Milli Məclisin aprelin 4-də keçirilən toplantısında millət vəkili Azay Quliyev beynəlxalq təşkilatlarda təmsil olunan parlament üzvləri ilə XİN-nin əlaqədar strukturları arasında intensiv olaraq fikir mübadiləsi aparılmasının vaciblyinə diqqət çəkib. A.Quliyevin sözlərinə görə, belə bri təmas millət vəkillərinin beynəlxalq təşkilatlarda XİN-lə eyni nöqtədən çıxış etməsi, vahid mövqe sərgiləməsi üçün zəruridir.
Bununla bağlı Moderator.az-a açıqlama verən XİN-nin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev millət vəkilləri ilə nazirlik arasında bu cür təmasların hər zaman mövcud olduğunu bildirib:
“Millət vəkilləri ilə XİN arasında konsultasiya və məsləhətləşmələr daimi olaraq aparılır. Burada heç bir əngəl və problem yoxdur. Millət vəkilləri XİN-lə çox yaxın təmasdadırlar. Onlar bizimlə çox sıx əməkdaşlıq edirlər. Avropa Şurası ilə bağlı məsələdə də biz yaxından əməkdaşlıq edirik. Millət vəkilləri və XİN arasında danışqlar mütəmdi olaraq keçirilir. Müxtəlif tədbirlərlə bağlı da tərəflər arasında sıx əməkdaşlıq mövcuddur. Vahid mövqe və vahid istiqamətdən çıxış etmək üçün təmaslarımız davam etdirilir. Bu sahədə heç bir problem yoxdur”.
Seymur Əliyev