Ana Vətən Partiyasının sədr müavini Zülfiyyə Mustafayeva Moderator.az-a açıqlamasında Ukraynadakı prosesləri şərh edib:
“Ukraynada son günlər baş verən qanlı hadisələr, qarşıdurma nəticəsində nümayiş iştirakçılarının və polislərin öldürülməsi böyük təəssüf hissi doğurur.
Azərbaycanla Ukrayna arasında strateji əməkdaşlıq, möhkəm və ənənəvi dostluq münasibətləri mövcuddur və Ukraynada gedən bütün proseslərin dolayısı ilə həm də Azərbaycana aidiyyatı var. Biz Ukrayna xalqının müstəqil demokratik dövlət kimi möhkəmlənməsini və inkişafını arzulayırıq. Ukraynanın Avropaya inteqrasiyası ölkə əhalisinin təbii seçimidir və bununla razılaşmaq, bu seçimə hörmətlə yanaşmaq hər bir siyasətçinin müqəddəs borcudur. Biz Ana Vətənçilər müstəqil, demokratik heç bir dövlətin vassalına çevrilmək istəməyən güclü Ukraynanı və bu amac uğrunda mübarizə aparan Ukrayna xalqını dəstəkləyirik”.