Xəbər lenti
27/11/2020 [21:25]:
Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib
27/11/2020 [21:12]:
Azərbaycanın iki gimnastı Avropa Çempionatının finalına yüksəlib
27/11/2020 [21:10]:
Bir ay ərzində hamilə buraxdığı 6 qadınla poz verdi...+ FOTO
27/11/2020 [21:06]:
XTQ giziri: “Bir nəfər də qalsaq, o bayraq sancılmalı idi” - VİDEO
27/11/2020 [20:56]:
Rusiyada müəllim dərs dediyi şagirdin qohumları tərəfindən döyülüb - FOTO
27/11/2020 [20:48]:
Öldüyü düşünülərək morqa qoyulan adam qışqıraraq həyata qayıtdı...
27/11/2020 [20:43]:
"Nepal kimi geridə qalmış ölkədə plastik torbalara çoxdan qadağa qoyulub, bizdə isə..."
27/11/2020 [20:38]:
Qalib əsgər Cavid Hüseynov... -Qənirə Paşayeva şəhidimizdən yazdı...
27/11/2020 [20:31]:
Şuşada xəngəl bişirən əsgərlərimiz - VİDEO
27/11/2020 [20:00]:
Rusiya ordusunda koronavirusa qarşı kütləvi peyvəndləmə başladı
27/11/2020 [19:53]:
“Fransa senatının 30 il öncə ləğv olunmuş qurumu “tanıması”  savadsızlıqdır”
27/11/2020 [19:41]:
Rusiyada COVID-19-a təkrar yoluxma halları qeydə alınıb
27/11/2020 [19:40]:
Azərbaycan çempionu iştirak ərizəsini UEFA-ya təqdim etdi
27/11/2020 [19:38]:
Yaralı, çapıqlar içində, amma sınmayan, ruhdan düşməyən - FÜZULİ...
27/11/2020 [19:38]:
Ərdoğan Albayrağın yerinə onu təyin etdi
27/11/2020 [19:33]:
"Erməni Azərbaycanın 7 rayonu əlində ola-ola Dağlıq Qarabağa müstəqil dövlət statusu ala bilmədisə..."
27/11/2020 [19:27]:
Xüsusi karantin rejimində “Səyyar Nar” həftəsonları da fəaliyyətini davam etdirir
27/11/2020 [19:20]:
İranda nüvə alimi öldürülüb - YENİLƏNİB
27/11/2020 [19:18]:
Günay Əfəndiyeva Koreyada keçirilən beynəlxalq onlayn Forumda iştirak edib
27/11/2020 [19:02]:
AQTA yanında İctimai Şuranın üzvlərini müəyyənləşdirmək üçün səsvermə keçirildi
27/11/2020 [18:51]:
Azərbaycanda əksər məhkəmə prosesləri təxirə salındı
27/11/2020 [18:45]:
General Movses Akopyan: “Paşinyanın psixi problemləri var”
27/11/2020 [18:38]:
Vasif Talıbov yaralı hərbçilərlə görüşdü
27/11/2020 [18:36]:
Ahmet Davutoğlu koronavirusa yoluxub
27/11/2020 [18:35]:
Qəhrəman atanın qəhrəman oğlu
27/11/2020 [18:34]:
Azərbaycan yolların keyfiyyətinə görə MDB-də birinci yerdədir
27/11/2020 [18:29]:
TBMM-in siyasi partiyaları Fransa Senatının Dağlıq Qarabağla bağlı qərarını qınadı
27/11/2020 [18:27]:
Çavuşoğlu: “Qarabağla bağlı üçtərəfli bəyanat regionda davamlı sülh üçün ümidverici addımdır”
27/11/2020 [18:18]:
Qarabağ və cəmiyyət üçün könüllülük; uğur düsturu - debat və müzakirələr...
27/11/2020 [18:12]:
Ağcabədidə koronavirus xəstələrinə cinayət işi başlanıldı
27/11/2020 [18:06]:
“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”
27/11/2020 [18:00]:
Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının növbəti iclası keçirilib
27/11/2020 [17:54]:
Şanlı ordumuzun qalib əsgərləri geri qayıdırlar - VİDEO
27/11/2020 [17:45]:
“Laçın şəhəri, Zabux və Sus kəndlərindəki ermənilər öz evlərində qalıb yaşaya bilərlər...”
27/11/2020 [17:40]:
Lukaşenko prezidentlikdən gedəcəyini açıqladı
27/11/2020 [17:39]:
Prezidentdən məişət zorakılığı ilə mübarizəyə dair SƏRƏNCAM
27/11/2020 [17:37]:
Vilayət Eyvazov onu "Qoratdel"ə rəis TƏYİN ETDİ - FOTO
27/11/2020 [17:36]:
Dünəndən bu günə Qarabağ müharibəsi - Azərbaycan Ordusunun gücü
27/11/2020 [17:33]:
Qənirə Paşayeva son 5 gündə yüzdən çox vətəndaşımızın "online" şəkildə müraciətlərini, qayğılarını dinləyib
27/11/2020 [17:29]:
“Hər şeyi məhv ediblər, torpağı minalayıblar” - Fred Asifin qardaşı Ağdama getməyindən danışdı
27/11/2020 [17:28]:
Azərbaycanda karantinə görə əksər məhkəmə prosesləri təxirə salındı
27/11/2020 [17:22]:
"Nə ləhcəsini, nə də oranın adətlərinin hansısa birini dəyişdi"
27/11/2020 [17:17]:
Erməni əsirliyində olan Aminin yeni fotosu yayıldı
27/11/2020 [17:15]:
“Ərimə yaxın dostu ilə xəyanətimi dedim” - Sofiyevanın ziddiyyətli ifadələri...
27/11/2020 [17:12]:
Lukaşenko pandemiyadan bəri ilk dəfə maska taxdı - VİDEO
27/11/2020 [16:47]:
"Deyəsən son günlər Paşinyanın Putinə artan zəngləri öz nəticələrini verməyə başlayır..."
27/11/2020 [16:41]:
“Ermənilərin ekoloji terrorizmi” mövzusunda seminar keçirilib
27/11/2020 [16:39]:
Millət vəkili əsgərin təhsil problemini nəzarətə götürən təhsil nazirinə təşəkkür etdi
27/11/2020 [16:29]:
Məktəbəqədər yaş dövrü üzrə təhsil kurikulumları hazırlanacaq
27/11/2020 [16:29]:
"Təəssüf ki, dünyaya bəla kəsilən qəfil virus onun da həyatını yarımçıq dayandırdı"
27/11/2020 [16:28]:
Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb - FOTO
27/11/2020 [16:26]:
“Ermənilərlə yenidən yanaşı yaşamaq çox çətin olacaq...” -Şuşanın sabiq polis rəisi
27/11/2020 [16:26]:
Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkəti bərpa edilir
27/11/2020 [16:26]:
Elxan Mehdiyevdən həyəcan siqnalı: "İndi Laçın, növbəti zəng Hadrut üçün olacaqmı?.."
27/11/2020 [16:13]:
Çətin həyat şəraitində olan uşaqların sosial müdafiə tədbirləri ilə bağlı təkliflər hazırlanacaq
27/11/2020 [16:11]:
Fuad Axundov: “Ermənilər Ermənistanda və son 30 il ərzində Qarabağda Azərbaycan irsini məhv ediblər”
27/11/2020 [16:09]:
Tərtərdə yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi müəyyənləşdirildi
27/11/2020 [16:08]:
Miqrasiya işçilərinə ödəyə bilməyəcəyi kredit, borc götürmək qadağan olunub
27/11/2020 [16:04]:
Putin Təhlükəsizlik Şurasının üzvləri ilə sülhməramlıların fəaliyyətini müzakirə etdi
27/11/2020 [16:03]:
Azərbaycanda əhəmiyyətli avtomobil yolu bir-neçə marşrut üzrə yenidən qurulur - FOTO
27/11/2020 [15:57]:
Samir Şərifov: "Bu bədnam qətnamə Azərbaycan və Fransa arasında uzun illərdən bəri qurulmuş əməkdaşlığa ciddi qəsddir"
27/11/2020 [15:56]:
Yılmaz Vural reanimasiyaya yerləşdirilib
27/11/2020 [15:55]:
XİN başçısı: “Münaqişənin həllində dinc birgəyaşayışın bərpası mərhələsinə qədəm qoymuşuq”
27/11/2020 [15:52]:
Düşmənin viran qoyduğu Ağdamın helikopterdən çəkilmiş görüntüləri - VİDEO
27/11/2020 [15:51]:
28 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olundu - FOTO
27/11/2020 [15:50]:
Laçın rayon mərkəzi və Zabux kəndi Ermənistana verilir?! -Paşinyanın şirin yuxusu
27/11/2020 [15:39]:
“Ağdam şəhəri işğal olunandan sonra teatrın çətin günləri başladı...” - FOTOLAR
27/11/2020 [15:25]:
Bu gün 28 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olundu
27/11/2020 [15:22]:
Bakıda yaşayan Nehrəm ağsaqqallarından Prezident İlham Əliyevə MÜRACİƏT...
27/11/2020 [15:17]:
DSX: İrandan Azərbaycana narkotik gətirənlər saxlanılıb
27/11/2020 [15:16]:
Rusiya XİN: Dağlıq Qarabağ nizamlanması ilə bağlı Türkiyəylə təmasdayıq
27/11/2020 [15:14]:
Paşinyanın arvadı oğurluqda ittiham edilir - VİDEO
27/11/2020 [15:09]:
Dövlətə məxsus 43 əmlak özəlləşdiriləcək
27/11/2020 [15:06]:
Paşinyan: “Zod qızıl yatağının yarısı Azərbaycan ərazisinə düşür”
27/11/2020 [15:04]:
Azərbaycanda bu gün koronavirusa nə qədər insan yoluxub? - RƏSMİ
27/11/2020 [15:03]:
Uşaqlara dair Strategiyanın uğurla həyata keçirilməsi üçün işçi qrupları yaradılacaq
27/11/2020 [15:03]:
"Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nın məqsədi müəyyənləşib
27/11/2020 [15:02]:
“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə Fəaliyyət Planı” təsdiqlənib
27/11/2020 [14:50]:
“Atamın və babamın məzarlarını tapdım, ermənilər hamısını dağıdıblar...” -Əliyar Əliyevin oğlu...
27/11/2020 [14:31]:
O, sözün bütün mənalarında əsil Azərbaycan ziyalısı, el ağsaqqalı idi...
Bütün arxiv bir sırada
14/02/2014 [17:01] - Cəmiyyət - ( 3413 dəfə baxılıb)

Cəmil Həsənlidən Əli İnsanova dəstək

Milli Şura sədri İsa Qəmbər və Aslan İsmayılovla keçmiş nazirin məhkəməsində


Bu gün Bakı Apelyasiya Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun məhkəmə prosesi davam etdirilib.

Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin verdiyi xəbərə görə, məhkəmə prosesini izləyənlər arasında Cəmil Həsənli, İsa Qəmbər, Eldar Namazov və Aslan İsmayılov da vardı. Amma konvoy ötən dəfə olduğu kimi bu dəfə də İnsanova siyasətçilərlə görüşməyə imkan vermədi.

Proses başlamazdan əvvəl Əli İnsanov zala daxil olarkən hakimiyyətin ünvanına sərt çıxışlar etməyə başladı, daha sonra isə prezidenti təhqir etdi.

Əli İnsanov sözünü tamamlamamış şüşə qəfəsə salındı. Və proses başlandı.

Əli İnsanovun vəkili Ağaveys Şahverdi Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, səhiyyə naziri Oqtay Şirəliyev, iqtisadi inkişaf nazirinin keçmiş müavini, hazırda təhsil naziri olan Mikayıl Cabbarov, sözügedən nazirliyin iki əməkdaşı - Aslanov və Vəliyevin, TQDK sədri Məleykə Abbaszadənin və Prezident Administrasiyası humanitar məsələlər şöbəsinin müdiri Fatma Abdullazadənin məhkəmədə iştirakı ilə bağlı vəsatət qaldırdı.

Vəkil bildirdi ki, TQDK sədri Məleykə Abbaszadənin sifarişi ilə Əli İnsanovun qanunsuz tələbə qəbul etməsi ilə bağlı MTN-ə məktub yazılıb: “Biz birinci instansiya məhkəməsində bununla bağlı dəfələrlə vəsatət qaldırdıq. Heç biri təmin olunmadı. Hazırda Apelyasiya Məhkəməsində də Əli müəllimin hüquqları pozulub. Bir daha xahiş edirəm ki, bu şəxslər məhkəmədə şahid qismində dindirilsinlər. Məleykə Abbaszadənin MTN-ə qanunsuz məktubla müraciət etməsi Əli İnsanovun həbsinə rəvac verən səbəblərdən biridir”.

Əli İnsanovun vəsatətə münasibəti isə bu cür oldu: “Şübhə etmirəm ki, siz Fatma Abdullazadəni və Məleykə Abbaszadəni bura dəvət edə bilməyəcəksiniz. Çünki onlar məmurdur. Siz adını çəkmək istəmədiyim, 12 bal toplamış tələbəni Tibb Unuversitetinə necə qəbul etmisiniz?”

Bu məqamda İnsanov mövzunu yenə qəfildən dəyişib dövlət rəhbərliyinin ünvanına təhqiramiz fikirlər işlətdi deyə mikrofon söndürüldü. Hakim sabiq nazirdən vəsatətə münasibət bildirməsini istədi.

Ə.İnsanov:

-Cənab hakim, deyəsən, sizdə təkcə mikrofonun deyil, havanın da düyməsi var. Onu da pultla idarə edirsiniz? Burda nəfəs almaq olmur. Gəlin 5 dəqiqə dayanın, görüm necə dayanırsınız.

Hakim isə cavabında şüşə kabinədə hava tənzimləyici ilə bağlı heç bir problem olmadığını dedi.

Dövlət ittihamçısı vəsatətin təmin olunmamasını istədi. Məhkəmə heyəti yerində müşavirə edərək vəsatəti qismən təmin etdi. Belə ki, İqtisadi İnkişaf Nazirliyinin iki əməkdaşı - Aslanov və Vəliyev şahid qismində dindiriləcəklər.

Vəkil A.Şahverdi:

-Niyə Vəliyevlə Aslanovu çağırırsınız? Niyə Cabbarovu çağırmırsınız? Ona görə ki, o, nazirdir?

Hakim:

-Prosesual qaydalara riayət edin. Zalda əyləşənləri yanlış fikrə salmayın.

Ə.İnsanov:

-Cənab hakim, siz özünüz konstitusiyanın qaydalarını pozursunuz, amma digərlərini iclasın qaydalarına riayət etməyə çağırırsınız. Mənim çəkişmə hüququm var. Niyə mənə imkan vermirsiniz? Mən bu iclaslardan, məhkəmələrdən imtina edib gedərdim. Amma bu, zəiflik olardı. Məni danışmaqdan məhrum etmisiniz. Hətta dinləməkdən də məhrum etmisiniz. Mən həkim adamam. Sizə hüququ öyrətməliyəm? Siz bu şüşə kabinələri qurana, tikənə niyə etiraz etmirsiniz? Axı bunu kim icad edib, kim ixtira edib?

Hakim:

-Bu qaydalara Avropa məhkəmələrində də əməl olunur.

Bu vaxt Milli Şuranın sədri Cəmil Həsənli buna etiraz edərək dedi:

-Amma Avropada məhkəmələr pultla idarə olunmur. Bunun nəyi məhkəmədir ki? Bu cür məhkəmə aparmağa utanmırsınız?

Bundan sonra hakim C.Həsənlidən zalı tərk etməyi tələb etdi. C.Həsənli zaldan çıxarıldı.

Əli İnsanov məhkəmə kollegiyasına etirazını bildirdi:

-Bu və ya digər pozuntulara görə məhkəmə kollegiyasına etiraz edirəm. Xahiş edirəm ki, bizim işimizə başqa məhkəmə kollegiyasında baxılsın.

Vəkil Toğrul Babayev:

-Mən məhkəmə prosesinə etiraz edirəm. Əli İnsanovun hüquqları pozulub. Mən onun vəkiliyəm, amma söz deyə bilmirəm. Xahiş edirəm, Əli müəllimin yanımzıda əyləşməsini təmin edəsiniz. Axı o, nə cani, nə cinayətkar, nə də quldur deyil.

Sabiq nazirin məhkəmə tərkibinə verdiyi etirazla bağlı vəsatət baxılmamış saxlanıldı. Məhkəmə prosesi fevralın 21-də saat 11-də davam etdiriləcək.

loading...
Bir ay ərzində hamilə buraxdığı 6 qadınla poz verdi...+ FOTO
Öldüyü düşünülərək morqa qoyulan adam qışqıraraq həyata qayıtdı...
Sücaət, neyləyək baxt belə baxtdı, darıxma, hər şeyi həll edən vaxtdı... - Kəlbəcər həsrəti
2 kişi eyni yataqda yaxalandı, alacaqları cəza ölkəni ayağa qaldırdı...
Koronavirus peyvəndi ilə bağlı qalmaqallı etiraf: Çalışmalarda səhvə yol verdik"
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Cəmiyyət
"Nepal kimi geridə qalmış ölkədə plastik torbalara çoxdan qadağa qoyulub, bizdə isə..."
Araşdırma
“Fransa senatının 30 il öncə ləğv olunmuş qurumu “tanıması”  savadsızlıqdır”
Cəmiyyət
Bakıda yaşayan Nehrəm ağsaqqallarından Prezident İlham Əliyevə MÜRACİƏT...
Cəmiyyət
“Atamın və babamın məzarlarını tapdım, ermənilər hamısını dağıdıblar...” -Əliyar Əliyevin oğlu...
Siyasət
"Bayrağımız Xankəndində dalğalanandan sonra erməni təxribatlarının qarşısı alınacaq"

Yazar
İlham İsmayıl
Makronun Azərbaycana qarşı etmədiyi pislik qalmadı, sonuncu isə... - İLHAM İSMAYIL
Dr. Rəşad Mahmudov
Qafqaz ermənilərinə bir neçə söz...
Elşad Paşasoy
Fransa məhz özü bacısı Ermənistanı fahişəliyə sürükləmişdi ki...
Həftənin ən çox oxunanları
Şuşa meşəsində şok hadisə: 6 gün yaralı vəziyyətdə gizlənən erməni polisi tapıldı
"İlham Əliyev həyasız elit BBC jurnalisti ilə ona görə belə asan və sərbəst danışır ki..."
"İran həm sinifdə qaldı, həm də Qarabağ müharibəsində əsas itirənlərdən biri oldu..."
Ermənistan Xankəndinin bərpası üçün 200 min dollar ayırdı – HƏYASIZLIQ...
“O əsgəri dünyaya tanıtmaq üçün planlar qurmuşdum, amma eşitdim ki, şəhid olub...”
"Armenian Report"dan iddia: “Paşinyanın anası onu türkdən dünyaya gətirib..?”
“Öncə Şuşanın qala divarlarına 6 azərbaycanlı snayper dırmaşıb və...” - Rusiya mediası 
Terrorçu Araik Azərbaycanın Xocavənd şəhərini gəzib "bərpa"dan danışdı...-FOTO
"Zibil Nikolun imzaladığı sənədə əsasən Laçın dəhliz kimi qalmalıdır, əgər onu da versələr..."
Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın... - MARAQLI FAKTLAR
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247