Vahid Əhmədov: “Hər nazirin öz bankı olduğuna görə...”
Oxunub: 7470
29 Mar 2014 | 10:33
Vahid Əhmədov: “Hər nazirin öz bankı olduğuna görə...”

İqtisadçı ekspert, millət vəkili Vahid Əhmədov Moderator.az-a eksklüziv müsahibə verib, onu təqdim edirik:

-Vahid müəllim, dünya Krım böhranından çözüm axtarmaqda aciz qalıb. Hətta süper güc və hər şeyə qadir hesab edilən ABŞ-ın prezidenti də etiraf etdi ki, Rusiyanın təcavüzünə qarşı nəsə etməkdə tərəddüd edirlər...

- Ümumiyyətlə, İkinci Dünya Müharibəsindən sonra yaradılmış təhlükəsizlik sisteminin artıq yenilənməsi zərurəti yaranıb. Eyni zamanda bütün beynəlxalq qurumlarda mövcud olan veto hüququ bu qurumların işini tormozlayıb. Krım böhranı da bir daha bunları təsdiq etdi. Ona görə də beynəlxalq təşkilatların nizamnaməsinə bir daha baxmaq lazım gələcək. Ümumiyyətlə, “veto hüququ” anlayışından imtina etmək lazımdır. Yəni bu tormozlayıcı və ya məhdudlaşdırıcı hüquq əslində faydadan çox zərər vurur və beynəlxalq münaqişələrin həllində tormozlayıcı faktor kimi özünü göstərir.

-Artıq dünyada da fikirlər haçalanıb ki, bir tərəf Rusiyanın Qərbin sanksiyaları qarşısında diz çökəcəyini iddia etdiyi halda, digər tərəf bunun əksini söyləyir. Sizin qənaətiniz necədir?

-Ukraynada yaşananlar qısa zamanda baş verən məsələ deyil. Bu prosesə xeyli öncədən hazırlıq görüldüyü şəksizdir. Ukraynanın Avropaya inteqrasiya məsələsi vəziyyəti birdən-birə gərginləşdirdi və nəticədə Rusiya yaranmış fürsəti fövtə verməyəək öz niyyətlərini gerçəkləşdirdi. Sanksiyalara gəldikdə isə unutmaq olmaz ki, qadağaların tətbiqi yalnız bir tərəfə deyil, hər iki tərəfə ciddi ziyan vurur. Rusiya ildə Avropaya 150 milyard kub metr qaz verir. Barak Obama iki gün öncəki sammitdə bəyan elədi ki, həmin qazı Amerika öz rezervlərindən istifadə etməklə Avropaya çatdırmağa hazırdır. Amma bunun üçün də müəyyən vaxt lazım olacaq. Bu gün buna başlanılsa ola bilər ki, 2015-ci ilin ortalarına bunu gerçəkləşdirmək mümkün olsun. Yəni bunun üçün iri infrastruktur layihəsi icra edilməli və tranzit məsələləri, həmin qazın hansı formada nəqli və çatdırlması bir günün içərisində həllini tapacaq məsələ deyil. Mən də bu qənaətdəyəm ki, sanksiyaların Rusiyaya çox ciddi təsirləri ola bilər. Digər tərəfdən, məncə Krım böhranı hələ xeyli davam edəcək və belə demək mümkünsə, bu xəmir hələ çox su aparacaq. Rusiya yalnız birinci mərhələnin qalibi kimi qürrələnə bilər. Amma mən bunu həlledici qalibiyyət adlandırmazdım və bir müddət sonra vəziyyətin Rusiyanın əleyhinə cərəyan edəcəyini gözləmək olar. Burada beynəlxalq şərtlər də Rusiyanın lehinə deyil. Vaxtilə Ukraynanın nüvə arsenalından imtinası zamanı Rusiya ABŞ-la birgə beynəlxalq öhdəlik götürüb ki, bu dövlətin ərazi bütövlüyünün qarantıdır.

-Avropa Birliyi açıqca bəyan edib ki, bu sanksiyaların tətbiqi mayın 25-də Ukraynada keçiriləcək prezident seçkilərinin necə keçiriləcəyindən asılı olacaq. Yəni Avropa standartlarına uyğun seçkilər keçirilməsə Avropa İttifaqı və ABŞ Ukraynanı taleyin ümidinə və ya Rusiyanın caynağına buraxacaq...

-Mən də o fikirdəyəm ki, Qərbin tərəddüdlərinin müəyyən qismi də məhz bununla bağlıdır. Qərb hələ Ukraynada kimin legitim hakimiyyət formalaşdıracağını yəqinləşdirməyib və bu ölkənin siyasi palitrasının rəngarəngliyi, müxalifətin vahid və güclü liderinin olmaması məsələni bir qədər qəlizləşdirib. Mən ordakı proseləri izləyirəm. Açığı, mənim özüm üçün də qaranlıqdır ki, Yanukoviçdən sonra Ukraynanı hansı prezident Qərbə inteqrasiyaya doğru aparacaq.

-Timoşenkonun şanslarını necə qiymətləndirirsiniz?

-Onun şanslarını çox yüksək qiymətləndirmirəm. Mən xalqın daha çox rəğbətini qazanmış milyarder namizəd var, onun şanslarını yüksək qiymətləndirirəm. Qərb də elə namizədə dəstək verəcək ki, o Rusiya təzyiqi qarşısında duruş gətirə bilsin və Ukraynanı bu böhrandan çıxarmaq iqtidarında olsun. Qərb hələ Rusiya qarşı hansı sanksiya mexanizmlərini işə salmaq məsələsində qəti qərara gələ bilməyib. Hələ bilinmir ki, bu qadağaların əhatə dairəsi necə olacaq. Özünüz də gördünüz ki, ilkin mərhələdə bir neçə oliqarxın aktivlərini dondurdular. Hətta həmin sanksiyalardan sonra Matviyenko Putinlə söhbətində bildirdi ki, maliyyə amnistiyası verilməlidir, bununla da Qərbin sanksiyalarının təsirini azaltmaq mümkün olar. Yəni artıq Rusiyada da anlayırlar ki, bu sanksiyalar təsirsiz ötüşməyəcək və indidən önləyici tədbirlərə əl atmağa başlayıblar. Digər tərəfdən, Qərb sonda anlayacaq ki, Rusiya da nəhəng dövlətdir və onun da maraqlarını nəzərə almaq lazımdır. Ona görə də Amerikanın və Avropanın bu məsələdə çox dərinə gedəcəyini və gərginlik yaradılacağını düşünmürəm. Çünki Avropanın özündə də maliyyə böhranı davam edir və bu sanksiyalar Avropanın özünün də yenidən sıxıntılarla üz-üzə qoya bilər. Qərb mayın 25-dəki seçkilərdən sonra Ukraynanı öz ailəsinin bir üzvü etməyə çalışacaq və beləliklə onsuz da sərhədlərini Rusiyaya yaxınlaşadırmağa nail olacaq

-Bu gün ən aktual məsələlərdən biri də Qərb-Rusiya qarşıdurmasında Azərbaycanın qazanacağı və ya itirəcəkləridir. Azərbaycan bu münaqişədən itkisiz qurtula bilərmi?

-Mən bir daha qeyd etmək istəyirəm ki, İlham Əliyevin rəhbərliyi altında aparılan siyasət çox düzgündür və Azərbaycanın dövlət maraqlarının qorunmasına xidmət edir. Biz Rusiya ilə qonşu dövlətik. Rusiya ilə çox irihəcmli iqtisadi əlaqələrimiz var. Rusiyada milyonlarla soydaşımız yaşayır, işləyir və Azərbaycandakı ailə üzvlərinə xeyli vəsait göndərirlər. Ancaq təbii ki, həm prezident İlham Əliyev, həm də bizlər belə heab edirik ki, Azərbaycanın əsas strateji xətti Qərbə inteqrasiyadır və Azərbaycan öz müstəqilliyini elan edəndən bu proses müəyyən tərəddülərlə də olsa aparılır. Şəxsən mən də bir parlament üzvü olaraq bu siyasəti dəstəkləyirəm və Azərbaycanın siyasi-iqtisadi gələcəyini Avropaya intqrasiyada görürəm. Amma bu heç də o demək deyil ki, biz Rusiyadan birdəfəlik üz döndərməliyik. Unutmaq olmaz ki, dünya siyasi təlatümlər içərisindədir və biz 9 milyonluq kiçik bir dövlətik. Bununla yanaşı bizim Qarabağ kimi bir dərdimiz var və hamı da bilir ki, bu problemin açarı Rusiyadadır. Rusiya bu açarı verməsə problem həll olunan deyil. Ona görə də Qərbə intqrasiya xəttinə sadiq qalsaq belə heç bir halda Rusiyanı qıcıqlandırmamalıyıq. Yadınızdadırsa prezident də etiraf etdi ki, Azərbaycan qazının ixracı məsələsində çox ciddi problemlər yaşanmışdı və Rusiya açıq şəkildə iradə ortaya qoymuşdu ki, Azərbaycanın bütün qazını alsın. Amma İlham Əliyev çox böyük ustalıqla onların bu istəklərini, arzularını gözlərində qoysa da eyni zamanda elə bir marşrut seçilməsinə nail oldu ki, Rusiyanın maraqlarına zərbə vurulmasın. Yəni o ölkələrin ərazisi nəzərdə tutuldu ki, həmin ölkəyə Rusiya qazı çatmamış olsun.

-Keçmiş həmkarınız, Sizin kimi baş nazirin birinci müavini işləmiş Abbas Abbasov bu günlərdə bir maraqlı müsahibə verərək Azərbaycan hökumətini qınayıb ki, Ermənistanın nazirləri qoltuğunda portfel Moskvanı su yoluna döndərdikləri halda bizimkilər Rusiya ilə əlaqələrə o qədər də önəm vermirlər. Doğrudanmı ikitərəfli münasibətlərin inkişafı üçün bizim nazirlər də qoltuqlarında qırmızı rəngli portfel Moskvaya ayaq döyməlidirlər?

-Axı indi Sovet İttifaqı deyil ki. Biz artıq müstəqil dövlətik və dövlət başçımız da müstəqil siyasət aparır. Bu da çoxlarını qane etmir. Unutmaq olmaz ki, Rusiyanın imperiya ambisiyaları qalmaqdadır. Moskvada da bir çoxları belə hesab edir ki, əgər MDB varsa digər müstəqil ölkə rəhbərləri və nazirləri də gedib onlara baş əyməlidir. Bizim Rusiya ilə siyasi, iqtisadi, mədəni-humanitar əlaqələrimiz yüksək səviyyədədir. Nazirlərimiz də vaxtaşırı Moskvaya gedirlər, eyni zamanda ikitərəfli münasibətlərin bir çox aspektləri də ortada, vilayətlər səviyyəsində də əlaqlər qurulur. Bu yaxınlarda Volqoqradın qubernatoru  Bakıya gəldi və prezident İlham Əliyevin də qəbulunda oldu. Amma biz müstəil dövlətik və müstəqil maraqlarımız var. Biz niyə iki gündən bir Moskvaya qaçmalıyıq ki? Biz SSRİ-də deyilik ki. MDB isə faktiki olaraq bir məşvərət klubudur. Bu qurumsa bizə göstərişlər və tapşırıqlar verə bilməz.

-Sizin zaman-zaman Milli Məclisdə bankların anormal kredit siyasətindən narahatçılığınızı ifadə etməniz deyəsən nəticə vermədi. Hətta bu günlərdə İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə də bankları öz xərclərini qəsdən süni yolla şişirtdiklərindən gileyləndi. Görünən odur ki, hamı bankların fəaliyyətindən narazıdır, amma tədbir görən yoxdur...

-Mən bu barədə parlamentdə də, mətbuatda da mütəmadi olaraq danışmışam. Deyə bilmərəm ki, Mərkəzi Bankın İdarə Heyyəti qabiliyyətsizdir. Mən Elman Rüstəmovu və onun müavinlərinin də hamısını yaxşı tanıyıram. Çox savadlı və makroiqtisadi siyasəti, bazar iqtisadiyyatının incəliklərini bilən insanlardı. Fikir verdinizsə, 2008-ci ildə dünya iqtisadi böhrandan lərzəyə gələndə onların başda Samir Şərifov olmaqla Maliyyə Nazirliyi ilə birlikdə apardığı siyasət nəticəsində  Azərbaycanda ciddi təlatümlə üzləşmədik. Yəni nə manat dəyərdən düşdü, nə infilyasiya yüksəldi. Amma bütün bunlarla yanaşı 3-4 ildir ki, biz bankların yürütdüyü anormal siyasəti qınayırıq, amma narahatçılığımızı nəzərə alan yoxdur. Artıq qaytarılmayan kreditlərin həcmi bir milyard manatı ötüb. Qaytarılmayan bu kreditlər Azərbaycanın maliyyə bazarı üçün bir bəladır və çox ciddi problem yarada bilər. Amma kimsə bu kreditlərin qaytarılmamasının səbəblərini təhlil etmək istəmir sanki. Bunun əsas səbəbi bank faizlərinin olduqca yüksək olmasıdır. Bu gün banklardakı faizlər 23-33 faiz arasındadır. Sual olunur, nəyə görə Azərbaycanın 50 milyarda yaxın ehtiyatı olduğu halda banklar belə yüksək faizlər verir? Sual vermək lazımdır ki, əgər sən əmanətləri 10 faizlə qəbul edirsənsə niyə onu 30 faizlə camaata verirsən? Qoy lap sənin 5-6 faizlik xərclərin olsun, daha bu qədər də olmaz ki. İkincisi də mən Azərbaycanda bu qədər bankın olmasının da tərəfdarı deyiləm. Bu günə ölkədə 46 bank var. Gəlin açıq danışaq, hər nazirin də özünün bankı var. Onlar da həmin banklar vasitəsilə istənilən əməliyyatları həyata keçirərək vergidən yayınma hallarına rəvac verirlər. Mərkəzi Bank qərar qəbul etmişdi ki, bankların nizamnamə kapitalı 50 milyon manat həcmində olmalıdı. Amma bu qərarın qüvvəyə minməsinə imkan vermədilər və müddəti 2015-ci ilin yanvarın 1-dək təxirə saldılar. Bunu da düzgün hesab etmirəm, bankların sayının azalmasından qorxmaq lazım deyildi.

-Bayaq söhbətimizin əvvəlində Rusiyanın anti sanksiya tədbirlərindən danışanda Matviyenkodan misal gətirdiniz ki, o Putinə maliyyə amnistiyasının tətbiqini təklif edib. Bir müddət öncə Bakıda keçirilən 3-cü Vergi Forumunda da nazir Fazil Məmmədov maliyyə amnistiyası veriləcəyiylə bağlı açıqlamada bulundu. Deyilənlər gerçəkləşsə iqtisadiyyatımız nə əldə edər?

-Etiraf edək ki, Azərbaycanda da kifayət qədər imkanlı adamlar var ki, vəsaitlərinin əksəriyyətini ölkədən kənarda saxlayırlar. Bu vəsaitləri biz niyə Azərbaycanda saxlamayaq? Mən də düşünürəm ki, maliyyə amnistiyasına ehtiyac var. Amma bunu elə etmək lazımdır ki, yenə bir qrup insan yaranmış fürsətdən istifadə edərək ölkədəki hər şeyi əlinə götürsün, kiçik və orta sahibkarlara heç nə çatmasın.

-Martın 31-ə sayılı günlər qalıb. Quba məzarlığındakı sümüklərin aqibəti barədə cəmiyyətdə birmənalı fikir yoxdur. Bəzi iddialara görə memorial kompleks tikilsə də vəıziyyət o qədər də ürəkaçan deyil.

-31 mart Azərbaycanda soyqırım günü kimi qeyd olunur. 2007-ci ildə Qubada çox böyük məzarlıq tapıldı və ordakı sümüklərin erməni vəhşiliyinin qurbanı olan minlərlə soydaşımıza məxsus olduğu sübuta yetiriləndən sonra cənab prezident həmin məkanı ziyarət etdi və orada böyük bir kompleksin tikintisinə göstəriş verdi. Həmin kompleksin birinci hissəsi keçən il istifadəyə verildi, cənab prezident də gəlib açılışda iştirak elədi. Mən də dedim ki, cənab prezident, elə etmək lazımdır ki, sümüklər olan yer ciddi qorunsun və olduğu kimi saxlanılsın. Onda cənab prezident göstəriş verdi ki, layihənin ikinci hissəsi hazırlanıb həyata keçirilsin. Artıq orda da tikintiyə başlanılıb. Yəqin ki, bu ilin axırında orada da tamamlanma işləri aparılacaq və o memorial kompleks dünya durduqca erməni vandalizmini əyani şəkildə sübut etməyə imkan verəcək.   

Oxşar xəbərlər
19:41, Bu gün
Niyə yazda günəş eynəyi taxılmalıdır? - MARAQLI FAKT
19:35, Bu gün
Bakıda taxta bazarındakı yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB-4
19:30, Bu gün
Mərkəzi Afrika Respublikasında gəminin batması nəticəsində azı 60 nəfər ölüb
19:27, Bu gün
İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var
19:23, Bu gün
Bağanis Ayrımdan olan 85 yaşlı neftçi: Kəndimizin qaytarılacağı xəbərinin sevincini sözlə ifadə etmək çətindir
19:22, Bu gün
Ermənistan KİV: Bağanis Ayrım kəndinin ərazisində artıq minatəmizləmə işləri aparılır
19:13, Bu gün
Bakıda hoteldə yanğın olub - YENİLƏNİB
19:05, Bu gün
Sakinlərin bağladığı Ermənistan – Gürcüstan dövlətlərarası avtomobil yolu açılıb
19:00, Bu gün
Xidmət rəisi: Taxta bazarındakı yanğında 1000 m²-ə yaxın taxta yanıb
18:56, Bu gün
Niyə hər gün darçın istehlak edilməlidir?
18:52, Bu gün
Bu yağlarla qızartma etməyin - ZƏRƏRLİDİR
18:48, Bu gün
Türkiyə XİN: “Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşma sülh sazişi üçün mühüm addımdır”
18:42, Bu gün
Aktrisa illər sonra etiraf etdi: "Yoxsa saçsız qalacaqdım" - FOTO
18:24, Bu gün
Bu bürclər üçün ilin ən xoşbəxt dövrü başlayır
18:21, Bu gün
Azərbaycanda ictimai iaşə dövriyyəsi 7 %-ə yaxın artıb
18:11, Bu gün
Xatirə İslam: "Mənə belə suallar verməyin!" - VİDEO
18:07, Bu gün
11 milyard dollarlıq “El-Klassiko”
18:05, Bu gün
Xeyrimli kənd sakinləri: Qayıdacağımız günü səbirsizliklə gözləyirik
17:58, Bu gün
Xərçəngdən qorunmağın SADƏ YOLU
17:56, Bu gün
"Bakcell"dən 25 Apreldə 100 000 GB kütləvi HƏDİYYƏ
17:54, Bu gün
Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO
17:51, Bu gün
Bakıda növbəti ümumşəhər iməciliyi keçirildi, 551 küçə yuyuldu - YENİLƏNİB + FOTO
17:48, Bu gün
Bir neçə saatdan sonra ən qədim tarixə malik ulduz yağışını izləmək olacaq - FOTO
17:45, Bu gün
Ərdoğan HƏMAS lideri ilə görüşdü
17:40, Bu gün
Ceyranbatan su kanalında batan şəxsin kimliyi məlum olub - YENİLƏNİB
17:31, Bu gün
Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır
17:27, Bu gün
Paşinyanın Qərbə kabab iyinə getməsi hakim partiyada “soyuq duş” effekti yaradıb - TƏHLİL + FOTO
17:22, Bu gün
Rusiyadan iddia: “Sülhməramlılar yaxınlarda yenidən qayıdacaq”
17:17, Bu gün
Basketbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşdi
17:15, Bu gün
“Mir Cəfər Bağırov kinayə ilə mənə dedi: ”Sultan bəy! Sən məni hələ pis tanıyırsan...”
17:12, Bu gün
Ruhəngiz Musəvi: “ Cavanşirin şəkər xəstəsi olduğunu bilirdim”
17:08, Bu gün
PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda saxlanıldı
17:03, Bu gün
Gürcüstanda xarici agentlər haqqında qanuna yenidən baxıla bilər
16:53, Bu gün
Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım - FOTO
16:47, Bu gün
BDU-nun Qazax filialında inklüziv təhsilə dair II Beynəlxalq elmi-praktiki konfransın regional bölməsinin iclası olub - FOTO
16:40, Bu gün
Aşağı Əskipara kənd sakini: "Niyyət etmişəm ki, kəndimizə piyada gedib, torpağından öpəcəyəm"
16:36, Bu gün
Azərbaycanda qadın qardaşının məzarında özünü bıçaqladı
16:31, Bu gün
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib - FOTO
16:25, Bu gün
Möhtəşəm hərbi qələbədən yeni diplomatik zəfərlərə...
16:23, Bu gün
Əməkdar artist Cavanşir Məmmədov dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO
16:20, Bu gün
"Ölümü 1 saniyə çəkdi" - Cavanşir Məmmədovun həyat yoldaşından AÇIQLAMA
16:15, Bu gün
Türkiyə XİN Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı BƏYANAT YAYDI
16:13, Bu gün
Aybəniz Haşımova: “Bir gün eşidəcəksiniz ki, mən də yoxam”
16:10, Bu gün
Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayıb
16:07, Bu gün
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
16:02, Bu gün
Ceyhun Bayramov İran səfirini qəbul etdi
15:58, Bu gün
“O, dəhşətli dərəcədə öldürüləcəyindən qorxurdu” – SSRİ dəmiryolu nazirinin Stalinlə bağlı xatirələri...
15:52, Bu gün
Bakının pozduğu ssenarilər – Qərbə ümid edən “şamsız” yatar, Azərbaycana - yox!
15:47, Bu gün
Zemfira Nərimanova: “Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm” - FOTO + ÖZƏL
15:42, Bu gün
İlham Əliyevin yeni qələbəsi - ŞƏRH
15:36, Bu gün
Azərbaycan və Ermənistan vasitəçi olmadan razılaşdı - Sülh müqaviləsi və Zəngəzur dəhlizinə gedən yol qısaldı
15:30, Bu gün
"Qafqaz Albaniyası irsinin daha sistemli şəkildə araşdırılmasına ehtiyac var"
15:25, Bu gün
Fuad Hüseynəliyev: “Azərbaycan və Ermənistan danışıqlar masasında daha çox məsələni həll etməyə qadirdir”
15:20, Bu gün
Azərbaycanın iştirakı ilə CAREC ölkələrilə tranzit daşımaları həyata keçirilməsi üzrə beynəlxalq saziş hazırlanır
15:15, Bu gün
Sabiq türkiyəli diplomat: "Ay erməni xalqı, bu fürsətdən sən də yararlan..."
15:14, Bu gün
Kahalarda cəmi 18 gün gizlənə bilmişdilər... - Başlıbel faciəsinin şahidləri ilə Başlıbeldə - REPORTAJ
15:10, Bu gün
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi - FOTO
15:05, Bu gün
Azərbaycan ÜGT-də idxal-ixrac prosedurlarının sadələşdirilməsi üzrə müzakirələ qoşulub - FOTO
15:00, Bu gün
Əsas kapitalını Bakı nefti hesabına toplamış Nobel və separatçı erməni milyonçu - ŞƏRH + FOTO
14:55, Bu gün
Daha bir müntəzəm marşrut xətti "BakuBus"a verildi
14:50, Bu gün
“Ruslar Qarabağdan çıxmaq istəmirdilər, amma...” - Danielyan
14:45, Bu gün
Addım-addım sülhə doğru: Proses Qazaxdan başlandı - ŞƏRH + FOTO
14:40, Bu gün
Boşanmış qadın başqası ilə sevgili oldu, qardaşı biləndə... - "Onu yox, məni öldür..." – ŞOK
14:35, Bu gün
İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO
14:30, Bu gün
Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar etdilər
14:25, Bu gün
Azərbaycanlı iş adamı öldürüldü
14:20, Bu gün
Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”
14:14, Bu gün
Xətaidə “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
14:08, Bu gün
İran-İsrail gərginliyinin simvolik mesajları: Müharibədən qaçmaq mümkündürmü?  
14:03, Bu gün
Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq
13:50, Bu gün
"Neftçi"nin iki futbolçusu "Zirə" ilə oyunu buraxacaq
13:48, Bu gün
“Bu etirazların Paşinyanın məlum 4 kənd haqda qərarını dəyişdirməsi mümkün deyil...”
13:45, Bu gün
Türkiyədə Osmanlı dövrünə aid tarixi bina yanır - FOTO
13:42, Bu gün
“Burada heç bir təhqir, heç bir alçaldılma yoxdur”
13:40, Bu gün
Biləsuvarda qadın yaylığı ilə özünü asdı
13:36, Bu gün
Parlament seçkilərinin anonsu verildi: Avqustda...
13:30, Bu gün
Dörd kəndin qaytarılması Aİ və ABŞ-nin prosesə müdaxilə cəhdinin iflasa uğramasıdır
13:25, Bu gün
"Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər" - Kamal Abdulla
13:20, Bu gün
AMB sədri Qafqaz və Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq perspektivlərini müzakirə edib - FOTO
13:12, Bu gün
IMF Azərbaycanın iqtisadi inkişaf və iqlim hədəflərinə dəstək verməyə hazırdır - FOTO
13:08, Bu gün
Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib
13:07, Bu gün
Aşağı Əskipara sakini: “Qanadım olsa, ora uça-uça qayıdaram”
13:07, Bu gün
“Ürəyində 4 stent var idi, əsəb yıxdı onun evini” - Cavanşir Məmmədovun ölüm səbəbi - ÖZƏL
13:06, Bu gün
Müdafiə naziri Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıqlar verib
13:06, Bu gün
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib
13:05, Bu gün
Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib
13:00, Bu gün
Zakir Həsənov sülhməramlılarla bağlı tapşırıq verdi - FOTO/VİDEO
12:56, Bu gün
“Abzas Media” və “Toplum TV” işində yeni faktlar
12:54, Bu gün
Kəlbəcərin Başlıbel kəndi-Yandırılmış Məscidin qalıqları üzərində azan verildi- VİDEO
12:51, Bu gün
Antalyada avtobus aşdı: Çox sayda yaralı var - FOTO
12:48, Bu gün
FHN Lənkəranda qanunsuz tikililəri sökdü - FOTO
12:44, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
12:40, Bu gün
Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll etdi”
12:35, Bu gün
Azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı görülən işlər açıqlandı - FOTO
12:30, Bu gün
Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşdü
12:26, Bu gün
Oğuzda yoldakı çala-çuxuru çınqılla doldurdular: Asfalt da olacaq - FOTO/VİDEO
12:21, Bu gün
Ağlaşma bitir, anlaşma zamanıdır - Kənardan qaz verən olmasa, Qafqazda münaqişə az olar
12:15, Bu gün
Qərar verildi: Bu verilişlər bağlanır - Dəqiq tarix
12:13, Bu gün
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:10, Bu gün
Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı
GÜNLÜK
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
AYLIQ
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev