Azərbaycan Mətbuat Şurasında şəhid jurnalistlərin anım mərasimi keçirilib. Moderator.az APA-ya istinadən xəbər verir ki, tədbirdə çıxış edən “Ahıl Jurnalistlər” Birliyinin sədri Yusif Kərimov deyib ki, düşmən gülləsinə tuş gələn ilk jurnalistimiz BDU-nun jurnalistika fakültəsinin müəllimi Əliş Nəbiyev olub: “O, 20 Yanvar hadisələrində şəhid olub və ilk şəhid jurnalistimiz kimi tarixi düşüb”.
Hərbi jurnalist Rey Kərimoğlu təklif edib ki, MŞ-nin nəzdində Müharibə Veteranları Komitəsi yaradılsın. O bildirib ki, bu, hərbi jurnalistlər tərəfindən araşdırmalar aparılması, reportaj və məqalələrin yazılması baxımından olduqca əhəmiyyətlidir.
Sonra tədbir iştirakçıları digər şəhid jurnalistlər ”“ Salatın Əsgərova, Osman Mirzəyev, Alı Mustafayev və Çingiz Mustafayev barədə çıxış edərək onların fəaliyyətini, qəhrəmanlığını, vətəninə və peşəsinə verdiyi töhfələri yüksək qiymətləndiriblər.