxinasiyaları bu gün yada düşməyib. Sadəcə, onların arsenallarında o kartotekalarda yığılan sənədlərdir. İstədikləri zaman, yəni, maraqları tapdalananda bir-birinə qarşı savaşda istifadə edirlər.

Ancaq müxalifətin arasındakı bu dava, onların mehriban düşmən vəziyyəti Azərbaycan insanını doğrudan da maraqlandırmır. Siz sosial şəbəkələr mühitində bunların münasibətlərinə verilən şərhləri izləsəniz görəcəksiniz ki, gənclik, hətta, bu hakimiyyətin mövqeyini bölüşməyənlər belə, müxalif cinahdan, cəbhədən tam ayrılaraq yeni bir xətdə, yeni bir platformada öz düşüncələrini bölüşür. Yəni, artıq bu gəncliyin müxalifətə heç bir aidiyyəti yoxdur.

- Müsavatın AXCP və ona meyilli qüvvələr tərəfindən hakimiyyətlə separat danışıqlarda, 2015-ci il seçkiləri ilə bağlı işbirliyində ittiham olunmasına münasibətiniz necədir?

- Ümumiyyətlə, düşünürəm ki, bu mövqeləri dilə gətirənlər siyasi vitrində alverə ən çox hazır olanlardır. Yəni, bu gün həmin cəbhənin, həmin barrikadanın əsas simaları hamısı ticari sövdələşməyə, belə demək mümkündürsə, amadədirlər, yəni, o naturada real xidmətlərini təklif edirlər.

Bu mənada Müsavatın məqsədli olaraq suçlandırılması həmin cinahı təmiz, əməli-saleh bir qiyafədə götürməkdən irəli gəlmir. Bunu iddia edənlər özləri əslində “biz daha yaxşı satıla bilərik” ismarışını qəzet səhifələrinə çıxararaq, hakimiyyət dairələrinə öz “xidmətlərini”, “mövqelərini” təqdim edirlər.

Əslində isə hamı bilir ki, bu gün 100 manatlıq müxalifətçi də var, başqa, yəni, qiyməti olan insanların da mövcudluğu şübhə doğurmur. Hakimiyyətin Müsavatı satın almasına, onunla separat işbirliyi ilə müqavilə bağlamasına, 2015-ci il seçkiləri öncəsində hansısa özəl, əlahiddə danışıqlarına da ehtiyacı yoxdur.

Həqiqətən müxalif qüvvələrin siyasi sistemdə bu qədər zəifləməsi fonunda heç bir iqtidar bunları bir qüvvə sahibi kimi tanımaz. Ancaq məsələnin başqa tərəfi var, mən çox arzulayıram ki, Müsavat qaragüruh mövqeyindən tədricən çıxsın və müxalifəti tam ayrı yönə aparan dairələrdən tamamilə ayrılsın. Bu, əslində onların müsavatçılıq ideallarına, yəni, əsrin əvvəllərindəki təsanüd nəzəriyyəsinin prinsiplərinə qayıtması demək olardı.

Yoxsa, bu, sadəcə adın götürülməsidir. Məhəmməd Əmin Rəsulzadənin mənsub olduğu müsavatçılıq dünyagörüşü ilə, dünyagörüşü sistemi ilə indikinin arasında o bərabərlik də qoyulmayacaq. Bu mənada həmin təşkilatın hakimiyyətlə münasibətlərini normal bir səviyyədə tənzimlənməsi və ölkədə yürüdülən müsbət işləri tanıması, paralel şəkildə tənqidi mövqelərini də ortaya qoyması ümumi vəziyyətə təsir göstərərdi, həmçinin, müxalifətçilərin o bəlli hissəsinin də maraqlarını tamamilə inkar etməyə şərait yaradardı. Yəni, Müsavatı zorən, məcburən radikallığa vadar edənlər özləri əvəzində hakimiyyətin istənilən bir mandat, yaxud da başqa bir şəraitdə mövqelərinə, sözünə, fikirlərinə məmnuniyyətlə, razılaşardılar.

Ona görə zənn edirəm ki, məsələ yer davasıdır. Yəni, bu gün istənilən bir şəxsin timsalında o birlik alınmadığından bunlar hamısı bilirlər ki, ən yaxşı iş özünü hansısa bir səviyyədə başqasına təqdim etməkdir.

Oxşar xəbərlər
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
GÜNLÜK
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 13:59
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
28 Mar 2024 | 14:10
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
28 Mar 2024 | 14:30
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
28 Mar 2024 | 14:10
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 13:59
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
28 Mar 2024 | 14:10
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
28 Mar 2024 | 14:30
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
28 Mar 2024 | 14:10
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"