“Müdafiə Nazirliyinin rəhbərliyi tam təsadüfi şəxslərdən ibarətdir”
Gündəm
Oxunub: 7092
11 Apr 2014 | 10:51
“Müdafiə Nazirliyinin rəhbərliyi tam təsadüfi şəxslərdən ibarətdir”

Son günlər Azərbaycan Silahlı Qüvvələrində baş verən bədbəxt hadisələr və intihar olayları cəmiyyətdə ciddi narahatlıqla qarşılanmaqdadır. Xüsusilə də, aprelin 7-də cəbhənin Füzuli istiqamətində baş verən və 3 hərbçinin ölməsi, 6 hərbçinin isə yaralanması ilə nəticələnən mina partlayışı ciddi rezonansa səbəb olub. Partlayışdan dərhal sonra müdafiə naziri Zakir Həsənovun hadisə yerinə getməsi də olayın Müdafiə Nazirliyində də kifayət qədər əks-səda doğurduğunu isbatlayır.

Bəzi ekspertlər isə hesab edir ki, son bir neçə ayda orduda baş verən proseslərin təhlili vəziyyətin artıq idarəolunmaz həddə çatdığını təsdiqləməkdədir.

Moderator.az-a açıqlama verən “Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, polkovnik Üzeyir Cəfərov hesab edir ki, orduda vəziyyət həqiqətən də gərgin və kritikdir:

“Mən cəbhənin Füzuli istiqamətində baş verən hadisə haqqında məlumat alan kimi, oradakı yoldaşlarla əlaqə saxladım. Mənə bildirdilər ki, Müdafiə Nazirliyi hadisə nəticəsində 3 nəfərin öldüyünü, 6 nəfərin yaralandığını bildirsə də, əslində yaralananların sayı 10-dan artıqdır. Müdafiə Nazirliyi baş verən olayı əsgərlərin səhlənkarlığı ilə əlaqələndirir. Lakin mən məsələyə bir qədər dərindən yanaşmağın tərəfdarıyam. Məncə Müdafiə Nazirliyinin kadr siyasəti sahəsində buraxılan boşluqlar zənnimcə yavaş-yavaç özünü büruzə verməyə başlayıb”.

Ekspertin qənaətincə, müdafiə nazirinin yanlış kadr seçimi artıq indidən ciddi fəsadlarla müahidə edilməkdədir:

“Z.Həsənov hal-hazırda “atam mənə kor dedi, gəlib-gedəni vur dedi” məsəli ilə hərəkət edir. Z.Həsənov peşəlkar kadrları vəzifədən uzaqlaşdırır, ixtisasına uyğun olmayan şəxsləri Müdafiə Naizlriyində yüksək vəzifələrə gətirir. Istisna etmirəm ki, həmin hadisədə rəhmətə gedən zabit də incidilən zabitlərdən biri olub. Müdafiə Nazirliyinin rəhbərliyi zabitlər arasında bir ruh düşgünlüyü yaradıb. Problemlər baş alıb gedir və heç kim də bu problemlərin həllinə cəhd göstərmir. Z.Həsənov başa düşməlidir ki, bu onun üçün Daxili Qoşunlar deyil. Müdafiə Nazirliyinin bir hərbi birləşməsinin şəxsi heyəti Daxili Qoşunların ümumi şəxsi heyətinin sayına bərabərdir. Z.Həsənov son günlər faktiki olaraq kabinet çıxmırdı. Sadəcə ayrı-ayrı şəxslərə medallar paylamaqla məşğul idi. Orduda isə vəziyyət gərgindir”.

Ekspertin fikrincə, bu gün Z.Həsənovun yanlış kadr islahatı nəticəsində Müdafiə Nazirliyinin rəhbərliyində təsadüfi insanlar təmsil olunur ki, bu da bütövlükdə Azərbaycanın təhlükəsizliyini sual altında qoyur:

“Biz elə məsələlər var ki, dost-düşmən amilinə görə onları açıqlamır, çox da üstünə getmirik. Lakin vəziyyət bu cür davam edə bilməz. Müdafiə Nazirliyinin rəhbərliyi tam təsadüfi şəxslərə həvalə olunub. Bu isə Azərbaycanın təhlükəsizliyi baxımından ciddi riskdir”.

Ü.Cəfərov Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsində təmsil olunan Nəcməddin Sadıqovun şəxsə maraqlara hesablanan kadr siyasətinə də diqqət çəkdi:

“Nəcməddin Sadıqovun başı ətrafı ilə birlikdə varlanmağa qarışıb. Bu gün Silahlı Qüvvələrin Akademiyasının rəisi vəzifəsi vakantdır. Çünki ora N.Sadıqov öz adamını yerləşdirmək istəyir. Hərbi-dəniz qüvvələri kimi mühüm bir güc qurumu rəhbərsizdir. Çağırışla bağlı məsələdə isə heç bir boşluq yoxdur. S.Əbiyev dönəmindən fərqli olaraq hazırda bəzi  çağırışçıların hərbi birləşmələrdə xüsusi tapşırıqla yerləşdirilməsi reallaşır və onlara güzəştlər edilir. Təbii ki, bunlar öz-özlüyündə baş verən məsələlər deyil”.

Ekspertin qənaətincə, Müdafiə Nazirliyinin taleyi ilə oynamaq dövlətin taleyi ilə oynamaq deməkdir ki, bu da yolverilməzdir:

“Mən hər zaman demişəm ki, Müdafiə Nazirliyinin taleyi ilə oynamaq olmaz. Kimsə kiminsə dostu, yaxını ola bilər. Amma Müdafiə Nazirliyi kimi ciddi bir qurumu tam təsadüfi şəxslərə tapşırmaq doğrusu, ölkənin taleyi ilə oynamaq deməkdir. Son proseslər də deyilənləri təsdiq edir”.

Ordudakı mövcud problemlərlə bağlı ölkə başçısını da məlumatlandılrdığını qeyd edən ekspert, məlum müraciəti ilə bağlı konkret addımların atılmamasından məyusluq duyduğunu vurğuladı: “Mən ölkə başçısına ordudakı problemlərlə bağlı müraciət etdim. Amma bu məsələnin üstündən sükutla keçdilər. Əgər mənim qeyd etdiyim faktlar həqiqəti əks etdirmirdisə, o zaman məni çşağırıb deməli idilər ki, Azərbaycan Silahlı Qüvvələrindəki vəziyyətlə bağlı dezinformasiya yayırsan. Əgər həqiqəti yazmışdımsa, o zaman niyə qeyd etdiyim problemlərin aradan qaldırılması ilə bağlı  müvafiq addımlar atılmadı? Bu yaxınlarda orduda Balıyev soyadlı polkovnik-leytenant həyatına qəsd etdi. Əgər bir ordunun yüksək rütbəli zabiti intihar edirsə, deməli həmin orduda nə isə ciddi bir problem mövcuddur”.

Ü.Cəfərovun fikrincə, ordudakı mövcud problemlərin ən qısa zamanda həlli istiqamətində lazımi addımlar atılmazsa, ölkə ictimaiyyəti daha ciddi itki və rüsvayçılıqlara şahid olacaq:

“Mən mövcud durumdan olduqca narahatam. Hesab edirəm ki, ordudakı duruma ciddi şəkildə müdaxilə edilməzsə gələcəkdə vəziyyət daha kritik və dözülməz olacaq”.

 

Seymur Əliyev


Oxşar xəbərlər
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 17:50
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
01 May 2024 | 17:45
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
01 May 2024 | 17:40
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 17:30
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
01 May 2024 | 17:25
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
01 May 2024 | 17:20
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
01 May 2024 | 17:15
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
01 May 2024 | 17:10
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
01 May 2024 | 17:07
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
01 May 2024 | 17:05
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
01 May 2024 | 17:03
COP29-un rəsmi saytı istifadəyə verildi
01 May 2024 | 17:00
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
01 May 2024 | 16:56
İyunda ardıcıl beş gün iş olmayacaq
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:50
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul etdi
01 May 2024 | 16:47
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
01 May 2024 | 16:42
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01 May 2024 | 16:40
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:35
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
01 May 2024 | 16:32
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
01 May 2024 | 16:27
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
01 May 2024 | 16:22
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:17
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
01 May 2024 | 16:15
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
01 May 2024 | 16:12
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
01 May 2024 | 16:07
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 15:58
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:49
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
01 May 2024 | 15:45
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
01 May 2024 | 15:41
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
01 May 2024 | 15:37
Nəfəs: "İllərlə kirayə qaldım..." - VİDEO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:23
Bu obyektlərin su təchizatı üçün ödəniş müəyyənləşdi
01 May 2024 | 15:19
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
01 May 2024 | 15:14
İlham Əliyev bu qanunu təsdiqlədi
01 May 2024 | 15:09
Azad edilmiş ərazilərdə 332 mina aşkarlandı
01 May 2024 | 15:05
Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB
01 May 2024 | 15:02
Prezident sərəncam imzaladı
01 May 2024 | 15:00
Hərbi attaşelər DİN DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər - FOTO
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 06:16
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 06:16
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."