Əvvəllər deyəndə ki, yazıq deyilmi o uşaq bədbəxt ölkədə doğulsun, böyüsün?! Mən o uşağı hansı bağçaya qoyum, hansı məktəbə yola salım? Bağçada "heydər baba" şerini, məktəbdə "mehriban-heydər" nağılını öyrənsin? Ətrafdan verilən reaksiyalar belə olurdu: ”žDüzdür, vəziyyet ürəkaçan deyil, amma sən lap şişirdirsən.“ Zaman keçdikcə bu acı həqiqət təkcə düşüncələrimdə deyil, sözün əsl mənasinda gözlərimdə böyüyür.
Baxmayaraq ki, anam bizi belə məddah şeirlərdən,
zəhərlərdən qoruyub, qoruya bilib. Biz heç bir ”žbabanın“ şəninə şeir
öyrənməmişik, beynimiz qəlibə salınmış çürük tərifnamələrlə zəbt olunmayıb. Buna
görə özümü çox xoşbəxt sayıram. Biz həm də ona görə şanslı idik ki, uşaqlığımız
azadlığın o gözəl mehinin əsdiyi illərə düşdü. Məktəbə müstəqil ölkənin
vətəndaşı kimi gedənlərdən olduq. Məktəb yaşımız o dövrə düşməsəydi, zəhərdən
qorunmaq çox çətin olacaqdı. Necə ki, indi belədir.
İndi bir övladı
bu çirkabda necə böyüdəsən? Axı bu dəniz deyil ki ona üzməyi öyrədəsən,
bataqliqdir! Gec-tez o da batacaq, ”žçirkaba“ bulaşacaq.
Ölkəmin vətəndaşları bu təhlükə və təhdidlər
altında yaşadiği üçün Cümhuriyyətimizi işğal edən ruslara ”“ şovinist sistemə
lənət olsun!
Bu gün
yaşadığımız çətinliklərə, təhsilin və tibbin düşdüyü pis vəziyyətə, boğulan
haqq səslərə, əlimizdən alınan hürriyyətə, tökülən qanlara görə hər iki dünyada
iki əlim yaxalarında olacaq. Necə oldu ki, qanımız bahasına qazandığımız
azadlığımız bizə haram edildi? Uşaqlar alınan və verilən rüşvətin yaxın
təmasında böyüyür, çox vaxt bu çirkli pullar onların təmiz əllərinə də bulaşır.
Bağçada, məktəbdə, xəstələnəndə üz tutduğu xəstəxanada daima eşitdiyi ”žpul,
hörmət, imkan“ sözləri ilə necə tərbiyələnir bu uşaqlar?
Analar övlad
böyüdüb hərbi xidmətə göndərir, göndərdiyini isə taxta qutuda ona geri
qaytarırlar. Bu gün 23 yaşındakı bir gənc, Müstəqil Azərbaycan Respublikasının
vətəndaşı ali təhsilini və hərbi xidmətini (ən yaxşı halda yüngül xəstəliklərlə)
başa çatdırıb, evinə geri dönür. Onu nə gözləyir? İşsizlik, haqsızlıq və
ədalətsizlik! Haqqını harda və necə axtarsın? Etiraz edir, cavabı şərlənmək və
həbsxana olur. Neyləsin? Xaricə getsin?
Bütün bunlar o
qədər dolaşır ki, uşaqlığımızın ən gözəl hisslərini - azadlıq, qorxusuzluq və ümidlərimizi əlimizdən alırlar. İçdən
yandığım bir şey Cümhiriyyətimizin süqutudur. Çarəsizliyimizi hiss edəndə
fikrimdə və zikrimdə yalnız: ”žCümhuriyyətimiz yaşasaydı, Biz doğrudan da
dünyanın ən xoşbəxt vətəndaşı olardıq. Nə sovet dövründə, nə də indi
gəncliyimiz repressiyalara məruz qalmaz, intellektual təbəqəmiz məhv olmazdı.“
cümlələri dolanır. Hər ayda mütləq hansısa faciəmiz qeyd olunur. Bəzən bir ayda
bir neçə faciə”¦ Sevinməyə belə qorxursan, çünki hər gün mütləq bir pis xəbər, yeni
bir faciə eşidirsən. Son günlər isə
burnumuzdan gətirsələr, quru adla da olsa, müstəqilliyimizə təhdid yarandığını
görmək və eşitmək çox dəhşətlidir. Bu
sınaqdan necə çıxacağımızı demək çətindir. Zombilər başımızın üstünü çoxdan
alıb. “Şirni” təklif etməklə
azadlığımızı əlimizdən almaq istəyirlər, 20 ildən artıq hakimiyyətdəki
tör-töküntülərini Bizə caladıqları azmış kimi.. Biz bunların hər ikisindən eyni
vaxtda necə qurtulaq? İnanmağa məhkumuq, mütləq bir “qapı” açılacaq. Buna uşaq
məsumiyyəti ilə inanıram. Çünki hələ məktəbə getmədiyimiz halda sovet
dövründəki ”žXalq düşmənləri“mizin şeirlərini öyrənirdik, adlarını eşidirdik,
bizə onların haqqında danışırdılar, “Onlar əsl qəhrəman olublar” ”“deyirdilər. Dolayısı
ilə bizlərə gec-tez haqqın öz yerini tapdığını aşılayırdılar. İndi biz haqqımızı istəyirik! Bu gün doğulan vətəndaşlarımızın
23 il və daha əvvəl doğulanlarla eyni taleyi yaşamağını istəmirik!
Biz azadlığı yaşamaq istəyirik!