Rəbiyyət Aslanova: “Caniyə qarşı tolerantlıq cinayətin sərhədlərinin genişlənməsinə aparır”
Oxunub: 3182
01 Mar 2014 | 14:44
Rəbiyyət Aslanova: “Caniyə qarşı tolerantlıq cinayətin sərhədlərinin genişlənməsinə aparır”

Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü Rəbiyyət Aslanovanın Gün.Az-a müsahibəsi:

- Rəbiyyət xanım, ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik bu günlərdə Azərbaycan və Ermənistan xalqını tolerant olmağa, tərəfləri qarşılıqlı etimad mühitini gücləndirməyə çağırıb, o cümlədən, xalq diplomatiyasının davam etdirilməsinin vacibliyini vurğulayıb. Sizcə, hazırki vəziyyətdə bu nə dərəcədə doğrudur və əslində bu bəyanat nəyə hesablanıb?

- Amerikalı həmsədr Ceyms Uorlikin belə bir çıxış etməsi Minsk qrupunun uzun müddət davam edən fəaliyyətsizliyinə haqq qazandırmaq cəhdindən başqa bir şey deyil. Artıq Minsk qrupunun həmsədrlərinin özləri də çox gözəl başa düşürlər ki, uzun illər davam edən bu münaqişənin həlli yönündə ciddi bir addım atmayıblar və hazırda da ata bilmirlər.

Ona görə də məsələnin ağırlığını, yükünü həmişə dövlətlərin - Azərbaycan və Ermənistanın üzərinə qoyurlar, baxmayaraq ki, bu da bir görüntüdür.

Əslində Azərbaycan bu gün problemi həll etmək iqtidarındadır. Lakin münaqişəni həll etməsi istiqamətində həmişə Azərbaycana maneələr törədən qüvvələr var. Azərbaycan birmənalı olaraq qeyd edib ki, məsələnin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması prinsipi əsasında həll etməyin tərəfdarıdır.

- C.Uorlikin çağırışının hansısa şərtlərlə reallaşması mümkündürmü?

- Bu gün belə bir fikir irəli sürən həmsədrdən soruşmaq lazımdır: işğalçı ilə ərazisi işğal olunmuş, min bir müsibətlərlə qarşılaşmış xalqlar arasında hansı tolerantlıqdan, hansı birlikdən, dostluq münasibətindən danışmaq olar? Azərbaycan dövləti, xalqı həmişə tolerant olub və bu tolerantlıq dünyaya həmişə nümunə olaraq göstərilib. Bu gün Azərbaycanda dinindən, dilindən, mənsubiyyətindən asılı olmayaraq onlarla xalq yaşayır və bu xalqların heç biri azərbaycanlılar tərəfindən təsirə, təhqirə məruz qalmayıb.

Ölkəmizdə yaşayan bütün xalqlar dövlətçilik məfkurəmiz olan azərbaycançılıq ideyası çərçivəsində, bu prinsiplər əsasında çox gözəl yaşayır və yaşamaqda davam edir. Hətta, bu gün Azərbaycanda olan 40 minə yaxın erməni də etiraf edər ki, Azərbaycanda onlara qarşı hər hansı təhdid yoxdur. Bu gerçəklikdir, reallıqdır.

Azərbaycanla ermənilər arasında - ermənilər deyəndə Ermənistanı nəzərdə tutmuruq, söhbət Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarından gedir - xalq diplomatiyası, münasibətlərin normallaşması ilə bağlı dəfələrlə çağırışlar olub. Lakin sülh müqaviləsi imzalanmadan, Azərbaycanın ərazi bütövlüyü təmin olunmadan, qaçqın və köçkünlərimiz öz doğma yurdlarına qayıtmadan belə bir mehribanlıq, qarşılıqlı münasibətlər haqqında danışmaq qeyri-realdır.
 
- Fərz edək ki, xalq diplomatiyası, qarşılıqlı etimad mühiti yaratmaq istiqamətində iş başladı. İtirilmiş torpaqlar geri qaytarılmayana qədər oradan qaçqın düşmüş insanlarımıza bunu qəbul etdirmək, onlara gəl barış demək və buna razı salmaq mümkün ola bilərmi?

- Bu, mümkün olan şey deyil. Bu gün öz vətənini, torpağını itirmiş, yurd-yuvasından qaçqın düşmüş, doğmalarının qəbrini belə ziyarət etmək imkanı olmayan bir qaçqın anaya, bir köçkün ataya necə deyək ki, sən işğalçı ilə tolerant münasibətdə ol, onunla barış? Əlbəttə ki, bütün münaqişələrin sonu sülhlə bitib. Biz buna inanırıq ki, sülh olacaq. Lakin sülhdən sonra belə həmin münasibətlərin yaranması üçün uzun zaman lazımdır.

Bu günlərdə Xocalı soyqırımının 22-ci ildönümünü qeyd etdik. Qəlbimizdəki o yara o qədər ağırdır ki, mən bu gün onları bağışlamaq, günahından keçmək çağırışlarını qəbul edə bilmirəm. Yalnız və yalnız o zaman münasibətlər normal məcraya keçə bilər ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunsun, işğal altında olan torpaqlarımız qaytarılsın. Bundan sonra həmin psixoloji baryerin aradan qaldırılması üçün də zamana ehtiyac var.

Bu, birmənalı olaraq belədir. Kimsə bunun tez aradan qalxacağını deyərək özünü aldadırsa, yaxud, belə çağırışlar edərək hansısa yanlış fikirlər söyləyirsə, bunun tamamilə əleyhinəyəm.

- Amerikalı həmsədrin bu istəyi fonunda diqqət çəkən məsələ Minsk qrupunun 20 il ərzində - bu kifayət qədər uzun müddətdir - heç nə edə bilməməsidir...

- Yaxşı olardı ki, amerikalı həmsədr problemin ağırlığını xalq diplomatiyası üzərindən çox, siyasətçilərin üzərinə keçirəydi. Öz fəaliyyətlərini ortaya qoya, bu məsələnin həlli üçün fəaliyyətsizliklərinə son verəydilər. İşğalçı və işğala məruz qalmış arasında bərabərlik işarəsini götürəydilər. Budur əsas tələb. Yoxsa, istər ATƏT PA-nın Dağlıq Qarabağ üzrə həmməruzəçiləri, istərsə də Minsk qrupunun həmsədrləri bu günə qədər davam edən bütün bu proseslərdə bir dəfə də qətiyyət göstərib problemi ciddi şəkildə ortaya qoymayıblar.

İndi də xalqlar arasında münasibətin tolerantlıq əsasında davam etməsini istəyirlər. Axı, əli Xocalı qurbanlarının qanına bulaşmış Sarkisyanla hansı tolerantlıqdan danışmaq olar, hansı xoş münasibətdən söhbət gedə bilər?! Mən belə bir tolerantlığı qəbul etmirəm və qəbul etməyəcəyəm də.

- Dünya beynəlxalq konvensiyalar əsasında Azərbaycanın ərazi bütövlüyünün pozulduğunu qəbul edir, amma ortada əməli fəaliyyət yoxdur. Səbəb nədir?

- Dünyada hüququn gücü deyil, gücün hüququ hökmranlıq edir. Bu gün beynəlxalq münasibətləri nizamlamaq, xalqlar, millətlər, dövlətlər arasında birgəyaşayış prinsiplərini sivil qaydada tənzimləmək iddiasında olan beynəlxalq hüquq və onun mühüm müddəaları-beynəlxalq məsuliyyət, beynəlxalq öhdəliklər, beynəlxalq konvensiyalar çox ciddi deqradasiyaya uğrayıblar. Bu prinsiplər böhran içindədir.

Belə olmasaydı bu qədər konfliktlər, müharibələr baş verməzdi. Bu gün artıq məlumdur ki, həmin o beynəlxalq hüquq normaları, beynəlxalq qurumların qəbul etdiyi mühüm sənədlər dünya nizamına təsir etmək imkanında deyil, yaxud bu imkanlar məhduddur. Belə olmasaydı, Uorlik bu cür fikir irəli sürməzdi. Belə olmasaydı, bu gün beynəlxalq qurumlarda, konkret olaraq Avropa Şurası Parlament Assambleyasında Serj Sarkisyan özünün Qarabağda törətdiyi cinayətlərə haqq qazandıra bilməzdi.

Belə olmasaydı, hüququn gücü gücün hüququ qarşısında aciz qalmazdı. Bütün bunlar gerçəklikdir. Belə gerçəklikdə, sərt münasibətlərin formalaşdığı bir zamanda, beynəlxalq təşkilatlar öz kəskin sözünü deməli, dünyada olan bu konfliktlərin aradan qaldırılması üçün qəbul edilən ciddi qətnamələrin gerçəkləşdirilməsi üçün fəaliyyət göstərməlidir. O zaman bütün ağırlığı xalq diplomatiyasının üzərinə qoymazdılar.

Biz, adətən, BMT-nin Dağlıq Qarabağla bağlı 4 qətnaməsinin həyata keçirilməməsindən danışırıq. Lakin onu da bilin ki, bu gün müxtəlif münaqişələrlə bağlı 30-a qədər qətnamə var ki, heç biri gerçəkləşməyib.

Bu onu sübut edir ki, bu gün doğrudan da problemi tolerantlıq, dözümlülük qəddar cinayətkarlığa qarşı dözümlü olmağa çağırışlarla həll etmək olmaz. Problemin qoyuluşunun özü səhvdir. Cani ilə münasibətdə tolerantlıq nümayiş etdirmək cinayətin sərhədlərinin genişlənməsinə aparan bir yoldur.  

Oxşar xəbərlər
21:47, Bu gün
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
21:44, Bu gün
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
21:42, Bu gün
Bakı Marafonuna 15 mindən çox iştirakçı qoşulub
21:36, Bu gün
Türkiyənin BMT-dəki yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başlayıb
21:30, Bu gün
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
21:20, Bu gün
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu
21:15, Bu gün
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
21:02, Bu gün
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
20:59, Bu gün
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
20:57, Bu gün
ABŞ-da İsrail əleyhinə etirazlar təhlükəli miqyas alıb
20:57, Bu gün
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
20:54, Bu gün
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
20:54, Bu gün
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
20:43, Bu gün
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
20:41, Bu gün
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
20:38, Bu gün
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
20:37, Bu gün
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
20:24, Bu gün
Azərbaycan cüdoçusu Avropa çempionu olub
20:22, Bu gün
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
20:20, Bu gün
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
20:18, Bu gün
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
20:12, Bu gün
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
20:07, Bu gün
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
20:05, Bu gün
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
20:00, Bu gün
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
19:54, Bu gün
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
19:51, Bu gün
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
19:50, Bu gün
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
19:43, Bu gün
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
19:40, Bu gün
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
19:36, Bu gün
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
19:30, Bu gün
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
19:29, Bu gün
Xalq artisti konsertdə izdiham yaşatdı - VİDEO
19:23, Bu gün
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
19:12, Bu gün
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
19:04, Bu gün
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
19:00, Bu gün
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
18:59, Bu gün
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
18:57, Bu gün
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
18:53, Bu gün
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
18:43, Bu gün
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
18:36, Bu gün
Talıb Talenin toyu olacaq - VİDEO
18:33, Bu gün
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
18:29, Bu gün
“Cümü”yə 18 il həbs verildi
18:23, Bu gün
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
18:18, Bu gün
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
18:13, Bu gün
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
18:05, Bu gün
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
18:00, Bu gün
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
17:57, Bu gün
Bakının bir rayonunda qaz kəsiləcək
17:55, Bu gün
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
17:52, Bu gün
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
17:48, Bu gün
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
17:46, Bu gün
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
17:44, Bu gün
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
17:38, Bu gün
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
17:35, Bu gün
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
17:32, Bu gün
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
17:28, Bu gün
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
17:24, Bu gün
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
17:20, Bu gün
Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO
17:17, Bu gün
İranın bəzi əyalətlərini su basıb - VİDEO
17:14, Bu gün
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı - FOTO
17:11, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:08, Bu gün
İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
17:05, Bu gün
Bakıda oğlunu öldürən ataya hökm oxundu
17:00, Bu gün
Hava anomaliyaları: Apreldə yumurta ölçüsündə dolunun yağması normaldır?
16:55, Bu gün
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
16:49, Bu gün
Peskov: “Artıq Avropa ilə münasibətlərimizi yeni əsasda qurmalı olacağıq”
16:46, Bu gün
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə: İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH + FOTO
16:42, Bu gün
Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşdi - FOTO
16:38, Bu gün
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
16:35, Bu gün
Türkiyəli sosial fenomen azadlığa buraxıldı - FOTO
16:32, Bu gün
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər
16:28, Bu gün
Bu da Nura Surinin pilot qardaşı - VİDEO
16:26, Bu gün
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış
16:24, Bu gün
Avropa Parlamenti Rusiya və İranla bağlı iki vacib qətnamə qəbul edib
16:19, Bu gün
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - FOTO/VİDEO
16:15, Bu gün
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirildi - FOTO
16:10, Bu gün
Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək
16:05, Bu gün
Xocalı al lalələrlə bəzənib - FOTO
16:02, Bu gün
​Nazim Quliyev həbs edildi
16:00, Bu gün
Ankaradan İrəvana yeni mesajlar: Ermənistan öz taleyini düşünməlidir - ŞƏRH + FOTO
15:55, Bu gün
Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olundu - FOTO/VİDEO
15:50, Bu gün
Baydenin xüsusi nümayəndəsinin müavini: “Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir” - MÜSAHİBƏ
15:46, Bu gün
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib - FOTO
15:42, Bu gün
BDU-da “Türk otağı” açılıb - FOTOLAR
15:38, Bu gün
Prezident: “Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq”
15:35, Bu gün
Fuad Muradov 7 kişini intim münasibətlə bağlı şantaj edib? - İş məhkəmədə
15:31, Bu gün
İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”
15:28, Bu gün
Almaniya Kansleri: “Rasizmin qarşısının alınması üçün əlimizdən gələni edirik”
15:24, Bu gün
Azərbaycan Prezidenti: “Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb”
15:20, Bu gün
İlham Əliyev: "Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var"
15:18, Bu gün
BDU tələbəsi qeyri-formal tədris metodları vasitəsilə təlimlər keçəcək
15:15, Bu gün
Prezident Almaniyaya təşəkkür etdi
15:13, Bu gün
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
15:12, Bu gün
Ermənistanda kilsə oyunları: Baqratın şirin arzusu - ANALİZ + FOTO
15:11, Bu gün
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
15:07, Bu gün
Avropa Parlamentində anti-Azərbaycan çağırışlar: Sülhə və demokratiyaya sayğısızlıq - ŞƏRH + FOTO
15:05, Bu gün
Stanislav Tkaçenko: “İrəvan danışıqlar prosesini ləngitmək üçün bütün vasitələrdən istifadə edib” - MÜSAHİBƏ
GÜNLÜK
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 22:54
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
25 Apr 2024 | 22:56
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
25 Apr 2024 | 22:26
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
25 Apr 2024 | 23:29
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
25 Apr 2024 | 22:58
“Taliban” altı İran sərhədçisini saxlayıb
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 22:54
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
25 Apr 2024 | 22:56
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
25 Apr 2024 | 22:26
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
25 Apr 2024 | 23:29
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
25 Apr 2024 | 22:58
“Taliban” altı İran sərhədçisini saxlayıb