Moderator.az-ın məlumatına görə, aprelin 29-da Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” studiyasında çəkilmiş “Parisdən məktublar” sənədli filmin təqdimat mərasimi olub.
İntiqam Qasımzadənin ssenarisi əsasında rejissor Tahir Əliyevin çəkdiyi bu film Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri və Azərbaycan Parlamentinin ilk sədri Əlimərdan bəy Topçubaşovun anadan olmasının 150 illik yubileyinə həsr olunub.
Təqdimat mərasimində mədəniyyət və turizm nazirliyinin əməkdaşları, tarixçi-alimlər, sənət adamları və digər qonaqlar iştirak edib.
Həmçinin, qonaqlar Nizami Kino Mərkəzinin foyesində mədəniyyət və turizm nazirliyinin təşkil etdiyi Əlimərdan bəy Topçubaşovun həyat və iş fəaliyyətini əks etdirən foto sərgi ilə tanış olublar.