Son zamanlar sosial şəbəkələrdə rəsmilərin hesabları və onlar adından saxta (duplicated) hesabların yaradılması müzakirə mövzusudur.
Moderator.az-ın məlumatına görə, “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev öz Facebook səhifəsində bu barədə məlumat yazıb:
"Diqqətinizə bu məsələ ilə bağlı kiçik məlumat çatdırmaq istədim.
Dünən AR Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Facebook hesabı ilə bağlı kiçik araşdırma apardım. Əldə etdiyim nəticələrin rəsmi qurumlarla dəqiqliyini yoxladım və beləliklə, AR PA rəhbərinin yeganə Facebook səhifəsi Ramiz Mehdiyev (//www.facebook.com/mehdiyevramiz) səhifəsidir. Hal-hazırda 11 000 nəfərdən artıq istifadəçi bu səhifəni izləyir. Bütün digər eyniadlı səhifə və profillər isə saxtadırlar (duplicated).
Ümumiyətlə, Facebook-da səhifələrin saxta olub-olmamasını bilmək üçün aşağıdakılara diqqət yetirmək lazımdır:
1) Rəsmi səhifənin izləyicilərinin sayı saxta səhifəyə nisbətən çox olur.
2) Rəsmi səhifələrə rəsmi saytlar və digər verified səhifələrdən keçidlər verilir.
3) Məlumatlar daha operativ və peşəkar formada paylaşılır və s."