İlham Əliyev öz komandasına arxayın deyil”
Oxunub: 4495
10 Feb 2014 | 11:31
İlham Əliyev öz komandasına arxayın deyil”

Bir müddət əvvəl Milli Şuradan təmsil olunduğu partiyadan istefa verən AXCP sədrinin keçmiş müavini və 

"Xalq Arzusu" Hərəkatının rəhbəri Asəf Quliyev Moderator.az-a müsahibə verib, onu oxuculara təqdim edirik: 

-Milli Şuradan ilk Siz istefa verdiniz və bundan sonra istefaların ardı gəldi. Görünür, ayağınız yüngül imiş...

-Burada ayağın yüngüllüyünün məsələyə dəxli yoxdur.Əslində Milli Şuranın taleyi mən getməmişdən əvvəl də artıq bəlli idi.Rüstəm İbrahimbəyovun namizədliyi məslələsində problemin yaranması, Milli Şuranın öz içərisində vahid namizəd məsələsinin həll olunmasında çətinliklərin yaşanması, vahid namizədin vaxtında müəyyənləşdirilməməsi hətta seçkidən bir ay öncə bu qurumun gələcək taleyi haqqında birmənalı fikir yürütməyə imkan verirdi. Sözsüz ki, mən də bunu görürdüm və ona görə də istefa verəndən sonra müəyyən qədər əleyhimizə danışsalar da zaman-zaman proseslərin gedişində bəlli oldu ki, bizi qınayanlar tələsiblər. Təbii ki, Milli Şuranın daxilində baş verənlərin bu qurumu tezliklə çıxılmaz böhrana sürükləyəcəyini tək mən yox, çoxları görür və hətta dar çərçivədə dilə gətirirdi. Ancaq bu adamların çoxu sanki fövqəladə nəsə baş verə biləcəyi ehtimalına özlərini inandıra bilmişdilər. Mənsə hər zaman doğru bildiyim məsələdə qərar verib risk etməyi sevirəm və bu addımı atdım.

-Növella Cəfəroğlu da Strasburqdan bir xəbər gətirib ki, guya Avropa Şurasında Milli Şuranı bu gün də Rusiyanın projesi hesab edirlər...

-Bu barədə müxtəlif fikirlər var. Mən birmənalı şəkildə Milli Şuranın Rusiyanın projesi adlandırılmasını qəbul etmirəm. Sözsüz ki, 2013-cü ilin lap əvvəllərindən istər Qərbin, istərsə də Rusiya və İranın Azərbaycana münasibəti tamamilə fərqli idi. Bütün bu güclər də 2013-cü il seçkilərində özlərinə sərf edən qərarların əldə edilməsi üçün yaranmış fürsətdən maksimum bəhrələnmək üçün hərəkətə keçmişdilər. Rusiya isə xüsusilə canfəşanlıq göstərirdi. Amma bütün bu maraqlar heç də o demək deyildi ki, MŞ tam tərkibdə Rusiyanın projesi idi. Təbii ki, bu cür iddiaların meydana çıxmasında əsas amil kimi MŞ sədri Rüstəm İbrahimbəyovun Rusiyaya bağlı adam olması idi. Mənsə bu cür düşünmürəm. Əslində MŞ nın yaranması da müxalifəıtin bir uğuru idi. İlk dəfə olaraq Azərbaycan müxalifətinin demək olar ki, bütün spektrlərini əhatə edən qüvvələr bir araya gəlmişdi. Tutaq ki, buna qədər heç vaxt İslam Partiyası müxalifətin birliyidə işirak etməmişdi. Bir sözlə, orda həm sağlar vardı, həm sollar. Yəni MŞ ilk dəfə bu cür rəngarəng bir tərkibdə formalaşmışdı. İyunun sonunadək ölkədə siyasi aktivlik həddindən artıq yüksəlmişdi. Təbii ki, bu aktivliyi Azərbaycanda maraqları olan ölkələrin burdakı diplomatik nümayəndələri də görürdü, onlar da bu prosesdən öz maraqları naminə istifadə etməyə çalışırdı. Ancaq bir daha təkrar edirəm ki, MŞ-nı hər hansı bir dövlətlə əlaqələndirmək tamamilə yanlışdır. Ancaq sözsüz ki, burada Rusiyanın marağı daha çox idi və bizim də bundan xəbərimiz vardı. Digər tərəfdən, mən Rusiyanın bir “xoxan” kimi təqdimatının da əleyhinəyəm. Biz istəsək də, istəməsək də bu ölkəylə qonşuyuq, hakimiyyətdə hansı qüvvənin olmasından asılı olmayaraq biz Rusiya ilə iqtisadi cəhətdən daha sıx əlaqəliyik. Azərbaycanda hakimiyyət dəyişikliyi baş versə belə, Rusiya ilə əlaqələrin indikindən də yüksək səviyyəyə qaldırılması hər iki dövlətin maraqlarına xidmət edər. Xüsusilə də Qarabağ münaqişəsi faktoruna görə də Azərbaycan Rusiya ilə isti münasibətlərin qorunmasına məcburdur. Bu baxımdan istər iqtidarın, istərəsə də müxalifətin Rusiya ilə münasibətlərə önəm verməsində məncə qəbahət axtarmağın özü qəbahətdir. Sizə bir məqamı deyim. Seçkidən sonra iqtidar mətbuatında və telekanallarda az qala iki ay boyunca İlham Əliyevə Qərbdən, ayrı-ayrı ölkələr və beynəlxalq təşkilatlardan gələn təbrik məktubları böyük həvəslə təqdim edilirdi. O zaman həmin məntiqlə gərək iddia edək ki, İlham Əliyev Avropa və Amerikanın adamıdır, bu qüvvələrin təsiri altındadır.

-Rəsul Quliyev Cəmil Həsənliyə məsləhət görüb ki, nüfuzunu xərcləyib qurtarmadan MŞ-dan çıxıb getsin.

-Məsələyə bu cür yanaşmanı qəbul etmirəm. Tutaq ki, lap sabah Cəmil Həsənli bu qurumdan getdi. Dünya dağılmayacaq ki. Yaxud Cəmil Həsənli kənara çəkilib indikindən artıq nüfuz əldə edəcəkmi? Təbii ki, MŞ-nı xeyli tərk edənlər var və etiraf edilməlidir ki, bu qurum yaranarkən qarşısına qoyduğu o birliyi itirdi. Bu baxımdan təbii ki, MŞ əvvəlki simasından xeyli fərqli format alıb. Ancaq nə bilmək olar, ola bilər ki, MŞ bələdiyyə seçkilərində də olmasa parlament seçkilərində  bu gün qarşıdurma vəziyyəində olan qüvvələrlə yenidən bir araya gələ bilsin. Bunu ötən seçki dönəmlərində dəfələrlə görmüşük və heç heyrətlənməmişik də.

-Prezident İlham Əliyevin fevralın 5-də müxalifətin ünvanına kəskin ifadələr işlədərək 9 oktaybar seçkilərinin onların sonu və rəzalətin zirvəsi adlandırması son 5 gündə medianın başlıca mövzusuna çevrilib. Artıq müxalifət anladı ki, iqtidarla müxalifət arasındakı körpü birdəfəlik yandırıldı və siyasi dialoq mövzusu gündəmdən çıxdı...

-İndiyə qədər iqtidarla müxalifət arasında körpü var idi ki, onu da yandırsınlar? Olmayan şeyi necə yandırmaq olar? Yaxud siyasi dialoq mövzusu illərdi dartışılır. Amma bu addımı atmalı olan hakimiyyətin davranışları belə düşünməyə əl yeri qoydumu bu günədək? Kimsə 93-dən üzü bəri iqtidarla müxalifət arasında siyasi dialoq adlanıdırıla biləcək bir epizod deyə bilərmi? Kİmsə 2001-ci ildə Heydər Əliyevin parlamentdəki məhşur toplantısının adını çəkə bilər. Belə düşünənləri icazə verin ciddiyə almayaq və bir daha deyirəm ki, bu hakimiyyətin kitabında siyasi dialoq termini heç vaxt olmayıb. Konkret prezidentin müxalifətin ünvanına səsləndirdiyi ittihama gəlincə isə xatırlatmaq istəyirəm ki, 2008-ci ildə də o belə məzmunda fikirlər səsləndirmişdi. Amma bütün bu fikirlərə baxmayaraq nəinki biz və dünya, elə İlham Əliyevin özü də gördü ki, 2013-cü ildə müxalifət necə böyük bir güc kimi ortaya çıxdı və onları səksəkəyə salmağı bacardı. Amma mən mətbuatdan oxudum, bəzi partiyalar deyir ki, İlham Əliyevin dediyi sözlər bizə aid deyil. Ancaq bir şeyi anlamaq lazımdır ki, YAP-dan və onları açıq dəstəkləyən bir-iki partiyadan başqa bütün partiyalar, hətta parlamentdə necə təmsil olunduqları hamıya bəlli olan şəxslər də özlərini müxalif qüvvə adlandırırlar. Onda belə çıxır ki, İlham Əliyevin bu açıqlaması, bu təhqiri Azərbaycandakı müxalif adına iddia edən bütün partiyalara yönəlik bir hərəkətdir və bu da o anlama gəlir ki, o öz hərəkətiylə bütövlükdə Azərbaycan xalqını təhqir eləyib. Hər halda bir ölkəyə rəhbərliyi öz üzərinə götürmüş şəxsin öz xalqını bu cür təhqir etməsi tamamilə yanlış bir hərəkətdir. Siyasətdə də bir davranış xətti və siyasi əxlaq normaları var. Əslində bu gün iqtidar nümunəvi bir davranış sərgiləməlidir ki, ölkədəki bütün partiyalar da bu əxlaqa uyğun hərkət etsinlər. Bizsə hər dəfə, hər seçkidən sonra müxalifətin bu cür təhqir olunmasının, aşağılanmasının şahidi oluruq. Xalq da bütün bunları və siyasi leksikonu görür və özü üçün nəticə çıxarır. Onlar ölkəyə rəhbərlik edən şəxsin öz xalqına hansı formada müraciət etdiyini görürlər. Mənə elə gəlir ki, bu, indiki hakimiyyətin əleyhinə çevriləcək bir çıxışdır. Başqa bir vacib məqam İlham Əliyevin təkcə müxalifətin ünvanına deyil, eyni zamanda öz komandasının üzvlərinə də müraciət etməsi oldu. Prezident onlara xitabən deyir ki, siz xarici qüvvələrə inanmayın, bu onun göstəricisidir ki, həm müxalifəti qorxudur, eyni zamanda da öz komandasına arxayın deyil və görünür, şübhələnir ki, kimlərinsə xarici qüvvələrlə əlaqəsi var. Bu açıqlama eyni zamanda hakimiyyətin içərisindəki parçalanmanın göstəricisidir.

-Deyəsən hakimiyyət Seçki Məcəlləsinin dəyişdirilməsiylə bağlı beynəlxalq təşkilatların tələblərinə illər sonra boyun əyməyə hazırlaşır. Sizcə hakimiyyət bu günədək inadla imtina etdiyi bu məsələdə niyə güzəştə  gedir ki?

-Hələ 9 oktyabr prezident seçkilərindən öncə bu cür fikirlər daim aktual olub. Məncə hakimiyyət yalnız bir şərt daxilində buna gedəcək ki, Azərbaycanın dövlət quruluşu dəyişdirilərək parlamentli respublikaya keçilsin. Mən elə gəlir ki, 9 oktaybr İlham Əliyevin son seçkisidir. Ola bilsin ki, bununla növbəti dəfə prezident seçkisi yoluyla deyil, parlament seçkilərində çoxluğun səsini əldə edərək indiki prezidentin əsas səlahiyyətlərini əlində cəmləşdirmiş baş nazir kimi meydana çıxmaq istəyir. Əgər belə bir niyyət varsa, o zaman gözləmək olar ki, parlamentin tərkibi də genişləndirilsin, Seçki Məcəlləsi də özlərinə sərf edən şəkildə dəyişdirilsin. Amma onu da diqqətdən qaçırmaq olmaz ki, dünyada baş verən proseslər gec-tez Azərbaycanı da öz ağuşuna alacaq və sözsüz ki, bu gün Azərbaycan yaxın və uzaq qonşular üçün bir başağrısına çevrilib. Ona görə də məncə 2015-ci ildə Azərbaycana fərqli bir yanaşmanın şahidi olacağıq. Ona görə də hesab edirəm ki, İlham Əliyev Ukraynadan sonra növbənin Azərbaycana da çatdığını hesablayıb önləyici tədbir kimi bu yola əl atmağa çalışacaq ki, bu yollla bəzi siyasi pariyalardan bir-iki nəfəri parlamentə buraxmaqla demokartiya imitasiyası yaratsın və bu yolla ən azı prosesi bir qədər də yubatmağa, beləliklə də hakimiyyətinin ömrünü uzatmağa çalışsın. Amma onu da anlayırlar ki, daha dünyanı aldatmaq limitləri tükənib. İlham Əliyevin sonuncu çıxışında da onun bu narahatçılığını sezmək mümkün idi.  

Oxşar xəbərlər
00:07, Bu gün
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib
00:06, Bu gün
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
26 Apr 2024 | 23:38
Bayden həyat yoldaşı və qızının ölümündən sonra intihar barədə düşündüyünü deyib
26 Apr 2024 | 23:04
Avtosfer.az saytının 10 yaşı tamam oldu
26 Apr 2024 | 22:55
Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir - VİDEO
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
26 Apr 2024 | 22:38
May ayının əvvəlində Qəzza sahillərində süni ada peyda olacaq
26 Apr 2024 | 22:32
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - RƏSMİ AÇIQLAMA
26 Apr 2024 | 22:29
Ermənistanda aksiyalar davam edir - VİDEO
26 Apr 2024 | 21:47
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
26 Apr 2024 | 21:44
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
26 Apr 2024 | 21:42
Bakı Marafonuna 15 mindən çox iştirakçı qoşulub
26 Apr 2024 | 21:36
Türkiyənin BMT-dəki yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başlayıb
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 21:20
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu
26 Apr 2024 | 21:15
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 21:02
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
26 Apr 2024 | 20:59
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
26 Apr 2024 | 20:57
ABŞ-da İsrail əleyhinə etirazlar təhlükəli miqyas alıb
26 Apr 2024 | 20:57
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
26 Apr 2024 | 20:54
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
26 Apr 2024 | 20:54
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
26 Apr 2024 | 20:43
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
26 Apr 2024 | 20:41
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
26 Apr 2024 | 20:38
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 20:37
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
26 Apr 2024 | 20:24
Azərbaycan cüdoçusu Avropa çempionu olub
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:20
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 20:12
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
26 Apr 2024 | 20:07
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
26 Apr 2024 | 20:05
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
26 Apr 2024 | 20:00
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 19:51
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 19:43
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 19:36
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
26 Apr 2024 | 19:30
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
26 Apr 2024 | 19:29
Xalq artisti konsertdə izdiham yaşatdı - VİDEO
26 Apr 2024 | 19:23
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
26 Apr 2024 | 19:12
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
26 Apr 2024 | 19:04
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
26 Apr 2024 | 19:00
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
26 Apr 2024 | 18:59
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:43
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
26 Apr 2024 | 18:36
Talıb Talenin toyu olacaq - VİDEO
26 Apr 2024 | 18:33
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 18:29
“Cümü”yə 18 il həbs verildi
26 Apr 2024 | 18:23
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
26 Apr 2024 | 18:18
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
26 Apr 2024 | 18:13
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
26 Apr 2024 | 18:05
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
26 Apr 2024 | 18:00
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
26 Apr 2024 | 17:57
Bakının bir rayonunda qaz kəsiləcək
26 Apr 2024 | 17:55
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
26 Apr 2024 | 17:52
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
26 Apr 2024 | 17:48
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
26 Apr 2024 | 17:46
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
26 Apr 2024 | 17:44
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
26 Apr 2024 | 17:38
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
26 Apr 2024 | 17:35
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 17:28
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
26 Apr 2024 | 17:24
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:20
Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO
26 Apr 2024 | 17:17
İranın bəzi əyalətlərini su basıb - VİDEO
26 Apr 2024 | 17:14
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı - FOTO
26 Apr 2024 | 17:11
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
26 Apr 2024 | 17:08
İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:05
Bakıda oğlunu öldürən ataya hökm oxundu
26 Apr 2024 | 17:00
Hava anomaliyaları: Apreldə yumurta ölçüsündə dolunun yağması normaldır?
26 Apr 2024 | 16:55
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
26 Apr 2024 | 16:49
Peskov: “Artıq Avropa ilə münasibətlərimizi yeni əsasda qurmalı olacağıq”
26 Apr 2024 | 16:46
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə: İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH + FOTO
26 Apr 2024 | 16:42
Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşdi - FOTO
26 Apr 2024 | 16:38
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
26 Apr 2024 | 16:35
Türkiyəli sosial fenomen azadlığa buraxıldı - FOTO
26 Apr 2024 | 16:32
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər
26 Apr 2024 | 16:28
Bu da Nura Surinin pilot qardaşı - VİDEO
26 Apr 2024 | 16:26
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış
26 Apr 2024 | 16:24
Avropa Parlamenti Rusiya və İranla bağlı iki vacib qətnamə qəbul edib
26 Apr 2024 | 16:19
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - FOTO/VİDEO
26 Apr 2024 | 16:15
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirildi - FOTO
26 Apr 2024 | 16:10
Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək
26 Apr 2024 | 16:05
Xocalı al lalələrlə bəzənib - FOTO
26 Apr 2024 | 16:02
​Nazim Quliyev həbs edildi
26 Apr 2024 | 16:00
Ankaradan İrəvana yeni mesajlar: Ermənistan öz taleyini düşünməlidir - ŞƏRH + FOTO
26 Apr 2024 | 15:55
Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olundu - FOTO/VİDEO
26 Apr 2024 | 15:50
Baydenin xüsusi nümayəndəsinin müavini: “Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir” - MÜSAHİBƏ
26 Apr 2024 | 15:46
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib - FOTO
26 Apr 2024 | 15:42
BDU-da “Türk otağı” açılıb - FOTOLAR
26 Apr 2024 | 15:38
Prezident: “Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq”
26 Apr 2024 | 15:35
Fuad Muradov 7 kişini intim münasibətlə bağlı şantaj edib? - İş məhkəmədə
GÜNLÜK
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 00:39
Bakıda avtomobil aşıb: Xəsarət alanlar var
26 Apr 2024 | 01:01
Niderlandlı baş məşqçi “Liverpul”un onunla maraqlandığını təsdiqləyib
26 Apr 2024 | 01:02
ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır
26 Apr 2024 | 01:09
FHN bu stansiyada təlim keçirəcək
26 Apr 2024 | 07:53
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
26 Apr 2024 | 01:32
KİV: Müharibədən qayıtmış Rusiya hərbçiləri ümumilikdə 100-dən çox insanı qətlə yetiriblər
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 08:24
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 00:39
Bakıda avtomobil aşıb: Xəsarət alanlar var
26 Apr 2024 | 01:01
Niderlandlı baş məşqçi “Liverpul”un onunla maraqlandığını təsdiqləyib
26 Apr 2024 | 01:02
ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır
26 Apr 2024 | 01:09
FHN bu stansiyada təlim keçirəcək
26 Apr 2024 | 07:53
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
26 Apr 2024 | 01:32
KİV: Müharibədən qayıtmış Rusiya hərbçiləri ümumilikdə 100-dən çox insanı qətlə yetiriblər
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 08:24
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”