Ukraynanın paytaxtı Kiyev şəhərində baş verən nümayişlərdə yaralanan azərbaycanlı Teymur Mustafayevin ölüm xəbəri yayılıb. Moderator.az xəbər verir ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovun ANS PRESS-ə açıqlamasında bu barədə məlumatların əsassız olduğunu deyib. Onun sözlərinə görə, yaralının vəziyyətini həkimlər orta ağır qiymətləndiriblər.
"Bizim Lutsk şəhərindəki nümayəndəmiz onun vəziyyəti ilə maraqlanıb. Mən özümdə onu əməliyyat edən həkimlə telefon vasitəsilə danışmışam. T.Mustafayevin həyati təhlükəsi yoxdur. Onun döş qəfəsində iki güllə yarası izi olub. Lakin artıq vəziyyəti yaxşılaşıb və otura bilir".
Qeyd edək ki, əslən Bakıdan olan 1987-ci il təvəllüdlü Mustafayev Teymur Əli oğlu Ukrayna vətəndaşıdır.
H.Cavadov jurnalistlərə müraciət edərək dəqiqiləşdirilməmiş məlumatlar yaymağa da çağırıb. Onun sözlərinə görə, bu məlumatlar yayılanda Azərbaycanda böyük narahatlığa səbəb olur.