“Əgər Kreml öz işğalçılıq siyasətindən imtina etməzsə, bu, Rusiyanın özünün məhvi ilə nəticələnəcək”.
Bu sözləri Moderator.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib. Onun sözlərinə görə, Rusiyanın daxilində azadlıq həsrətində olan çoxlu sayda xalq var ki, Qərb dəstək veəcəyi təqdirdə onların mübarizəsi Rusiyaya həlli mümkünsüz olan problemlər yarada bilər:
“Rusiyanın daxilində çoxlu sayda elə respublikalar var ki, onlar azadlıq arzusu ilə yaşayırlar. Əgər Qərb bu xalqların azadlıq mübarizəsinə dəstək verərsə o zaman Rusiya daxilindəki proseslərə nəzarət imkanından məhrum olacaq. Rusiya daxilində xalqların başladacağı milli-azadlıq mübarizəsi Rusiyanın özünün bir dövlət kimi sıradan çıxması ilə nəticələnə bilər. Bunun üçün beynəlxalq ictimaiyyətin həmin xalqlara dəstəyi kifayətdir. Bu, Rusiyanın işğalçılıq siyasətini önləmək üçün Qərbin tətbiq edə biləcəyi ən effektiv vasitələrdən biridir”.
Seymur Əliyev