Moderator.az əslən Cəbrayıldan olan Qarabağ döyüşlərinin iştirakçısı Vaqif Əlisoyun poçtumuza göndərdiyi müraciəti təqdim edir:
"ANS meydan oxumaqda davam edir. Bütün cəbhə böyu hücüma keçib”¦Kəlbəcərdən olan jurmalist, hüquq müdafiəcisi olan qardasımız Xalid Vahidoğlunun sosial şəbəkələrdə və KiV-də ANS-ə ünvanlanmış arqumentli müraciətlərini kanal sünğu ilə qarşıladı ,hədələməkdən belə cəkinmədilər. Bu isə qorxaqlıqdır.Bizləri sakit oturmağa dəvət edirlər, əks halda arxivləri açacaqları ilə hədələyirlər. Ay ANS, elə qarabağlılar da bunu istəyir də! Açın, nədən qorxursunüz? Bir də ki, sadə Qarabağ camaatını niyə qınayırsınız? Dövlət, ordu, ona rəhbərlik edən adamlar, üstümüzə gələn Rusiya, onun iti olan erməni qalıb bir tərəfdə, düsmüsunüz sadə, əli hər yerdən üzulmüs camaatın üstünə .
Arxivlərinizlə öyünürsünüz, amma bilirsinizmi ki, həmin çəkilislərin bas tutması üçün onlarla oğul Çinğizi, Vahidi, Seyfullanı və Mirsahini sinələri ilə, canları bahasına qoruyublar. Söhbət kadrlardan getmir,ay Ləman xanim,ay Qənirə xanim,söhbət sizlərin o kadrlara verdiyiniz yerisz və təhlükəli şərhlərdən gedir. Kəlbəcərin müdafiəsinə rəhbərlik edən N. Sadıkov, Şuşa - Laçın istiqamətinin müdafiəsinə cavabdeh olan Elburus Orucov və eləcə də basqaları hardadır, hansı rütbədədir, hansı mükafatları aliblar? Bax bacarırsınızsa, cəsarətiniz varsa bunlardan danışın və dediyiniz arxivi də göstərin. Cağırın oturaq söhbət edək və qayçılanmadan göstərin . Cəsarətiniz çatar buna ? Xeyr, cünki müstəqil deyilsiniz. Bu haqda yazanları FB qəhrəmanları adlandırırsınız. Bu qəhrəmanlardan biri də mənəm. Amma mən siz dediyiniz qəhrəmanlardan deyiləm. Bütün qarabağlılar bilir ki , mən kiməm və Allahdan da basqa heç kimdən qorxum yoxdur. 21 ildir artıqdan yasayıram. Bir necə vaxtdır Cəbrayılın isğalından bəhs edən, 21 il bundan qabaq senzuranın qayçıladığı "Kaş gözlərim kor olaydiı" baslıqlı xatirələri oxuculara catdırıram. Oxuyun və kiminlə danısdığınızın fərqində olun. Bir də təkrar edirəm, sadə qarabağlılarda günah axtarmayın, onlar təhqir etməyin, hissləri ilə oynamayın. Bir də çox dövlətçilikdən danısmayın”¦
Qarabağ çamaatı heç vaxt bölğəçi olmayıb. Onlar Qarabağda şəhid olan talışı da, tatı da, avarı da, yəhudini də, çeçeni də, rusu da, ükraynalını da doğma balaları kimi sevir, xatirələrini əziz tuturlar. Tək Ağdam bu dövlət yolunda 7000-ə qədər şəhid verib. Mənsub olduğum Cəbrayil 370 dən çox iğid oğlunu itirib. Bizik dövlətçiliyə zərbə vuran, yoxsa Maradonanın 1 həftə ərzində hər reklamında bakılılarla qarabağlılar anonsunu verən, onları mitinqlərə çıxmağa və sözünu orda deməyə təhrik edən sizlər? Yəqin ki, hüquqşünas və vəkil dostlarımız da məsələdən xəbərdardır və tanınmış vəkillər Yavər Hüseyn, Osman Kazımov, Camal Əhmədov kimi qardaşlarımız və könüllü bu işə qoşulanlar işi məhkəməyə daşımaqla əsl həqiqəti ortaya çıxaracaqlar."
VAQİF ƏLİSOY-Qarabağ müharibəsinin iştirakçısı