Hüquqşünas
Namizəd Səfərov da Qurban bəyin qənaətini bölüşür, amma...
“Hesab
edirəm ki,Kürdəxanı İstintaq Təcridxanası həqiqətən müasir standartlara cavab
verir. Lakin ümumilikdə təcridxana-həbsxana sistemində mövcud olmuş eybəcərliklərin
əksəriyyəti qalmaqda davam edir. Həbsxanalarda dustaqlara qarşı qeyri-insani
münasibətin tamamilə aradan qaldırıldığını iddia etmək mümkün deyil.
Dustaqlarla amansız davranış faktlarıyla bağlı hər gün sosial şəbəkələrdə təkzibolunmaz
sübutlar əks etdirilir. Hələ bu gün də Azərbaycanda fəaliyyət göstərən həbsxanalar
sistemi cəza çəkmə müəssisəsi funksiyasına deyil, insanın əzilməsi,sındırılması fiziki cəhətdən
məhvinə nail olunması məqsədinə xidmət edir. Azərbaycanda cəzaçəkmə müəssisələri
sisteminin müsbət mənada inkişafı və yeniləşməsi bilavasitə sosial sistemlə,
hakimiyyətin mahiyyəti ilə bağlıdır. İnsanları qanunsuz, əsassız və ədalətsiz
olaraq tutub yaxşı şərairdə saxlanmasını təmin etmək deyil, onların qanunsuz həbsinə
son qoyulmalıdır.”