Özünü avtobusun ikinci mərtəbəsindən atdı, məhkəməlik oldu (VİDEO)
Londonda şəhərdaxili avtobusa yerləşdirilmiş müşahidə kamerası 38 yaşlı kişinin özünü ikimərtəbəli avtobusun ikinci mərtəbəsindən atmasını çəkib.
Moderator.az Böyük Britaniyanın “Metro” qəzetinin internet saytına istinadən bildirir ki, kişi ayaqları ilə avtobusun birinci mərtəbəsinin pəncərəsini qırmağa çalışıb. Amma qəzetin yazdığına görə, kişi zərbəni elə güclü vurub ki, öz müvazinətini saxlaya bilməyib və şüşə ilə birlikdə 3 metrlik məsafədən yerə düşüb. Həmin dəqiqələrdə avtobus hərəkətdə olub və hərəkətini dayandırmayıb.
Sərnişinin onurğa sümüyü zədə alıb və yəqin ki, bundan sonra gəzə bilməyəcək. Hadisə arxadan gələn avtobusun müşahidə kamerası tərəfindən qeydə alınıb. "BBC"nin məlumatına görə, 38 yaşlı kişi hadisədən beş gün sonra tutulub. Kişini xuliqanlıqda günahlandırıblar, amma məhkəmə onu günahsız sayıb.
O, indən belə bacısının himayəsində yaşayacaq.








