Qondarma ittihamlarla 3 illik həbs cəzasına məhkum edilən tanınmış hüquqşünas Qurban Məmmədov iki gün öncə Moderator.az-a saxlanıldığı Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasındakı dəyişikliklərdən bəhs edən bir yazı göndərib. Qurban bəy əvvəlki iki dəfə həbs olunduğu dövrlə indiki mövcud durumu müqayisə edərək baş verən müsbət dəyişikliklərdən hədsiz təəccübləndiyini bildirib.
“Azərbaycan
Miqrasiya Mərkəzi”nin rəhbəri, hüquqşünas Əlövsət Əliyev Penitensiar Xidmətdəki
müsbət dəyişikliklərin Mədət Quliyevin kifayət qədər müstəqil şəxs olmasıyla əlaqələndirir:
“Ətrafda
baş verənlərə obyektiv qiymət verilərsə, bu, cəmiyyətin inkişafına da təsir
göstərər. Mən hesab edirəm ki, obyektiv yazıdir ve burada ziddiyyət də
görmürəm. Kadrlar çox şeyi həll edə bilirlər.Penitensiar xidmətdəki dəyişikliklər
barədə başqa mənbələrdən də məlumatlar alırıq.Həqiqətən belədir. Məsələn, Dövlət
Miqrasiya Xidmətində rüşvət mövcud deyil. Və rüşvət alan haqqında məlumat əldə
olunan kimi həmin əməkdaş haqqında məlumat prokurorluga göndərilir. Mədət
Quliyev kifayət qədər müstəqil şəxsdir və onun işinə müdaxilələrin olduğu yerlərdə
işləməyi özünə sığışıdıran deyil. Həm də bu sahədə islahatlar beynəlxalq təşkilatların
dəstəyi və tövsiyyəsi ilə davamlı olaraq aparılmaqda davam edir. Məhkəməmələri
bu xidmətlə müqayisə etmək çətindir. Məhkəmələr bu gün müəyyən işlər baxımından tam siyasiləşdirildiyi
üçün vəziyyət fərqlidir.”