Morninqstar Mir Şahinə cavab verdi
Oxunub: 3320
08 Jun 2014 | 23:47
Morninqstar Mir Şahinə cavab verdi

 Verlişin tam mətnini diqqətinizə çatdırırıq. 

- Söhbətin bu yerində Azərbaycanın çox güclü strateji müttəfiqi olan Amerika Birləşmiş Ştatlarının (ABŞ) fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar mövzusuna keçmək istəyirəm. Bəlkə də, təqdimatım bir qədər qəribə alındı. Riçard Morninqstar mövzusu”¦ Və siz yanılmadınız, doğrudan da Azərbaycanda son zamanlar bir Morninqstar mövzusu var. Və Azərbaycan - Amerika münasibətlərinin formalaşmasında müstəsna rolu olan səfirliyin birincisinin bu gün ANS-in studiyasında olması bir sıra suallara ondan cavab almaq imkanlarımızı artırır və biz bu imkandan məmuniyyətlə istifadə edirik. Yeri gəlmişkən, ABŞ-ın Azərbaycandakı səfirini hətta bu günlərdə Azərbaycanın daxili işlərinə qarışmaqda günahlandırmışdılar. Elə mən bundan da başlamaq istəyirəm. 

Cənab səfir, Siz Azərbaycanın daxili işlərinə niyə qarışırsınız? 

- Güman edirəm ki, Siz mənim sonuncu müsahibəmə istinad edirsiniz, o, çox diqqət cəlb etmişdi. Mən düşünmürəm ki, Azərbaycanın daxili işlərinə qarışmışam. Azərbaycan suveren və müstəqil bir dövlətdir. Azərbaycan müstəqil şəkildə öz qərarlarını qəbul edir və və biz ötən 23 il ərzində Azərbaycanın müstəqilliyini güclü şəkildə dəstəkləmişik. Kənardan heç bir qüvvə, heç bir oyunçu, o cümlədən biz, Azərbaycana nə etməli olduğunu deyə bilmərik. Bunu etmək ixtiyarı yalnız Azərbaycan hökumətində və Azərbaycan xalqındadır. Mənim niyyətim bu idi ki, hal-hazırda Azərbaycanın üzləşdiyi bir sıra məsələlərə öz fikirlərimi, baxışımı bildirim. Mən hesab edirəm ki, mən öz fikirlərimi ABŞ-ın balanslı siyasətinə uyğun şəkildə və ümumilikdə balanslı şəkildə bildirimişəm. Bəziləri mənim dediklərimlə razılaşdı, bəziləri razılaşmadı. Amma mən hər bir kəsin öz fikirlərini ifadə etmək hüququna hörmətlə yanaşıram. Və müsahibədən sonra həm Azərbaycan hökuməti daxilində, həm də vətəndaş cəmiyyətində doğru-düzgün müzakirələr hələ də davam etməkdədirsə, hesab edirəm ki, bu onu göstərir ki, bu müsahibəni verməyə dəyərdi. Mən Azərbaycanın uzunmüddətli dostuyam, bunu hər kəs bilir. Mən 19 ildir ki, Azərbaycana zaman-zaman fasilələrlə səfər etmişəm. Və bu ötən müddət ərzində mən Azərbaycanda bir sıra sahələr üzrə çox böyük irəliləyişin şahidi olmuşam. Mən tam əminəm ki, növbəti 20 ildə də bu irəliləyiş, tərəqqi davam edəcək. Hesab edirəm ki, mənim müsahibəmə bü cür reaksiyanın verilməsinin, göstərilməsinin əsas səbəbi bir çox mətbu orqanlar tərəfindən zəif, qeyri-münasib, yanlış tərcümədir. 

Əlbəttə, burada söhbət ANS-dən getmir. Mən bu müsahibə ilə maraqlanan hər kəsi bizim səfirliyin veb-saytında yerləşdirilmiş müsahibənin tam stenoqramı ilə tanış olmağa çağırıram. Mən müsahibədəki məqamlara aydınlıq gətirmək üçün bir şeyi əlavə etmək istəyirəm. Mənim müsahibəmin yanlış yozumlarından birində belə deyilir ki, guya mən demişəm ki, Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət yaxşılaşmazsa, müsbətə doğru dəyişməzsə, Maydan hadisələri Azərbaycanda da təkrar olunacaq. Mən bunu deməmişəm. Mənim müsahibədə dediyim sözlər bundan ibarətdir: “Əgər vətəndaş cəmiyyətinə qarşı çox sərt mövqe tuturlarsa, vətəndaş cəmiyyətinə nəfəs almağa imkan yaradılmazsa, onda, ola bilsin ki, bunun xoşagəlməz nəticələri ola bilsin”. Bir daha müsahibəmdəki sitata qayıtmaq istəyirəm: “Əgər bu, bu gün baş verməzsə, əgər vətəndaş cəmiyyəti həddindən artıq sıxılarsa, azadlıqdan məhrum edilərsə, 5 il, 10 il və ya 20 il sonra bu dediyim xoşagəlməz nəticənin baş vermə riski var”. Mən keçmişdə də dəfələrlə, bu kimi, buna oxşar fikirlər ifadə etmişəm. Hətta Maydan hadisələri baş verməsə belə, mən eyni fikirləri səsləndirərdim. Başqa sözlə desək, Azərbaycanın gələcək inkişafını və sabitliyini təşviq etmək üçün vətəndaş cəmiyyətinin çiçəklənməsinə və inkişaf etməsinə şərait yaratmaq lazımdır. Yenə də kimlərsə də, bax, bu fikirlə də razılaşmaya bilər. Və hər kəsin öz fikrini ifadə etməyə haqqı-hüququ var. Amma mən həmən müsahibədə dediyim sözlərin, fikirlərin arxasında dururam. 

- Yəni təhrif olunmamış versiyasının üzərində?

- Bəli, mən həqiqətən nə sözləri demişəmsə, o sözlərin arxasında dururam və məhz buna görə də, hamını, maraqlanan kəsləri həmin müsahibənin stenoqramı ilə tam şəkildə tanış olmağa çağırıram. Bununla tanış olan hər kəs görə bilər ki, doğrudan da çox balanslı fikirlərdir. 

- Cənab səfir, balans demişkən, bu müsahibədən sonra elə ABŞ-ın apardığı siyasətin özündə balansın olmadığı barədə fikirlər səslənməyə başladı. Məsələn, belə məlumatlar yayıldı ki, niyə Birləşmiş Ştatlar Krıma daha çox diqqət yetirir, nəinki Qarabağa? Niyə Birləşmiş Ştatlar Rusiyaya qarşı sanksiya tətbiq etməyin tərəfindədir və bunu ən ciddi şəkildə tələb edir, amma eyni hadisənin müəllifi olan Ermənistana Qarabağla bağlı bu sanksiyalar tətbiq olunmur? Ümumiyyətlə, Azərbaycanda balans mövzusuna çox həssas yanaşırlar. Necə olur ki, Liviya ilə qətnamənin icrasına bir neçə dəqiqə kifayət edir, amma BMT-nin Dağlıq Qarabağ və Azərbaycanla bağlı qətnamələri var ki, 22 ildir kağız üzərində qalıb və heç bir nəticə yoxdur. Yaxud Yuqoslaviyada Birləşmiş Ştatlar sülhməramlı əməliyyat üçün heç BMT-nin mandatını belə gözləmədi, bu addımı atdı. Azərbaycanla bağlı məsələlərdə isə bu, faktiki olaraq, kağız üzərində qalır. Ümumiyyətlə, Birləşmiş Ştatlar sözdən işə heç cür keçə bilmir ki, bilmir. Bütün bu ittihamlara, Sizə, yəni Birləşmiş Ştatlara edilən iradlara münasibətiniz necədir? 

- Sizin möqeyinizi başa düşürəm. Bəli, Sizin dedikləriniz fikirləri başa düşürəm, anlayıram. Hələ də həllini gözləyən bu münaqişə ilə bağlı Azərbaycan xalqının məyusluğunu anlayıram. Mən nəinki səfir olandan, hətta 1990-cı illərdən Azərbaycana səfər etməyə başlayandan bəri məcburi köçkün ailələri ilə görüşmüşəm. Bu insanların öz doğma evlərindən bu qədər uzun müddət ayrı qalmalarının nə qədər ağrılı hiss olduğunu anlayıram. Biz hələ də belə hesab edirik ki, bu münaqişənin nizamlanmasının ən yaxşı yolu Minsk qrupu prosesi vasitəsi ilədir. Hesab edirəm ki, biz ötən aylarda bu proseslə bağlı kifayət qədər fəal olmuşuq. Biz birbaşa və açıq şəkildə bəyan etmişik ki, işğal edilmiş 7 rayon Azərbaycana qaytarılmalıdır və münaqişənin həlli yalnız bu şərtlə mümkündür. Bu 7 rayondan əlavə, Dağlıq Qarabağın özünə gəldikdə isə, bizim mövqeyimiz və fikirlərimiz bundan ibarətdir ki, Dağlıq Qarabağın yekun statusu ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə prinsipi əsasında danışıqlar vasitəsi ilə müəyyən olunmalıdır. Biz danışıqlar yolu ilə məsələnin həll edilməsi üçün hər iki tərəflə danışıqlar aparırıq. Biz ümid edirik ki, prezidentlər keçən payız verdikləri vədə əməl edərək yenidən görüşəcəklər və hər iki prezident konkret həllə nail olmaq üçün konkret addımlar atacaqlar. Biz hər iki ölkənin xalqlarını sülhün gətirəcəyi faydalar barədə düşünməyə çağırırıq. Bunu hal-hazırda təmas xəttində baş verən faciəvi hallarla, eyni zamanda hazırkı durğunluq və çıxılmaz dalan vəziyyəti ilə müqayisə etməyə və sülhün üstünlüklərini görməyə çağırırıq. 

- Cənab Morninqstar, mən də elə bunu nəzərdə tuturam. Söhbət bundan gedir ki, ABŞ Krım məsələsində Ukraynanın mövqeyini israrla dəstəkləyir. Hətta bu yaxınlarda cənab Obama yeni seçilmiş Ukrayna prezidenti Poroşenko ilə görüşdü. Amma onların ritorikasında heç deyilmədi ki, Putinlə Poroşenko məsələni aydınlaşdırsınlar, biz sonra onların gəldiyi qənaəti müdafiə edəcəyik. Və cəmiyyət Dağlıq Qarabağda seperatçıların tərəfindən çıxış etmək meyllərini də hiss edir. Necə olur ki, seperatçı Dağlıq Qarabağ Respulikasına Birləşmiş Ştatlar milyonlarla vəsait ayırır? Seperatçı respublikanın rəhbəri Birləşmiş Ştatlara səfərə çıxır, telemarafon keçirir, pullar yığır? Belə bir analogiya aparaq - hesab edin ki, Ben Laden öz maraqlarını müdafiə etmək üçün gəlib Amerikada telemarafon keçirir. Yaxud keçmiş Yuqoslaviya rəhbəri ABŞ-a gəlir? Məhz bunun səbəbləri bizi, daha doğrusu məni bir jurnalist olaraq narahat edir. Sizə elə gəlmir ki, ABŞ-ı, Qərbi ikili standartlarla günahlandıran insanlarında da tutarlı arqumentləri var? 

- Bir daha sualınızın arxasında duran hissləri anlayıram, amma sual içərisində apardığınız müqayisələrlə, analogiyalarla razılaşmıram. İlk öncə ondan başlamaq istəyirəm ki, qondarma Dağlıq Qarabağ Respublikasını tanımaq Birləşmiş Ştatların siyasətinə daxil deyil. Bir daha qeyd elmək istəyirəm ki, Dağlıq Qarabağın yekun statusu danışıqlar vasitəsi ilə müəyyən ediləcək. Biz Dağlıq Qarabağ ərazisində yaşayan insanlara müəyyən humanitar yardım göstərmişik. Bu, mənim keçmiş Sovet İttifaqı ölkələrinə bizim ölkənin göstərdiyi yardım üzrə məsul şəxs olduğum vaxta, yəni 1990-cı illərin ortalarına təsadüf edir. Mən sizi əmin edirəm ki, bizim Azərbaycanda olan məcburi köçkünlərə göstərdiyimiz yardımın miqyası və məbləği dediyimiz halla müqayisdə dəfələrlə çoxdur. Bizim Dağlıq Qarabağada yaşayan insanlara göstərdiyimiz son yardım əsasən ərazinin minalardan təmizlənməsi və içməli su layihələri ilə bağlı olub. Bu ayrılan vəsaitin heç bir qismi oradakı de-fakto hakimiyyətə təqdim edilmir, yalnız birbaşa layihələrin icrasına, həyata keçirilməsinə həsr edilir. Birləşmiş Ştatlara səfər məsələsinə gəldikdə isə, qeyd etmək istəirəm ki, de-fakto rəsminin Birləşmiş Ştatlara səfər etməsi Birləşmiş Ştatların siyasətindən heç bir dəyişiklik və ABŞ-ın həmin qurumu tanıması demək deyil. Eyni zamanda, bu səyahət bizim ölkənin bu nizamnamənin bu münaqişənin sülh yolu ilə nizamlanması ilə bağlı istəklərimizin heç bir şəkildə azalması mənasına da gəlmir. Bizim viza tələbatlarımız bütün xarici, əcnəbi vətəndaşları üçün eynidir. Amma bir daha vurğulamaq istəyirəm ki, bu, heç bir halda bizim ölkənin həmin quruma qarşı siyasətində hər hansı bir dəyişiklik mənasını vermir və bizim ölkənin həmin qurumu tanıması demək deyil. 

- Aydındır, başa düşdüm. Amma elə vizaların verilməsi ilə bağlı Siz deyirsiniz ki, bütün müraciət edən əcnəbi vətəndaşlar üçün standart eynidir. Amma Krım məsələsində Rusiyanın bir sıra məsul şəxslərinin adları arzuolunmaz adamlar siyahısına salındı və onların ABŞ-a daxil olması, demək olar ki, qeyri-mümkün edildi. Amma Dağlıq Qarabağ və Ermənistan insanlarına qarşı belə bir yanaşma görmədik. Sizin dediyiniz fikri dəqiqləşdirmək üçün bu sualı verirəm? 

- Mən Sizin məni öz sualarınızla, əlavə fikirlərinizlə məni müqayisəyə çəkmək cəhdinizi təqdir edirəm, məhz cəhdinizi (gülür - red.), amma yenə öz cavablarımda qalırım. 

- Onda təkrar eləməsin, anladıq. Nəhayət keçirik Sizin Azərbaycanda olduğunuz müddətin qiymətləndirilməsi barədə təəssüratlarımıza. Müddət başa çatır, Siz Azərbaycanda daha bir ay yarım - iki ay qalacaqsınız və ölkəmizi tərk edəcəksiniz. Bu müddət ərzində fəaliyyətinizdən və gördüyünüz işlərdən razı qaldınızmı və nə qədər razı qaldınız? 

- Mən burda olduğum müddətdə öz fəaliyyətimindən çox razıyam. Bilirəm ki, kifayətr qədər işlər görə bilmişik. Bu müddət ərzində biz təhlükəsizlik sahəsində əməkdaşlığımızı gücləndirmişik. Biz dəfələrlə, dönə-dönə, hər fürsətdə demişik ki, Azərbaycanın öz ərazisindən Əfqanıstana və oradan geri yüklərin daşınmasında göstərdiyi və töhfəyə görə, Azərbaycan əskərlərinin Əfqanıstanda beynəlxalq təhlükəsizlik qüvvələri ilə çiyin-çiyinə fəaliyyətinə görə, bundan əlavə beynəlxalq qüvvələrin oradan çıxmasından sonra da Azərbaycanın Əfqanıstana yardım göstərilməsi üzrə üzərinə götürdüyü öhdəliklərə görə öz təşəkkür və minnətdarlığımızı bildiririk. Biz təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində çox sıx əməkdaşlıq etməkdə davam edirik. Dağlıq Qarabağ məsələsinə gəldikdə mən yenə əvvəlki kimi öz fikrimdə qalıram ki, Dağlıq Qarabağ məsələsini sülh yolu ildə nizamlanmasında son dövrlərə bizim fəaliyyətimiz artıb. Biz iqtisadiyyat sahələrində, iqtisadiyyatın enerji sahəsində çox sıx əməkdaşlıq eləmişik. İqtisadiyyatın şaxələndirilməsi ilə bağlı digər sahələrədə də böyük irəliləyiş əldə etmişik. Keçən ilin dekabr ayında «Şahdəniz - 2» layihəsi ilə bağlı yeni investisiya qərarının qəbul edilməsi üzrə biz çox sıx əməkdaşlıq etmişik, birgə işləmişik. Bundan əlavə olaraq 10-12 sahənin adını çəkə bilərəm ki, orada sıx əməkdaşılıq etmişik. Demokratiya və insan haqları ilə bağlı məsələlərdə də irəliləyiş əldə edilib. İnsan alveri ilə bağlı sahədə də müəyyən qədər irəliləyişlərə nail olmuşuq. Fikir ayrılıqlarına baxmayaraq bütün bu məsələlər barədə ölkələrimiz arasında çox sağlam və vacib müzakirələr aparılır. Mən çox güclü şəkildə inanıram ki, tərəfdaşlar arasında fikir ayrılığına rəğmən açıq müzakirələr və fikir mübadiləsi olmalıdır. Demokratiya və insan haqları sahəsində fundamental məsələlərə məhz bu prizmadan yanaşıram. Mən yalnız gələcəyə doğru baxdıqda Azərbaycanın gələcək inkişafını və tərəqqisini görürəm. Mənim burada ümumi fəaliyyətimlə bağlı, səyahət etdiyim müxtəlif bölgələrlə bağlı, orada insanların mənə və həyat yoldaşıma qarşı çox istiqanlı və insanpərvər münasibəti ilə əlaqədar olaraq təəssüratlarım və hisslərim var. Bildiyiniz kimi, mən həmişə nə hiss edirəmsə onu da deyirəm. 

- Bəs “Transxəzər” layihəsi ilə bağlı hansısa bir irəliləyişə nail olundumu? Türkmənistanın mövqeyini yaxınlaşdırmaq istiqamətində, Siz, bu barədə bizə pozitiv nəsə bir şey deyə bilərsinizmi? Mənə elə gəlir ki, Qərb bu layihədə daha aktiv olmalı idi. 

- Onu qeyd etmək istəyirəm ki, biz hələ də “Transxəzər” layihəsini güclü şəkildə dəstəkləyirik. Burada müəyyən həvəs doğuracaq amillər var. Son dövrlərdə Türkmənistanla Azərbaycan arasında təmasların artması, həmin prosesə Türkiyənin cəlb olunması məni ruhlandırır. Hesab edirəm ki, “Transxəzər” kəməri ilə bağlı məsələlər Azərbaycan, Türkmənistan və xüsusilə qazın alıcısı olacaq Avropa Birliyi arasında danışıqlar vasitəsi ilə həll edilməlidir. Aydındır ki, Türkiyə və Gürcüstan kimi ölkələrdə prosesə cəlb olunmalıdır. Nə baş verəcəyini yaşayıb görəcəyik. Hesab edirəm ki, “Şahdəniz 2” ilə bağlı ilkin investisiya qərarının verilməsi və cənub qaz dəhlizinin gerçəkləşdirilməsi, digər əlaqədar tərəfləri, o cümlədən Türkmənistanı prosesdə iştiraka həvəsləndirəcək. Amma bunun üçün yenə də xeyli iş görülməli olacaq. 

- Təşəkkür edirəm cənab səfir, studiyamıza gəlib, mənə elə gəlir ki, o qədər də sadə olmayan suallarımıza cavab verdiniz. 

- Mən də razıyam ki, suallar o qədər də sadə deyildi. Mir Şahin bəy, Sizə də təşükkür edirəm. Hər dəfə Sizinlə görüşmək və suallarınıza cavab vermək xoşdur.
Oxşar xəbərlər
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:41
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
28 Mar 2024 | 18:40
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mar 2024 | 18:25
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 18:08
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
28 Mar 2024 | 18:04
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:50
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
28 Mar 2024 | 17:45
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:32
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
28 Mar 2024 | 17:30
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:22
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
28 Mar 2024 | 17:18
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mar 2024 | 17:14
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:06
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 16:58
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
28 Mar 2024 | 16:54
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
28 Mar 2024 | 16:50
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
28 Mar 2024 | 16:47
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
28 Mar 2024 | 16:43
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 08:21
Xəbərdarlıq alan TV kanallar bu verilişlərlərlə bağlı TƏDBİR görməyə başladı - VİDEO
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 08:21
Xəbərdarlıq alan TV kanallar bu verilişlərlərlə bağlı TƏDBİR görməyə başladı - VİDEO