İbrahim Rüstəmovdan ilginc açıqlamalar...
Müsahibə
Oxunub: 7975
02 Apr 2014 | 14:04
İbrahim Rüstəmovdan ilginc açıqlamalar...

Respublikanın əməkdar jurnalisti, tanınmış publisist İbrahim Rüstəmov bugünlərdə ordu sıralarından tərxis olunub. Ondan müsahibə almağa çox böyük çətinliklə nail ola bildik. Xatırladaq ki, İ.Rüstəmov 23 ildən artıq ordu sıralarında xidmət edib, Müdafiə Nazirliyinin «Azərbaycan Ordusu» qəzetinin baş redaktoru olub. İndiyədək ordu quruculuğundan bəhs edən yüzlərlə məqalənin müəllifi, təcrübəli hərbi jurnalistdir. Ehtiyatda olan polkovnik-leytenant İ.Rüstəmov həm müharibə vetranıdır. Onun Moderator.az-a müsahibəsini oxucularımıza təqdim edirik.

 -İbrahim müəllim, sizi ilk növbədə «Elçi» qəzetinin şef redaktoru kimi fəaliyyətə başlamağınız münasibətilə təbrik edirik.

- Çox sağ olun. Azərbaycan mətbuatında «Elçi» öz yeri, öz mövqeyilə seçilən, ənənəsi olan qəzetdir. Belə bir mətbu orqanda çalışmağımdan qürur duyuram. Onun daha böyük uğurlara imza atmasından ötrü əlimdən gələni etməyə, ən əsası isə, obyektivlik prinsipini qoruyub saxlamağa çalışacağam.

- Siz uzun müddət Müdafiə Nazirliyinin «Azərbaycan Ordusu» qəzetində xidmət etmiş, baş redaktor vəzifəsinədək yüksəlmisiniz. 2005-ci ildə isə Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adı ilə mükafatlandırılmısınız. Bildiyimizə görə, ordu məkanında bu fəxri ada layiq görülmüş ilk hələ ki, yeganə şəxssiniz. İndi hərbi jurnalistikadan ayrılmaq sizə çətin gəlmir ki?

- Qətiyyən. Mən bu gün öz sevdiyim sənətlə məşğulam. Bu gün özümü əsgər kimi hiss edirəm. Yəni, bundan sonra da ordumuzun yanında olacam, onun təbliğatından ötrü əlimdən gələni edəcəm. Buna heç kimin şübhəsi olmasın.

- İbrahim müəllim, artıq arxada qalmış çoxillik ordu həyatınıza baxanda hansı hissləri keçirirsiniz?

- Ordu həyatı mənim üçün ilk növbədə böyük bir sınaq meydanı olubBiz  məhz bu məkanda hər şeydən öncə dövlət dövlətçilik ənənlərinin, vətən vətəndaşlıq duyğusunun, fərdi məsuliyyət hissinin demək olduğunu dərindən anlamışıq. Xalq dövlət qarşısında əsgəri sədaqət andı içmişik. Axı  90- illərin əvvəllərində hərbi xidmətə başlayanda  hələ çox cavan idik. Xoşbəxtəm ki, içdiyim hərbi anda xələl gətirəcək, onu şübhə altına alacaq heç bir yanılış addım atmamışam. Özümdən böyük rəislərin bütün əmr tapşırıqlarını sözsüz yerinə yetirmişəm. Ola bilsin orduda xidmət etməyənlər mənim bu fikrimi düzgün başa düşməsinlər. Amma ordu, hərbi xidmət ilk növbədə ciddi nizam-intizam, geniş dünyagörüşü əxlaq tələb edir. Burada tabeçilik prinsipi, xüsusilə, xalqa dövlətə, Ali Baş Komandana sədaqət son dərəcə mühüm, ali bir hiss kimi dəyərləndirilir. Bu, dünyanın bütün ordularında zaman-zaman bərkimiş özünə  alterpativ tanımıyan bir prinsipdir. Bu prinsipin qorunmadığı ordularda heç vaxt yüksək nizam-intizamdan, döyüş hazırlığından danışmaq olmaz. O üzdən mənim bir insan kimi formalaşmağımda ordu həyatının oynadığı rolu kifayət qədər yüksək qiymətləndirirəm. Mən məhz burada Azərbaycan insanının  yüksək mənəvi dəyərlərə, əxlaqa  dərəsədə sahib olmasını müəyyənləşdirmək görmək imkanı qazanmışam. Axı ordu, doğrudan da, əsl sınaq meydanıdır bu meydanda kimin hansı əxlaqa, dünyagörüşünə malik olmasını müəyyənləşdirmək həyatı başa düşən, bilən insan üçün bəlkə bir anın məsələsidir”¦

- Siz uzun müddət sabiq müdafiə nazirinin rəhbərliyi altında xidmət etmisiniz. Onu yaxından tanıyan bir jurnalist kimi mətbuatda Səfər Əbiyev barəsində yazılanlara münasibətinizi bilmək istərdik.

 -Mən yenidən geriyə qayıtmaq, ən azı etik normalara görə  Səfər Əbiyev cənabları haqqında danışmaq istəməzdim. Ancaq sizin sualınızı cavabsız qoymağım da, bilirəm ki, yersiz müzakirələrə rəvac verəcək. O üzdən öz fikirlərimi bölüşməyə məcburamƏvvəla, sabiq müdafiə nazirini, ifadəmə görə üzr istəyirəm, aşağılayan yazılar bir qayda olaraq idarə olunan KİV-lərdə işıqlandırılır. Belə mətbu orqanların sabah öz sifarişçiləri barəsində hər hansı qərəzli yazılarlarla çıxış etməyəcəyinə isə heç kim qarantiya vermir. O üzdən mən bu yazıları ciddi jurnalist araşdırması kimi dəyərləndirmirəm onlara güzaran jurnalistikasının məhsulu kimi baxıramAncaq bütün bunlarla yanaşı bu xüsusda məni sadə bir Azərbaycan vətəndaşı kimi həmişə bir məsələ düşündürüb: Ölkənin Müdafiə Nazirliyinə təqribən on doqquz il rəhbərlik etmiş bir insanı ictimaiyyətə özgə bir imicdə təqdim etmək, görəsən, kimlərə lazımdır. Başqalarını deyə bilmərəm, şəxsən mən dövlətə dövlət başçısına sədaqətlə xidmət etməyi, onun ideya tapşırıqlarından irəli gələn vəzifələri ləyaqətlə yerinə yetirməyi məhz hörmətli Səfər Əbiyev cənablarından öyrənmişəm. Ali Baş Komandanın qarşıya qoyduğu vəzifələri, əldə olunan uğurları, həyata keçirilən mühüm dövlət tədbirlərini vaxtında yüksək səviyyədə şəxsi heyətə çatdırmaq xidməti dövrümdə qəzet redaktoru olaraq qarşımda dayanan bir nömrəli vəzifə kimi müəyyənləşdirilmişdi. Dövlətə, xalqa sədaqətlə xidmətdə mən şəxsən Səfər Əbiyevi bir jurnalist olaraq nümunə kimi görmüşəm. Düzdü, hər bir kəsin nöqsanları olduğu kimi onun da müəyyən problemləri vardı. Ancaq Səfər Əbiyevin ulu öndərimiz tərəfindən irəli sürülən ideya prinsiplərə, xüsusilə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə sədaqəti, yəni ölkə rəhbəri tərəfindən verilən bütün əmr göstərişləri ən yüksək səviyyədə yerinə yetirməsi  birmənalı olaraq danılmazdır. Təsadüfi deyil ki, vəzifədən azad olunduğu gün sabiq müdafiə nazirinə şəxsən  Azərbaycan Prezidenti, Ali Baş Komandan adından ordudakı xidmətlərinə görə təşəkkür  ifadə olunmuşdur.

Bundan əlavə, bildiyimə görəson əlli ildə Səfər Əbiyev peşəkar  hərbçi kimi hələ sovet dönəmində diviziya komandiri olmuş ilk azərbaycanlıdır. Ali Baş Komandanın rəhbərliyi altında onun ordu quruculuğu sahəsində danılmaz xidmətləri olub. Bunu, istəsək , istəməsək etiraf etməliyik. MəsələnBiləcəri adlı bataqlığın ləğv olunmasında Səfər Əbiyev cənabları qədər təzyiq təhdidlərlə üz-üzə qaldıBiləcəri  Silahlı Qüvvələrimizdə  əsl qarayara idi bu yaranı o, böyük zəhmət bahasına, sayı-hesabı bilinməyən çətinliklərə sinə gərə-gərə kəsib atdı. O vaxtlar, yaxşı yadımdadı, buna görə ona qarşı əməlli-başlı böyük bir qara piar kampaniyasına start verildi, müqavimət göstərildi. Amma buna baxmayaraqSəfər Əbiyev cənabları bu işi uğurla başa çatdıra bildiNəticədə hərbi xidmətə çağırış sistemində maksimum şəffaflıq yarandı. İlk dəfə kasıb-kusub uşaqlarının  paytaxtda yerləşən hərbi hissələrdə xidmət etməyə başlaması ictimaiyyət tərəfindən əsl sensassiya kimi qarşılandı. Bu, ordu quruculuğu işində böyük bir dönəmə çevrildi. Əhali arasında  Silahlı Qüvvələrimizin nüfuzu ikiqat artdı.

Bütün bunlarla yanaşı, əgər bir tərəfdən çağırış sistemi təkmilləşdirildisə , digər tərəfdən bununla o, özünə xeyli düşmən qazandı. Üstəlik, Səfər Əbiyevin yalnız Ali Baş Komandan qarşısında hesabat verməsi, hərbi xidmətə hər çağırış dövründə  sayı-hesabı bilinməyən xahiş minnətləri əsasən cavabsız qoyması da digər narazılar elitasının formalaşması ilə nəticələndi ki, bu da indinin özündə belə, davam etməkdədirYaxud, hansısa hərbi hissədə ən aşağı vəzifədə xidmət edən hərbi qulluqçu cinayət əməlinə görə cəzalandırılanda onu ictimaiyyətə  Səfər Əbiyevin ən yaxın adamı kimi təqdim edirlər. Mən bunu çox pis tendensiya kimi dəyərləndirir bəzi insanları  ictimai-siyasi əxlaqa dəvət edirəm. Əgər biz son iyirmi ildə qazandığı möhtəşəm uğurlara görə Azərbaycan Ordusunu Cənubi Qafqazın ən mobil, yüksək döyüş hazırlığına yiyələnmiş silahlı bir qrumu kimi təqdim ediriksə bu, beynəlxalq hərbi ekspertlər tərəfindən təsdiq olunursa, deməli, bunda Səfər Əbiyev cənablarının da xidmətləri danılmazdır. Bilirsizmən bu fikirləri söyləməsəydim belə çıxardı ki, ya qorxuram, ya da cəsarətim yoxdur. Qorxaqları, cəsarətsizləri isə ordu sevmir.

-Sizi həm sabiq nazirin ən yaxın adamlarından biri kimi təqdim edirlər”¦

- Qoy təqdim etsinlər. Ancaq  bu qaraguruhçulara deməyə mənim sözüm, arqumentlərim  var. Fakt daşlaşmış həqiqətdirƏvvala, mən təqribən on üç il mayor hərbi rütbəsində xidmət etmişəm. Bu zaman bəzi istedadsız, əxlaqsız insanlardan fərqli olaraq heç bir iddia, heç bir təmənna güdməmişəm. Gözümün ağı-qarası bir oğlum var. O da hərbi xidmətini Murovda, cəbhə bölgəsində keçirib. İndi siz mənə izah edin görüm Səfər Əbiyevin adamı olmaq deməkdir”¦Mən ideya adamıyam. O üzdən Orduda özümü heç vaxt  təsadüfi şəxslərdən saymamışam.Yəni, ən böyük amacım dövlətimə, Ali Baş Komandanıma sədaqətlə xidmət etmək olub. Bu gün eyni mövqedəyəm.

- Sizin Ordu sıralarından  kənarlaşdırılmağınız haqqında da müxtəlif söz-söhbətlər, şayiələr gəzir.

- Qətiyyən belə deyilSadəcə səhhətimdə yaranan problemlər üzündən Silahlı Qüvvələrdən ayrılmaq məcburiyyətində qalmışam. Müdafiə naziri Zakir Həsənov cənablarının eyni əmrilə həm ordu sıralarından tərxis edilmişəm, həm bundan sonra da  hərbi forma geyinmək hüququmu özümdə saxlamışam. Daha bəziləri kimi xidməti uyğunsuzluqla ordu sıralarından qovulmamışamAmma ürəyim yenə ordumuzun yanındadır. Təəssüf ki, uzun müddət birgə çalışdığım, vaxtilə hətta  başıma and içən bəzi adamlar sonradan öz sifətlərini dəyişdilər, məni  ictimaiyyətə özgə bir imicdə, hətta şizofrenik kimi təqdim etdilərBütün bunların arxasında onların məkrli niyyəti dayanırdı. Məqsədləri  qələmimi, sözümü gözdən salmağa yönəlmişdi. Bilirdilər ki, vaxsa öz sözümü deyəcəyəm. Qorxudan mənə ləkə yaxmağa çalışdılar. Ancaq şərin-böhtanın da bir həddi-miqyası varDoğrusu, yenə təəccüblənmirəm. Çünki vaxtilə onlara etimad göstərən müdafiə nazirini aldadan bu adamlar elə xislətə malikdirlər ki, şəxsi mənafeləri naminə, nəinki məni, hətta öz balalarını da tapdalayarlar. Təssüf edirəm ki, həm bu cür bəzi  namərd, əxlaqsız, səviyyəsiz, satqın adamların əhatəsində olmuşam. Çünki bir əsgər kimi satqınlıq təbiətimə həmişə yad olub. Bu barədə çox danışmaq istəmirəm. Gələcəkdə öz xatirələrimdə ətraflı bəhs edəcəyəm”¦

ndiki müdafiə naziri barəsində deyə bilərsiniz? Deyəsən, ona münasibətdə daha tənqidi mövqe dayanmısınız?

- Qətiyyən. Siz üçün belə nəticəyə gəlirsiniz? Zakir Həsənov cənabları peşəkar hərbçidir. Onun nazir təyin olunduğu gündən dinamik mövqe sərgiləməsi, intensiv fəaliyyət göstərməsi bir jurnalist kimi məndə çox böyük ümidlər yaradıb. O daim xüsusilə ön mövqedə, vətənimizin keşiyini çəkən əsgərlərin yanındadır. Necə deyərlər, kabinet generalı deyil.

Əmin ola bilərsiniz, bir daha Silahlı Qüvvələrə qayıtmaq fikrim yoxdur. Bunu ona görə deyirəm ki, səmimiyyətimə inanasınız. Yeni nazirin Ali Baş Komandanın ümidlərini doğruldacağı atdığı ilk addımlardan aydın görünür. Lakin ordu çox mürəkkəb struktura malik bir qurumdur. Burada hamının öz xidməti vəzifəsinə ləyaqətlə yanaşması prinsipial məsələdir. Guman edirəm ki, Zakir Həsənov cənabları ətrafındakılar üçün kifayət qədər önəmli bir nümunədir. O üzdən, fikrimcə, bəzi kabinet generallarının da, nəhayət, soyuq səngərlərdə keşik çəkən əsgərlərin yanında gecələməsinin vaxtı çatıb. Əks-təqdirdə yeni nazirin rəhbəri olduğu strukturu ətrafındakı  bəzi qeyri-peşəkar, ikiüzlü, hiyləgər, satqın, fərsiz məkrli kadrlardan təmizləməsi məsələsi qaçılmaz olacaq. Hadisələrin gedişi məhz bunu göstərir.

- Yəqin siz əsgər ölümlərini nəzərdə tutursunuz?

- Ola bilərƏsgər ölümlərilə bağlı vaxtilə sabiq müdafiə nazirinə qarşı  çox ciddi təzyiqlər göstərilirdi. Ancaq mənim fikrimcə, müharibə şəraitində xidmət aparan bir ordu üçün bu, qaçılmazdır. Təəssüf edirəm ki, ölüm hallarından  yeni nazirə qarşı bəzən arqument kimi istifadə olunur. Bütün bunları kimlərinsə öz məkrli niyyətlərinə çatması üçün atdıqları addım, göstərdikləri təzyiq  kimi dəyərləndirirəm. Ona da təəssüflənirəm ki, bəzi generallar, səlahiyyətli məsul şəxslər yalnız hadisələr baş verəndən-verənə hərbi hissələrdə görünürlər.

Ağır coğrafi şəraitdə, düşmənlə üz-üzə, göz-gözə dayanan əsgərlər bir qayda olaraq daim stress içində, psixoz vəziyyətində olurlar. Əlbəttə, bu hamıya aid deyil. Lakin xarakterlər müxtəlifdir. Böyük kontingentdə asanlıqla sınan, sarsılan gənclər ani məqamda, bəzən gözlənilmədən çox ciddi problemlər yaradırlar. O üzdən ordumuzda ilk növbədə mənəvi-psixoloji durumu gücləndirmək lazımdır. Bundan ötrü peşəkar psixoloqların dəstəyinə böyük ehtiyac duyuram. Bəzi kabinet generallarının bu işin öhdəsindən gəlməsi isə qeyri-mümkündür. General olmaq psixoloq olmaq demək deyil axı...

Bu gün əsgərin yanında olmaq, onunla öz doğma ana dilində danışmaq, fərdi qaydada hər bir kəsin problemlərini vaxtında öyrənib aradan qaldırmaq ordu geniralitetinin fəaliyyətində, mən deyərdim, ən vacib amildir. Valideynlərindən təzəcə ayrılıb soyuq səngərlərə qədəm basan əsgərlə direktiv sənədlər, nizamnamə dililə danışmaq xüsusilə xidmətin  ilkin mərhələsində istənilən effekti vermirYaddan çıxarmamalıyıq ki, hamımızın övladları var.  

Odur ki, vaxtilə Səfər Əbiyevin ətrafında olan, bu gün isə yeni nazirin yanında, necə deyərlər, qol-qanad açan bəzi generallar, əgər bu faktları nəzərə almasalar, tezliklə öz vəzifələrini itirə bilərlər. Bunu deməyə Zakir Həsənov cənablarının prinsipial mövqeyi, intensiv fəaliyyət proqramı tələbkarlığı əsas verir. O üzdən  əsgər ölümlərinin sayının minimuma endiriləcəyi Silahlı Qüvvələr quruguluğunda əldə olunan uğurların daha geniş miqyas alacağı qənaətindəyəm. Bu işdə, əgər ehtiyac olarsamən yenə ordumuzun yanındayam”¦

 

 

 

 

 

 

 

 

 

 

Oxşar xəbərlər
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
19 Apr 2024 | 16:58
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:38
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
19 Apr 2024 | 16:36
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
19 Apr 2024 | 16:25
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
19 Apr 2024 | 16:20
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
19 Apr 2024 | 16:19
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
19 Apr 2024 | 16:17
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 16:11
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
19 Apr 2024 | 16:07
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
19 Apr 2024 | 16:02
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
19 Apr 2024 | 16:01
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:56
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
19 Apr 2024 | 15:49
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
19 Apr 2024 | 15:47
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
19 Apr 2024 | 15:44
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
19 Apr 2024 | 15:40
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
19 Apr 2024 | 15:38
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
19 Apr 2024 | 15:35
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
19 Apr 2024 | 15:34
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 15:25
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
19 Apr 2024 | 15:20
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
19 Apr 2024 | 15:17
Meteohəssas insanlar üçün PROQNOZ
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:15
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
19 Apr 2024 | 15:13
Tovuzda qadının üstünə benzin töküb yandırdı
19 Apr 2024 | 15:13
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
19 Apr 2024 | 15:08
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
19 Apr 2024 | 15:02
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
19 Apr 2024 | 14:55
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
19 Apr 2024 | 14:48
Türkiyə XİN İsraillə İrana çağırış edib
19 Apr 2024 | 14:47
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
19 Apr 2024 | 14:47
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
19 Apr 2024 | 14:43
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
19 Apr 2024 | 14:42
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
19 Apr 2024 | 14:41
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
19 Apr 2024 | 14:36
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
19 Apr 2024 | 14:33
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
19 Apr 2024 | 14:25
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
19 Apr 2024 | 14:21
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 14:11
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
19 Apr 2024 | 14:09
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
GÜNLÜK
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 07:58
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 08:03
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
19 Apr 2024 | 08:15
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
19 Apr 2024 | 07:49
İranda partlayış baş verib
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 22:04
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
AYLIQ
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 07:58
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 08:03
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
19 Apr 2024 | 08:15
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
19 Apr 2024 | 07:49
İranda partlayış baş verib