"Gərginlik yaratmaq istəyirlər” - Siyavuş Novruzov
Oxunub: 5523
28 Mar 2014 | 21:46
Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov martın 28-də “Media forum” saytının suallarını cavablandırıb.

- Ukraynada və Krımda hadisələr yeni başlayanda Azərbaycan məsələyə münasibət bildirməkdə o qədər də maraqlı görünmürdü, bir qədər susqunluq müşahidə edilirdi, rəsmilər bununla bağlı suallara cavab verməkdən yayınırdılar. Martın 27-də BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən özəl qətnamə müzakirə olunub və rəsmi Bakı qətnamənin lehinə səs verib. Azərbaycanın ilk günlər ehtiyatlı mövqe tutmasının səbəbi nə idi?

- Bu məsələ ortaya çıxan gündən, yəni ilk vaxtdan Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yaydı və bildirdi ki, rəsmi Bakı başqa dövlətlərin daxili işlərinə qarışmır, amma bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Biz ərazi bütövlüyünü beynəlxalq hüququn əsas prinsipi hesab edirik və hər bir ölkənin ərazi bütövlüyünü dəstəkləyirik. Bu baxımdan Azərbaycanın BMT Baş Assambleyasının Ukrayna ilə bağlı qətnaməsini dəstəkləyəcəyi məlum idi. Azərbaycanın mövqeyi həmişə belə olub.

Bir neçə il əvvəl Kosovonun müstəqilliyi ilə bağlı qərar BMT-də səsverməyə çıxarılmışdı. Azərbaycan həmin qərara səs vermədi. Bildirdi ki, belə bir presedent yaratmaq olmaz, ərazi bütövlüyü əsas şərt olmalı və əsas şərt kimi qalmalıdır. Ukrayna ilə bağlı qərar da çox düzgün və ədalətlidir. Çünki hər hansı prinsip bir ölkəyə yanaşmada pozulursa, bu, başqa dövlətlərə də transfer edilə, başqa ölkələrdə də bu presedentdən istifadə oluna bilər.

- Azərbaycandan fərqli olaraq MDB-nin üzvü olan Ermənistan, Belarus Ukrayna ilə bağlı qətnamənin əleyhinə səs verib, Qazaxıstan bitərəf qalıb. Rusiya BMT Baş Asambleyasındakı səsvermə faktından istifadə edib Azərbaycana təzyiq göstərə bilərmi? Azərbaycan müdafiə üçün hansı addımları atmalıdır?

- Azərbaycan bir çox ölkədən fərqli olaraq həmişə balanslaşdırılmış və müstəqil siyasət yürüdüb. Bu gün də bu siyasət davam edir. Yəni Azərbaycan hər bir ölkə ilə, o cümlədən beynəlxalq təşkilatlar, ayrı-ayrı qurumlarla bərabər tərəfdaşlıq əsasında öz münasibətini qurur. Azərbaycan öz qərarını da bu yanaşma ilə verir, təbii ki, hər bir ölkə də bu qərarı hörmətlə qarşılamalıdır.

- Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrdir. Azərbaycanın Ukraynanı dəstəkləməsindən sonra Moskvanın Dağlıq Qarabağ münaqişəsinə yanaşması dəyişə bilərmi? Krımla bağlı baş verənlərin Qarabağa bir təsiri ola bilərmi?

- Çox vaxt Dağlıq Qarabağla Krımı eyniləşdirməyə çalışırlar, bu haqda fikirlər söyləyirlər. Əgər Krımın tarixinə baxsaq, bu ərazi müxtəlif dövrlərdə müxtəlif ölkələrin tərkibində olub. Burada Rusiya, Türkiyə, Ukrayna da var, eyni zamanda Krımın özü müxtəlif tarixi mərhələlərdə müstəqil fəaliyyət göstərib. Dağlıq Qarabağ isə kainatda mövcud olandan Azərbaycan ərazisidir, Azərbaycanın tərkibindədir.

İkincisi, ortaya atılan şərtlərdən biri bundan ibarətdir ki, Krımda yaşayan əhalinin böyük əksəriyyəti ruslardan ibarətdir və rusların hüquqlarını qorumaq üçün bu addım atılıb. Azərbaycanın işğal olunmuş ərazisində, hətta Ermənistanın özündə bu gün mono millət var. Orada bu gün başqa millətin bir nümayəndəsi də yaşamır. Dağlıq Qarabağda yaşayan azərbaycanlıların hamısı doğma yurdundan çıxarılıb. Azərbaycanın işğal olunmuş ərazisində başqa millətlərin nümayəndəsi, eləcə də ruslar yaşamır. Üçüncü bir tərəfdən, beynəlxalq hüquq, BMT-nin qətnamələri  var. O qətnamələrdə də Azərbaycanın haqqı, ərazi bütövlüyü tanınır. Azərbaycan BMT-yə daxil olanda da Dağlıq Qarabağ ölkəmizin ərazisi kimi təsdiq edilib.

- BMT Baş Assambleyasında Ukrayna ilə bağlı səsvermədən bir gün sonra Rusiya Dağıstanda geniş miqyaslı hərbi təlimlərə başlayıb. Dağıstan Azərbaycanla həmsərhəddir. Bu hadisələr arasında bir bağlılıq varmı?

- Dağıstan Rusiya ərazisidir. Rusiya bu əməliyyatları Dağıstanda da, Sibirdə də keçirə bilər. Bu, hər hansı bir manevr və ya Azərbaycanın qorxudulması kimi qiymətləndirilə bilməz. Azərbaycanla Rusiya arasında çox yaxşı münasibətlər var. Bəzi qüvvələr çox çalışır ki, bu münasibətlərdə bir soyuqluq yaratsın, ara qarışdırsın. Hətta bunların arasında Azərbaycanın daxilindən olan qüvvələr də var, onlar müntəzəm olaraq istər mətbuat orqanlarında, istərsə də virtual məkanda çıxışlar edirlər. Ukraynanın daxili işlərinə qarışmaq, Dağlıq Qarabağa, Azərbaycanın işğal olunmuş ərazisinə, ölkənin əziyyət çəkən qaçqınlarının, köçkünlərinin yanına deyil, dəstə bağlayıb Krım tatarlarının müdafiəsinə getmək təklifləri səslənir. AXC-Müsavat hakimiyyətinin dövrü xatirimə gəlir, həmin qüvvələr, həmin adamlardır. Öz problemlərimiz qalırdı, biri Çinə, biri Hindistana, biri də İrana bayraq taxırdı. Bunların hamısını görə-görə gəlmişik.

Yenə deyirəm, Rusiyanın Azərbaycanla çox yaxın münasibətləri var. MDB-dən çıxmalıyıq, Rusiyanın həmsədrliyindən imtina etməliyik kimi təxribatçı çıxışlar səslənsə də, bunlar hamısı erməni lobbisinə xidmət edən, ayrı-ayrı xarici dairələrdən, kəşfiyyat orqanlarından maliyyə alan insanların fikridir, arzusudur, Azərbaycanın Rusiya ilə münasibətlərində gərginlik yaratmaq istəyirlər. Hesab edirəm ki, bu, yolverilməzdir. Həm cəmiyyət, dövlət, həm də vətəndaşlar buna qarşı ciddi mübarizə aparmalıdır.

- Yəni Azərbaycan üçün şimal təhlükəsi yoxdur?

- Xeyr, yoxdur.
Oxşar xəbərlər
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Kəlbəcərdə toz burulğanı qalxdı- ANBAAN VİDEO
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
GÜNLÜK
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 14:19
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 14:19
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib