Moderator.az BAXCP Ali Məclisinin sədri Teyyub Qənioğlunun Rusiyapərəst deputat Eldar İbrahimova ünvanladığı sərt məzmunlu yazını təqdim edir:
Milli Məclisin və YAP İdarə Heyətinin üzvü, milliyyətcə rus Mixael Zabelindən sonra YAP-nın və Milli Məclisin daha bir üzvü, Aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Ukpayna parlamentlərarası işçi qrupunun rəhbəri Eldar İbrahimov Azərbaycan Respublikasının rəsmi mövqeyinə, eləcə də beynəlxalq hüquq normalarına zidd olaraq Rusiyanın Krımı işğal etməsinə və anneksiyasına haqq qazandırdı. E.İbrahimov öz mövqeyini bununla əsaslandırmağa çalışır ki, “Vaxtilə sovet rəhbərlərinin, konkret olaraq Xruşşovun Ukraynaya hədiyyə verdiyi Krımı Rusiya geri qaytarır. Bu Helsinki Yekun Aktının qərarı ilə tam uzlaşır. Amma ortada bir gercəklik də var. Helsinki Yekun aktının ikinci bir müddəası millətlərin öz müqəddəratını təyin etməsi ilə bağlıdır” (!?). Fikrini davam etdirən E.İbrahimov bildirir ki, “Krım məsələsini Dağlıq Qarabağla eyniləşdirmək olmaz. Çünki ...orada bu prinsipə söykənib referendum keçirmək qanunsuzdur... və Azərbaycan qanunvericiliyinə ziddir”. E.İbrahimovun məntiqindən belə çıxır ki, Azərbaycan qanunvericiliyinə zidd olaraq Dağlıq Qarabağda referendum keçirmək olmaz, amma Ukraynanın qanunvericiliyinə zidd olaraq, rus avtomatlarının lüləsi altında Krımda “ildırım sürətli referendum” keçirmək və Krımı Rusiyaya birləşdirilmək olar.
Vaxtilə
Krımın Türkiyənin tərkibində olduğunu, sonradan müharibə nəticəsində Rusiyaya
birləşdirdiyini qeyd edən E.İbrahimov öz mülahizələrində bədnam Zori Balayanı xatırladır. Z.Balayan da
bu yaxınlarda Gülüstan Müqaviləsini əsas tutaraq V.Putinə müraciət etmiş və
Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsini təklif etmişdi...
E.İbrahimov
Krım hadisələri ilə bağlı özünün Azərbaycanın milli maraqlarına və rəsmi
mövqeyinə zidd olan fikirlərini Dağlıq Qarabağın və Zəngəzurun Azərbaycana birləşdirilməsi
üçün güya zəmin yarandığı və bunun V.Putindən asılı olduğu haqqında yersiz və əsasız
mülahizələri ilə ört-basdır etməyə
çalışır, V.Putinin xeyirxah işlərə (!) başlamasını vurğulayaraq bu məqsədlə ondan kömək istəyir
!?
Z.Balayan və E.İbrahimovun mülahizələrini “əsas
götürərək” və Gülüstan, Tükmənçay
müqavilələrinə istinad edərək gələcəkdə Azərbaycanın da, onun istəklərinə zidd
olaraq, Rusiyaya “birləşdirilməsinə” haqq qazandırmaq olar. Yazıqlar olsun!
Azərbaycanda
onun milli maraqlarına zidd olaraq fəaliyyət göstərən “beşinci kalonun” olduğu
heç kim üçün sirr deyil. M.Zabelin və E İbrahimov kimi yüksək çinli rəsmilərin milli mənafeyimizə zidd mövqeləri
“beşinci kalonun” fəaliyyətini stimullaşdıra bilər. Buna isə qətiyyən yol vermək
olmaz!
Torpaqları
Rusiyanın bilavasitə təhriki və iştirakı ilə Ermənistan tərəfindən işğal olunan
Azərbaycan süveren dövlətlərin ərazi toxunulmazlığı prinsipini daim dəstəkləmişdir
və dəstəkləyir. Buna görə də Azərbaycan BMT Təhlükəsizlik Şurasının iclasında
haqlı olaraq Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnaməyə səs vermişdir.
Bunu heç kim, xüsusilə də Milli Məclisin üzvü olan M.Zabelin və E İbrahimov
unutmamalıdırlar!