“EL” hərəkatının Ali Məclisinin sədri, Milli Şura üzvü Eldəniz Quliyev Moderator.az-a açıqlamasında VİP-lə bağlı kəskin fikirlər səsləndirib. E.Quliyev VİP-in qeyri-ciddi siyasi partiya olduğunu vurğulayıb:
“Neçə günlərdi ki, mən VİP (Vətəndaş və İnkişaf Partiyası) haqqında, həmin oyuncaq partiyanın ünvanıma böhtan və qərəzlə dolu ittihamlar səsləndirməsi, məni məhkəməyə verməsi və s. barədə bir kəlmə də olsun danışmamışam. Amma görünür, mənim susmağım onları daha da ruhlandırıb və onlar KİV səhifələrində barəmdə hərzə-hərzə zəvzəməkdə davam edir, abır-həya bilmədən, hədə-qorxu ritorikası ilə sağa-sola müsahibələr verirlər...
Ay Allahın bədbəxt bəndələri, ay ağaları üçün cındır ayağaltı əski funksiyasını daşıyan zavallı VİP funksionerləri, ay ləyaqət və kişilik haqda pafoslu bəyanatlar verib fəaliyyətlərində bu dəyərlərə, ən yaxşı halda, parodiya olub, iqtidar tumarı üçün sino gedən nadanlar dəstəsi! Ayılın, ayılıb özünüzü dərk edin, yazıqsınız,- müştəbehlikdən, siyasi lotuluqdan,ən əsası isə günahsız insanlara çamur atmaq şakərinizdən əl çəkin! Bilin ki, siz bu sayaq ürəkbulandıran hərəkətlərinizlə nə mənə, nə də mənim təmsil olunduğum Milli Şuraya, EL Hərakatına,Ziyalılar Birliyinə və Ziyalılar Forumuna zərrə qədər də olsun, zərbə və ya ləkə vura bilməyəcəksiniz! Yel qayadan nə aparacaq ki?!
Mən artıq qətiyyən şübhə etmirəm ki, sizin partiya adlandırdığınız VİP adlı oyuncaq siyasi qurumunuz, əslində, Azərbaycan siyasətinin babasil xəstəliyi kimi bir şeydir və bu, mərəz cərrahi əməliyyatla aradan qaldırılmalıdır. Onun sədri Əli Əliyev isə təəssüflər ki, səsi bərk, içi bombulu boş olan bir nağaranı xatırladır!
İndi nə qədər istəyirsinizsə, dınqıldayın - danqıldayın özünüzçün!..”