Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında dərəbəylik davam edir.Yay smestr imtahanlarının başlanması ilə əlaqədar olaraq,ənənənəvi pul yığımına start verilib. Bu barədə Moderator.az-ı Gəncə şəhərində məskunlaşan Kəlbəcər rayonundan olan məcburi köçkün Rafiq Xudaquluyev məlumatlandırıb.Müraciət sahibinin verdiyi video müsahibəyə gör,ə oğlu Lətifzadə Şaiq Rafiq oğlu “İbtidai Təhsilin Metodika”sı fakültəsinin “İbtidai sinif müəllimliyi ixtisasında təhsil alır. R. Xudaquluyev təhsil müəsissəsində imtahanlarla bağlı pul yığıldığını iddia edir. Kəlbəcərli köçkün smestr imtahanları ilə bağlı övladından 200 manat vəsait tələb edildiyini, lakin onun buna nə imkanı, nə də istəyi olmadığını bildirib.
Ötən il Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi AMİ-nin Gəncə filialında ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğunu müəyyən edib.
Təhsil müəsissəsinin vəzifəli şəxsləri Baş Prokuror yanında Korrupsiya Qarşı Baş Mübarizə İdarəsinin Istintaq şöbəsində korrupsiya maddəsi, eləcə də Azərbaycan Respubilkasının Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilib. Hal-hazırda həmin şəxslər barəsində istintaq orqanı tərfindən zəruri istintaq əməliyyat tədbirləri davam etdirilir. Belə ki, filialın qiyabi şöbəsinə tələbə qəbulunun dayandırılmasına baxmayaraq, şöbənin fəaliyyətinin davam etdirilməsi nəticəsində ümumilikdə 6235 tələbənin həmin filialı bitirməsi, təkrar kursda qalması, akademik möhlət verilməsi barədə filialın vəzifəli şəxsləri qanunsuz əmrlər imzalayıblar. Sonda Kəlbəcərli məcburi köçkün mətubat vasitəsi ilə təhsil naziri Mikayıl Cabbarov cənablarından təhsil müəsissəsində baş verən qanunazidd əməllər barəsində ölçü götürülmısini xahiş edir!!!