İsa Qəmbər: “Bu gün ya sizinlə burda məhv olacağıq, ya da...”
Oxunub: 12245
31 Mar 2014 | 10:14
İsa Qəmbər: “Bu gün ya sizinlə burda məhv olacağıq, ya da...”
 Milli Qvardiyanın komandiri, polkovnik Əzizağa Süleymanov 90-cı illərin əvvəllərində ölkənin siyasi və hərbi aləmində baş verən çox maraqlı olaylarla bağlı xatirələrini hissə-hissə Moderator.az-a təqdim edir. Bu yazı da Füzuli uğrunda gedən döyüşlər haqqındadır və oxucularımız üçün maraqlı olacağına şübhəmiz yoxdur...

(əvvəli öncəki günlərdəki xəbər lentlərində) 4 aprel 1993 cü il tarixində gecə saat 24 radələrində biz Füzuli şəhərinə çatmışdıq. Füzuli şəhərinə gedən yol boyu gecə olmasına baxmayaraq köç yüklənmiş maşın karvanına rast gəlmək olurdu. Bundan əvvəl də Milli Qvardiyanın şəxsi heyəti Füzuli rayonunda olmuşdu. Yol boyu bu ərazinin döyüş boyu sərhəd xətlərini nəzərimdən keçirirdim.  Füzuli şəhərinə çatan kimi kapitan Eyubov Eyubu və əslən Füzuli şəhərinin olan qvardiyaçı Tahirov Tahir Qəmbər oğlunu özümlə götürüb, şəhərdə yerləşən Müdafiə Nazirliyinin tabeciliyində olan briqadanın  qərargahına, briqada komandiri polkovnik-leytenant Murad Həmidovun yanına getmişdim. Qərargahda  briqada komandirinə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Milli Qvardiya komandanının əmri ilə, başda özüm olmaqla döyüşdə iştirak etmək  ücün 92 qvarqiyaçının onun sərəncamına göndərildiyini məruzə etdim. Briqada komandiri Murad Həmidov mənim məruzəmi qəbul edib mənimlə mehriban görüşdü. Biz köhnə tanış idik. 1992 il tarixində iyun-iyul aylarında Milli Qvardiyanın döyüşcülərinin bir hissəsi ilə onun rəhbərlik etdiyi briqadanın tərkibində ağır döyüşlərdə iştirak etmişdik. Briqada komandiri polkovnik-leytenant Murad Həmidov mənə qvardiyaçıları Füzuli rayonundan bir necə klometir aralıda yerləşən Qarğabazar kəndindəki orta məktəbin binasında yerləşdirməyi tapşırmışdı. Mən kapitan Vəlməmmədov Rüfət Həmzə oğluna və kapitan Eyubova  göstəriş vermişdim ki, şəxsi heyəti Qarğabazar kəndində yerləşdirsinlər. Əslən Füzulidən olan qvardiyaçı Tahirov Tahir Qəmbər oğluna sürücüm qvardiyaçı Əliyev Ramin Fərrux oğlu ilə birlikdə mən iclasdan çıxana kimi Mlli Qvardiyada xidmət edən Hacıyev Azər Kamal oğlunun atası Füzuli şəhərində yaşayan  Kamal kişini tapıb yanıma gətirmələrini tapşırmışdım. Ondan şəhər və şəhər ətrafı cəbhə xəttində  yaranmış vəziyyət barədə dəqiq məlümat almaq istəyirdim. Özüm isə briqada komandirinin göstərişi ilə onun yanında kecirilən hərbi müşavirəyə dəvət olunmuşdum. Müşavirədə Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri də iştirak edirdilər. Mən hərbi müşavirədə bilmişdim ki, Milli Məclisinin sədri İsa Qəmbər, dövlət müşaviri Arif Hacılı və digər yüksək rütbəli dövlət rəhbərləri artıq cəbhə bölgəsində, Füzuli şəhərindədirlər. Bizə məlumat verdilər ki, Mili Məclisin sədri İsa Qəmbərin bu günkü  müşavirədə iştirakı gözlənilir. Briqada qərargahında gecənin bu vaxtı  müşavirədə müzakirə olunan əsas məsələ Füzuli şəhərini yaranmış ağır mühasirə şəraitindən təcili çıxarmaq idi. Müşavirədə verilən məlumatlara görə Füzuli şəhərindən bir kilometr aralıda yerləşən “Üctəpə”və “Məngələnata” yüksəkliklərini erməni hərbi birlşmələri ələ keçirtmişdilər. Bu gecəki müşavirədə bir məsələ müzakirə olunurdu. Bu yüksəkliklər bu gün geri alınmalıdır, ya da Füzuli şəhərindən əhali köçürülməlidir. Müşavirədə bu məsələ müzakirə olunan vaxt məlumat catdırılmışdı kı, müşavirə iştirakcılarını Milli Məclisin sədri İsa Qəmbər qərargah saldığı Milli Təhlükəsizlik Nazirliyinin Füzuli şəhərinindəki bölməsinin inzibatı binasında gözləyir. Biz hamımız, başda briqada komandiri olmaqla ora getdik. Toplantı gecə saat 2 radələrində başlamışdı. İclası dövlət müşaviri Arif Hacılı aparırdi. Füzuli rayonunun İcra Hakimiyyətinin başcısı Nofəl Qasımov da toplantıda  iştirak edirdi. Birinci olaraq briqada komandiri Murad Həmidov bu bölgədə döyüş mövqelərində yaranmış vəziyyət barəsində məlumat vermişdi. Cəbhə xəttinin xəritəsi briqadanın qərargah rəisi polkovnik-leytenant Nizami Məmmədov tərəfindən divardan asılmışdı. Qərargah rəisi briqada komandirinin cəbhə xətti boyu verdiyi məlumatları xəritə üzərində göstərirdi. Bundan sonra taborların cəbhə xətti boyu yerləşdiyi mövqeləri  göstərmərə başlamışdı. Qərargah rəisi Nizami Məmmədov Füzuli bölgəsində yerləşən taborların adını çəkdikcə tabor komandirləri bir-bir yerindən durub özlərini təqdim edirdilər. Hərbi müşavirədə iştirak edənlərə məlum olurdu  ki, Cəbrayıl- Füzuli istiqamətində cəbhə xətti boyu erməni hərbi birləşmələrinə qarşı yerləşdirilən tabora Abış Alışov, Üctəpə, Məngələnata, Qacar kəndi istiqamətində cəbhə xətti boyu yerləşən tabora Qəhrəman Əliyev, Qızıl qaya, Aşağı Veysəlli kəndi istiqamətində cəbhə xətti boyu yeləşən tabora isə Səfa Əliyev (Yapon ləqəbl şəxs) rəhbərlik edir. Briqada komandiri Murad Həmidov məruzəsini bitirdikdən sonra Məngələnata, Üçtəpə istiqamətində döyüşən tabora rəhbərlik edən tabor komandiri Qəhrəman Əliyev dövlət müşaviri Arif Hacılı tərəfindən sual-cavaba tutulmuşdu. Tabor komandiri Qəhrəman Əliyev bu istiqamətdə erməni hərbiləşmələrinin əlinə keçirilən mövqeləri nə ücün əldən verdiklərini izah edə bilmirdi. Gah şəxsi heyətin çatışmamazlığını, gah da ermənilərin qəflətən çox güclü hücuma keçmələrini bəhanə gətirirdi. Lakin briqada komandirinin tutarli faktları onun yalan danışdığını sübut edirdi. Dövlət müşaviri Arif Hacılı ona sual edəndə ki, həmin mövqeləri geri ala bilərsinizmı? Tabor komandiri Qəhrəman Əliyev bildirmişdı ki, bu mövqelərı geri almaq ücün iki briqada döyüşçü lazımdır. Dövlət müşaviri Arif  Haçılı üzünü briqadanın qərargah rəisinə tərəf tutub sual edəndə ki, bu barədə siz nə deyə bilərsiniz? Briqadanın qərargah rəisi Nizami Məmmədov ayağa durub döyüş bölgəsində  bu mövqein cox böyük strateji yüksəklik olduğunu xüsusi olaraq qeyd edib, çətin olsa da alınmasının mümkün olduğunu söyləmişdi, bu zaman döyüşdə itkilərimizin  cox olacağını bildirməyi də yaddan cıxarmamışdı. Milli Məclisinin sədri İsa Qəmbər də toplantıya qatılmışdı. Toplantı iştirakçıları hamısı bir nəfər kimi ayağa qalxıb Mili Məclisinin sədri İsa Qəmbəri  qarşılamışdılar. İsa Qəmbər  toplantı iştirakçılarını salamlayıb,prezidenti Əbülfəz Elcibəyin salamını catdırmışdı. Dövlət müşaviri Arif Hacilı Milli Məclisin sədrinə  toplantının gedişi haqqında qısa məlumat vermişdi. Milli Məclisin sədri İsa Qəmbərin iştirakı ilə Füzuli bölgəsində yaranmış acınacaqlı hərbi vəziyyətin müzakirəsi davam etdirildi. Toplantıda digər özünümüdafiə taborların komandirlərinin söylədikləri fikirlər də dinlənilmişdi. Günün əsas məsələsi olan Məngənəata və Üctəpə istiqamətində düşmən üzərinə Müdafiə Nazirliyinin əməliyyat idarəsinin hazırladığı hücum planının icrasını yerli tabor komandirlərindən hec biri öz üzərinə götürmək istəmirdi. Onlar təkidlə tələb edirdilər ki, bu istiqmətdə hücum yeni gətirilmiş hərbi hissələrə həvalə edilsin və həmin hərbi hissələrin hazırlıqlı hücuma kecməsi ücün üç-dörd gün vaxt verilsin. Briqada komandiri və Müdafiə Nazirliyindən gələn adını bilmədiyim polkovnik tabor komandirlərinin fikiri ilə qismən də olsa razı idilər. Arqumentləri də bu idi ki, yerli taborlarin döyüşçüləri ağır döyüş şəraitindən yorulub, taborlarda döyüşçülərin sayı azdır, fərarilik var. Dövlət müşaviri Arif Hacılı Milli Məclisin sədri İsa Qəmbərdən içazə alıb, yerli taborların komandir heyətinin bəhanələr əsasında söylədikləri fikirirlərinə müdaxilə etmişdi. O qəti olaraq bildirirdi ki, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən əldə edilmiş məxfi məlumatlara əsasən erməni hərbi birləşmələrinin komandanlığı öz tabeçiliyində olan komandirlərə bu gündən etibarən Füzuli rayonu istiqamətində əlavə canlı qüvələr yerləşdirilməsi barəsində göstəriş verib. Bu faktı nəzərə alıb biz ya bu gün Üçtəpə və Məngələnata yüksəkliyin götürməliyik, ya da sabahdan etibarən Füzuli şəhərinin əhalisini köçürməliyik. Odur ki, siz bu günkü hücumu yerli taborların döyüşçüləri hesabına yerinə yetirməlisiniz. Prezidentin Milli Qvardiyasinın döyüşçüləri də sizə bu istiqamətdəki döyüşlərdə köməklik göstərəçək. Milli Qvardiya döyüşçülərinin komandiri bu gün bu toplantıda iştirak edir. Mən ayağa durub onlara özümü təqdim etmişdim. Dövlət müşaviri məndən neçə nəfər döyüşçü ilə gəldiyimi soruşanda, hələlik 100 nəfərlə gəldiyimizi ona bildirmişdim və əlavə qvardiya döyüşçülərinin bu gün gələcəyini məruzə etmişdim.  Milli Məclisinin sədri İsa Qəmbər müşavirədə çıxış edərək bildirmişdi ki, 2 aprel 1993-cü il tarixində erməni hərbi birləşmələri öz havadarlarının köməkliyi ilə Kəlbəcər rayonunu işğal ediblər. Bu, Azərbaycan xalqı ücün çox böyük  zərbədir. Əgər bu gün Füzuli rayonu ermənilər tərəfindən işğal edilərsə, Qubadlı, Zəngilan, Cəbrayıl rayonları mühasirəyə düşə bilər. Azərbaycan xalqı çox ağır vəziyyətlə üzbəüz qalar. Siz bugünkü döyüşün mahiyyətini başa düşməlisiniz. Bu döyüş olum və ölüm döyüşüdür. Kim bu döyüşdə həmin yüksəklikləri götürərsə, Azərbaycan Respublikasının Milli Qəhramanıdır. Bu, mənim qəti göstərişimdir. Bu gün mən də sizinlə birlikdə ya məhv olacaq, ya da ki, bu yüksəklikləri erməni hərbi birləşmələrindən azad edəcəyik. İsa Qəmbər bu göstərişi verib çölə çıxmışdı. Dövlət müşaviri Arif Haçılı bir də təkrarən demişdi ki, hansı taborun komandiri Üçtəpə və Məngələnata yüksəkliklərini götürərsə, o komandir Azərbaycanın Respublikasının Milli Qəhramanıdır. O bu sözləri deyib briqada komandirinə döyüş əmri vermək üçün sərbəstlik verib, Füzuli rayonunun içra hakimiyyətinin başçısı Nofəl  Qasımovla birlikdə Milli Məclisin sədiri İsa Qəmbərin arxasınca çölə çıxmışdılar. Briqada komandiri Həmidov qərargah rəisi Nizami Məmmədova döyüş əmri yazmağı tapşırıb, xəritənin önünə keçmişdi. Məni ayağa qaldıraraq, xəritə üzərində Üçtəpə istiqamətini göstərib Üçtəpəni götürməyi əmr edib, tabor komandiri Abış Abışovu ayağa qaldırıb mənə canlı qüvvə ilə köməklik etməyi tapşırmışdı. Tabor komandirləri Qəhrəman Əliyevi “Yapon” ləqəbli Səfa Əliyevi ayağa qaldırıb, Gövşad kəndi istiqamətində şəxsi heyəti hazırlayıb bu gün günorta saat 12 radələrində bu istiqamətdə erməni hərbi birləşmələrinə qarşı hücuma keçəcəklərini söyləmişdi. Döyüş əmri verdiyi zaman müşavirədə iştirak edən tabor komandirlərinin heç birinə ona əlavə sual verməsinə imkan verməyərək, dövlət rəhbərliyi tərəfindən çağırılmış hərbi müşavirəni yekunlaşdırmışdı. Tabor komandirləri briqada komandirindən icazə alıb, tabeçiliklərində olan   şəxsi heyəti bu günkü döyüşə hazırlamaq üçün  hərə öz tabeçiliyində olan hərbi hissəyə getmişdi...

Ardı var...

Oxşar xəbərlər
20:14, Bu gün
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:09, Bu gün
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
20:01, Bu gün
Azərbaycanda sayt rəhbəri həbs olundu
19:30, Bu gün
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19:21, Bu gün
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19:19, Bu gün
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19:11, Bu gün
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19:09, Bu gün
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
18:34, Bu gün
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
18:23, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
18:04, Bu gün
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
18:02, Bu gün
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
17:58, Bu gün
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
17:56, Bu gün
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
17:54, Bu gün
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
17:49, Bu gün
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
17:40, Bu gün
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
17:34, Bu gün
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17:33, Bu gün
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
17:27, Bu gün
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
17:18, Bu gün
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
17:13, Bu gün
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
17:08, Bu gün
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
17:03, Bu gün
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
17:03, Bu gün
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
17:00, Bu gün
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
16:58, Bu gün
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
16:55, Bu gün
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
16:53, Bu gün
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
16:45, Bu gün
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
16:38, Bu gün
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
16:36, Bu gün
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
16:25, Bu gün
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
16:20, Bu gün
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
16:19, Bu gün
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:07, Bu gün
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:38, Bu gün
Putunin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyulub
15:35, Bu gün
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:02, Bu gün
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:45, Bu gün
Vüqar Gülməmmədov: "Naxçıvanda 6 nəzarət tədbiri üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim edilib"
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
GÜNLÜK
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir