Türkiyədə olan hadisələri yaxından izləyib, dərindən analiz edirəm. Türkiyənin indiki siyasəti gündəmi çox gərgin keçir. Hökümət içərisində çəkişmələr, istefalar dəvam edir. Hər gün demək olar ki, bir millət vəkili istefa edir. Bütün bu hadisələrin kökü dayanır 17 Dekabr rüşvət əməliyyatına. O əməliyyat Türkiyə tarixinə yazılacaq bir hadisədir.
İndiki hakimiyyət ilə rəqib olan Fətullah Gülən Cəmaatı Ərdoğan və onun partiyasını bərk topa tutub. Gündə bir telefon danışığı üzə çıxır. Millət vəkillərinin istefa etməsi, əmir olduğunu deyir Ərdoğan. Fətullah Gülən Cəmaatı neçə illərdir ki iqtidarın içinə girib, şəxsi kəşfi məlumatlar öyrənirmişlər. Bir neçə nazirin, vəkillərin və hətta Ədoğanın evi dinlənirmiş. Yaxın günlərdə Ərdoğanın evindən çıxan dinləmə cihazı, böyük səs-küy yaratdı.
Paralel dövlət Türkiyədə böyük kök salıb. Ərdoğan bu paralel dövləti aradan qaldırmaq üçün hakimiyyəti güclü nəzarətə götürüb. Paralel dövlət ilə güclü rəqabətə girib. Prokurorlara, vəkillərə, hakimlərə yeni qayda qanunlar qoyur. Bilirsiniz ki,17 dekabr əməliyyatında bir neçə hakimlərin, vəkillərin əli var idi. Və o üzdəndə bu tədbirləri görür. Özəl səlahiyyətli məhkəmələri aradan qaldırmaq üçün tədbirlər görünür.
Yaxın vaxtlarda Türkiyədən Suriya bölgəsinəvə terror qrupunu göndərilən içi dolu silahlı “TIR"lar saxlanımışdı. Bu hadisə Türkiyənin Suriyada terror qrupuna yardım etdiyini aydın şəkildə görsətdi. “TIR"ın içində Suriyaya insani yardım aparıldığnı deyərək Ərdoğan bu olaya belə şərh vermişdir. “TIR"ı saxlayan polis rəisləri, polislər sərt cəzalandı. Ərdoğan: “TIRlar mənim əmrim olmadan saxlanılması qanunsuzluqdur deyərək, həmin vaxt “TIR” dövlətin əmrində idi deyir.
Ərdoğanın keçən həftə İrana səfər etməsi və orada İran bizim ikinci evimizdir deməsi çoxlarını təəcübləndirdi. Təəcübləndirici olan budur ki, İran Bəşər Əsəd tərəfdarıdır və ona yardım edir deyə Türkiyə İranı günahlandırdı. İndi isə İrana ikinci evimizdir deyir. Bunun bir neçə səbəbləri ola bilər. Məsələn bulardan biri məncə, Türkiyənin Avropaya üzv olması üçün qonşu ölkələrlə yaxşı münasibətdə olması və sıx ticarət əlaqələri qurması Avropaya üzv olmasının birinci şərtlərindən biridir. Bir tərəfdən isə Suriyadakı terror qrupuna yardım etməsi, Avropaya üzv olmasına imkan verməyəcək. Terror qrupuna yardım etməsi, beynəlxalq münasibətlərə ziddir.
Türkiyənin başı hakimiyyət içərisində qırğına qarışıb. Və Türkiyə hakimiyyətindəki bu qarışıqlıqdan istifadə edənlər var. Fürsətci bölücülər rahatca işlərin görür.
Seymur Süleymanov