Azərbaycanın əməkdar artisti 28 May
Respublika Günündə Simali kiprli tələbələr qarşısında konsert proqramı ilə
çıxış edəcək
Şimali Kipr Türk
Cümhuriyyətində (ŞKTR) yenicə əsası
qoyulan Azərbaycan ”“ Kipr Tələbə Assosiasiyasının (Azerbaijan Student
Association in Cyprus - ASAC) təşkilatçılığı ilə 28 May Respublika Gününə həsr
olunan tədbir keçiriləcək.
Gün.Az xəbər
verir ki, tədbirə
Azərbaycan, həmçinin, Şimali Kipr Türk Cümhuriyyətindən bir çox səlahiyyətli
şəxslər qatılaraq 28 May tarixinin önəmindən danışacaqlar.
ASAC ”“ ın baş katibi Toğrul Abbasovdan aldığımız məlumata görə, dünyanın 85-dən artıq müxtəlif ölkəsindən beynəlxalq tələbələrin təhsil
aldığı Doğu Akdeniz Universitetinin ev sahibliyi edəcəyi tədbirdə əcnəbi qonaqlara
28 May tarixi haqda məlumat veriləcək və ölkəmizlə bağlı tanıtım video çarxı
nümayiş olunacaq. Bundan başqa, ASAC-ın həmtəsisçisi və gənc şair Raul Məsum da
tədbir iştirakçıları ilə düşüncələrini paylaşacaq.
“Gecənin musiqili qonağı əməkdar artisti Ədalət
Şükürov isə konsert proqramı ilə çıxış
edərək tədbirə rəng qatacaq. Kipr yerli
vaxtilə axşam saat 10:00-da Rauf Raif Denktaş Mədəniyyət və Konqres Mərkəzi səhnəsinə
çıxacaq populyar müğənni repertuarından Azərbaycan, türk, rus və xarici musiqilər
səsləndirəcək. Bir həftədən çox bir müddətdir ki, hazırlıqlarına başlanan mərasimin
bədii hissəsinə tələbələrimiz Azərbaycan milli rəqs nömrələri ilə, eləcə, də milli musiqilər ifa edərək töhfə vermiş
olacaqlar”-deyə, o, bildirib.
ASAC-ın həmtəsisçisi və sədri Kamran Əliyev isə
tədbirin keçirilməsi üçün öz dəstəyini əsirgəməmiş Azərbaycan Respublikası
Diasporla İş Üzrə Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən Şimali Kipr Türk
Cümhuriyyəti Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Yakın Doğu Universitetinin
prorektoru, professor Fəxrəddin Məmmədova və
təşkilati dəstəyə görə Uluslarası Kıbrıs Universitetinə təşkilat adından dərin təşəkkürlərini bildirib, həmçinin, bü cür fəaliyyətlərin
gələcəkdə də davam etdirilməsini arzu edib.
Gün.Az