“Dadaş Rzayev Əbülfəz Elçibəyin adından Sürət Hüseynovdan xahış etdi ki...”
Oxunub: 17604
10 Jun 2014 | 17:52
“Dadaş Rzayev Əbülfəz Elçibəyin adından Sürət Hüseynovdan xahış etdi ki...”

əvvəli...

//moderator.az/?xeber=47550

 

4 iyunla bağlı növbəti yazıma keçməmiş Fərəc Quliyevin mənim haqqımda “Nazim Bayramov kimdir ki, mən ona cavab verim?” sualına qısaca münasibət bildirmək istərdim. O, bu sözləri ilə göstərdi ki, 37% səslə MM-ə buraxılsa da,  ictimai siyasətçi statusuna hələ yetişməyib. İkincisi, F. Quliyev 2 il öncə həmin ittihamla bağlı saytların birində mənə cavabında bildirmişdi ki, “Bəyanat AXC İcraiyyə Komitəsinin 20 üzvü tərəfindən yekdilliklə qəbul edilib”. Elə həmin vaxt hərəkatçı dostlarımın vasitəsilə bu bəyanatın AXC İK-də müzakirə edilib- edilməməsini öyrəndim. Məlum oldu ki, bəyanat o dövrdə ümumiyətlə İK-də müzakirəyə çıxarılmayıb. Bununla da F.Quliyevin müharibə vaxtı verdiyi təxribat xarakterli bəyanatına AXC İK-nin 20 üzvünü şərik edərək, şəxsi məhsuliyyətdən boyun qaçırmaq cəhdi boşa çıxdı.    

... 1993-cü il, aprelin əvvəlində Kəlbəcərin işğalı nəticəsində düşmən Ömər aşrımını və Murov-dağ silsiləsində əsas yüksəklikləri tutdu. Ermənilər bu yüksəkliklərdə möhkəmlənib, artileriya sistemlərini Murova qaldırmaqla Göygöl və Göranboy rayonlarına və gələcəkdə Gəncəyə mümkün genişmiqyaslı hücumlarına artileriya atəşi ilə dəstək vermək imkanını təmin etmiş olacaqdılar.

 Qərb bölgəsinə yaranmış  təhlükənin qarşısını almaq üçün müdafiə naziri Dadaş Rzayev Prezident Əbülfəz Əliyevin adından Sürət Hüseynova keçmiş döyüşçüləri yenidən yığıb, Murovun müdafiəsinə yardım etməsini xahiş etdi. Bu, Ə. Əliyevin  S. Hüseynovun səmimi vətənpərvər olduğuna tam inandığını və mart ayında baş vermiş gərginliyin kökündən çözüldüyünü göstərirdi.

 Hadisələrin axarı bunu da sübut etdi ki,  4 iyun  olayları ətrafında S. Hüseynovla bağlı “vətən xaini”,  “milli hökümətin düşməni” kimi obrazlar yaradan   “milli- demokratlar”a yuxarıda qeyd etdiyim məqamı dilə gətirmək sərf eləmir. Təsadüfü deyil ki, bu günə qədər də onlara xidmət edən mətbu orqanlarında S.Hüseynovun 1993-cü ilin aprelində Prezident Ə.Əliyev tərəfindən Qarabağın müdafiəsinə yenidən cəlb edilməsi, ondan peşəkar yardım istənilməsi faktı üzə çıxarılmır.  

Ölkə başçısının xahişi ilə S. Hüseynovun köhnə döyüşçülərə müraciətinə ilk səs verən 80 nəfərə yaxın döyüşçü mənim başçılığımla aprelin 5-i Murova qalxdıq və 701-ci briqada bölmələrinin sağ cinahında hücuma keçdik. Murovun bir neçə, o cümlədən, Televizya güzgüsü deyilən yüksəkliklərdən düşməni vurub çıxartdıq. Sonrakı günlərdə S. Hüseynovun çağırışı ilə müharibəyə qayıtmış köhnə döyüşçülərimiz Murov yolunun üstündəki Toğana kəndi yaxınlığında təşkil edilmiş cəmləşmə yerinə toplasırdılar. 123-cü alaydakı  bölmələrini və  yoldaşlarını tapan köhnə döyüşçülərimiz  isti geyimlərlə təhciz edilib, silahlandırılaraq Murovdakı mövqelərimizə göndərilirdilər. Hərbi döyüş taktikasını bilənlər təsdiq edər ki, qəfil səfərbərlik şəraitində ağır döyüşlər apararaq, nəzarət ərazilərini genişləndirmək o qədər də asan əməliyyat deyil. Lakin biz bu ağır işin öhdəsindən şərəflə gəlirdik.

Toğanada, S.Hüseynov onun  çağırışına cavab verən 500-ə yaxın könüllünün qarşısında çıxış edərkən, onlara  yeni yaradılmış 709-cu briqadaya daxil olmalarını tövsiyə etmişdi. Murova döyüşə hazır olduqlarını bildirən, əsasən keçmiş 123-cü alaydan olan əsgər və zabitlərin çoxu yeni briqadaya daxil olmaqdan imtina etdilər. S.Hüseynov əsgərlərə, “aranızdan yaralananlara və şəhid olanların ailəsinə dövlətin yardımını ala bilməniz üçün briqadaya müvafiq şəkildə daxil olub, vuruşmanız məsləhətdi”, demişdi.  Sıradan etirazlar gəldi ki, “bizi yenə salacaqlar siyasi oyunlara, artıq bir dəfə “vətən xaini” olmuşuq, həbslərə atılmışıq. Kim zəmanət verir ki, bu bir daha yenidən təkrarlanmayacaq?” S. Hüseynov əsgərlərə qətiyyətlə, “zamin mənəm.  Belə haqsızlıq sizə qarşı bir də təkrarlanmayacaq”. S.Hüseynovun məhz bu sözü  iyunun

 4-ü  səhər saatlarında  709-cu briqadanın hərbçiləri tərəfindən onun hərbi hissəyə çağırılması tələbinə səbəb olacaq.

 Beləliklə, keçmiş 123-cü alayın batalyonları əsasında 709 saylı briqada yaradıldı.  709-cu briqadaya yeni yalnız  3-cü batalyon kimi Goranboydan Tacir Adıgözəlovun batalyonu daxil edildi. Çünki 123-cü alayın 3-ü batalyonu yanvar- fevral Ağdərə döyüşlərində çoxsaylı itki vermişdi və yenidən bərpa olunmadı. Qalan batalyonlar, o cümlədən, Mehman Ələkbərovun və Murad Qurbanovun keçmiş  AXC batalyonları da 709-cu briqadanın tərkibinə daxil oldular.

Müdafiə naziri D. Rzayevin əmrilə 709-cu briqada komandiri keçmiş 123-cü alayın döyüş hazırlığı üzrə komandir müavini p/l-nt Eldar Əliyev təyin edildi.

Göründüyü kimi, 709 saylı hərbi hissənin komandir və əsgərləri Qarabağda gedən döyüşlərə ilk günlərdən qoşulmuş, keçdikləri döyüş yolları ilə artıq tanınmış şücaətli hərbçilər idi. Onlar müharibəyə S.Hüseynovla tanış olduqlarından əvvəl getmişdilər. Buna görə 709-cu briqadanı “S. Hüseynovun başına yığışmış bir dəstə” kimi təqdim etmək doğru deyil, həqiqətə ziddi.  Əksinə, bu komandirlərin və əsgərlərin 1992-ci ilin mayına (123-cü alay təşkil olunduğu dövrə qədər)qədərki döyüş yolları və bacarıqları  onların S. Hüseynov tərəfindən 123-cü alaya dəvət olunma səbəbi idi.

Bəs necə oldu ki, 709-cu briqada “qiyam” qaldırdı? Məsələ ondadır ki, 709-cu briqada qiyam qaldırmamışdı. Müdafiə Nazirliyinə İtaətsizlik də etməmişdi.

“Milli hökümət” mənsublarının 21 ildi dayandıqları versiya ondan ibarətdir ki,  “709-cu briqada müdafiə nazirinin əmrinə tabe olmamışdı. Bununla da qiyam etmişdi. Bu da onun buraxılması haqqında müdafiə naziri D. Rzayevin əmr verməsinə səbəb olmuşdu. 709-cu briqada buraxılmaqdan da imtina etmişdi. Buna görə də dövlət 709-cu briqadaya qarşı güc vasitələrindən istifadə etmişdi.”

Versiyaya faktlarla aydınlıq gətirək.

Gəncədə iyunun 4-də baş verən hadisədən sonra  AzTV-də məlumat verildi ki, “Gəncədə naməlum silahlı qruplaşmalar tərəfindən silahlı toqquşma baş verib”. Gəncədən gələn ziddiyatlı xəbərlər bütün ölkəni təşvişə salmışdı.  

MM deputatları 4 iyun-Gəncə hadisəsini heç də iki silahlı qruplaşmanın toqquşması olmadığını, ölkədə yayılan şayiələri və narahatçılığı nəzərə alaraq, dövlət rəhbərliyindən dəqiq məlumat və hadisə haqqında hesabat istədilər. Bu dəfə yeni rəsmi yalan uyduruldu ki, “Murova göndərdiyimiz qüvvələr gedib Gəncədə silahlı qarşıdurma yaradıblar, qurbanlar var”. Lakin bu cavab da nə ictimayəti nə deputatları qane etmədi. Milli Məclisdə qızğın müzakirələr başladı. Deputatlar  MM sədrindən  (İsa Qəmbərdən-red) və dövlət başçısından  Gəncə hadisələri haqqında düzgün məlumat tələb edirdilər. O zaman ilk dəfə “Gəncədə yerləşən qeyri-qanuni silahlı dəstənin(!) tərksilah edilməsi məqsədilə MN-i əməliyat keçirib ...” məlumatı ortaya çıxdı.

Belə bir açıqlamadan sonra müdafiə naziri D.Rzayev hesabat üçün MM-ə  çağırıldı. D.Rzayev onsuz da Gəncədəki “əməliyata” əvvəldən ürək qızdırmırdı, hadisələr zamanı isə Şəmkirdə balıq tuturdu. Bu üzdən onu MM-in tribunasın hesabat üçün çıxardanda o, çaşqınlıq içində dayanıb, nə deyəcəyini bilmirdi. İlk, “ayaqüstü” uydurması bu oldu ki, “709 mənim əmrlərimə tabe olmurdu”. “Hansı əmrlərə?” sualına, “45-ci şəhərciyə köçməmişdi”, cavabını verdi. Halbuki, Gəncənin 45 saylı hərbi şəhərciyində elə 709-cu briqadanın 4-cü(Gəncə) batalyonu yerləşirdi. 45-ci şəhərcikdə hətta təmir işlərini də S. Hüseynovun ayırdığı vəsaitlə 709-cu briqada aparmışdı. Bir neçə gün sonra müzakirələr əsnasında artıq bir çox mətləblər aydınlaşandan sonra, ondan yenə soruşdular ki, “709-cu briqadanın yerinə yetirmədiyi əmrinizi təqdim edə bilərsizmi?” D. Rzayev belə bir əmrin olmadığını söylədi. “Bəs 709 saylı hərbi hissə nəyin əsasında buraxılmışdı, nəyin əsasında siz briqadaya qarşı güc əməliyatı keçirirdiniz?” sualına, cavab vermişdi ki, “Dövlət Müdafiə Komitəsinin 26 may 93-cü il tarixli qərarı əsasında”.

709-cu briqadanın itaətsizlik etdiyi haqqında hələ də səslənən bir məsələyə də aydınlıq gətirmək istəyirəm. Bu barədə D. Rzayev özü də sonrakı müsahibələrində deyib. D. Rzayev 1993-cü ilin mayında 709-cu briqadaya Ağcabədiyə getmək əmri vermişdi. Lakin briqada75 km-lik  Murov- Gülüstan müdafiə xəttində döyüş mövqeyi tutduğundan, onu əvvəlcə bu mövqelərdə başqa bölmələrlə dəyişmək lazım idi. D. Rzayev 157 saylı alayın komandiri Azərbaycanın Milli Qəhramanı Rasim Əkbərova 709-cu briqadanı mövqelərində dəyişmək göstərişi verdikdə, R. Əkbərov, “məndə elə qüvvə yoxdu. Mən yalnız Gülüstanı saxlaya bilirəm”, demişdi. MN-nin sərəncamında 709-cu briqadanı tutduğu müdafiə xəttində dəyişəcək bölmələr olmadığına və bu səbəbdən əmrin icrasının mümkünsüzlüyünə görə, D. Rzayev briqadanın Ağcabədiyə keçirilməsi haqqında öz əmrini ləğv etmişdi. Yəni 709-cu briqadanın MN-nin hər hansı əmrini yerinə yetirməməsi faktı  təsdiqini tapmadı. Belə bir əmri müdafiə naziri D. Rzayev nə MM-ə, nə sonrakı istintaqa təqdim edə bilmədi.

4 iyun hadisələrindən dərhal sonra Milli Məclisin sədri İsa Qəmbər deputat- istintaq komissiyası yaratdı.  Komissiya aşağıdakı tərkibdə idi: M. Mütəllimov-sədr, Ş. Hacıkərimov, V. Qasımov, T. Əliyev, İ. İbrahimov, M. Məmmədov, M. Fəttayev.

 Komisiya Gəncədə və Bakıda sərbəst şəkildə işlədi. Komissiya briqadanın 4 iyun 1993-cü ildə müdafiə nazirliyi tərəfindən ləğv edilməsinə səbəb kimi göstərilən “müdafiə nazirinin əmrlərinə itaətsizlik etdiyini” təsdiq edən bir fakt belə müəyyən etməmişdi. MM-də 4 iyunla bağlı televiziya ilə canlı efirdə gedən dinləmələrdə də deputatlar tərəfindən 709-cu briqadanın buraxılmasına səbəb olmuş itaətsizlik faktlarının mövcudluğu arışdırılsa da, məlum olmuşdu ki, belə bir fakt- MN-nin yazılı, yaxud, şifahi əmri olmamışdır.

 Briqadanın ləğv edilməsinə əsas kimi yalnız MM-ki yekun dinləmələrində komissiya üzvü, deputat M. Fəttayev bildirdi ki, “Komisiya bu məsələni(709-un itaətsizliyi ilə bağlı faktları) araşdırarkən, Baş Qərargahın rəisi general- mayor Nürəddin Sadıxovun imzası ilə müdafiə naziri D. Rzayevin adına  25 may 1993-cü il tarixli rus dilində olan sənədə rast gəlib. Sənəddə deyilir ki, "709-cu briqadanın əsgərləri mal oğurluğu ilə məşquldular... briqadada nizam- intizam aşağı səviyədədi...” Sənədin üzərində D. Rzayevin dərkanarı var- “Briqadanın buraxılması haqqında təqdimat  1993-cü il mayın 31-ə qədər hazırlansın”.

(//www.youtube.com/watch?v=NBAp4sLCX8Y)

Aydın məsələdir ki, hətta belə bir fakt diqqətə alınsa da, 709-cu briqada bütün tərkiblə mal oğurluğu ilə məşqul ola bilməzdi ki,  ləğv edilsin. Hərcənd ki, o  zamanlarda 709-cu briqada yaşayış məntəqələrindən uzaqlarda, Murovun qayalıq dağlarında, buludlardan hündürdə döyüş mövqelərində idi. Orada yaşayış məntəqəsi, mal heyvan da yox idu. Ayrıca qeyd edim ki, 123-cü alayın və sonra 709-cu briqadanın hərbi qulluqçularından heç biri xidmət etdikləri dövrdə cinayət törətməmişdilər, onların heç birinə hər hansı bir cinayətlə bağlı cinayət işi  qaldırılmamışdı. Bu h/h-nin şəxsi heyəti yüksək intizamlı və hazırlıqlı döyüşçülərdən ibarət olub, qarşılarına qoyulan bütün döyüş tapşırıq və vəzifələri layiqincə yerinə yetiriblər. İntizamsız, başıpozuq hərbi hissə ilə kimsə Qarabağda bu batalyonların qazandığı uğurlara imza ata bilməzdi.  Bundan başqa konkret olaraq, 1993-cü il, may ayının ikinci yarısında müdafiə naziri D. Rzayev helikopterlə Seyfəliyə gəlmiş, oradakı 709-cu briqadanın 260 nəfər əsgərinin döyüş hazırlığını yoxlayıb, sonra sıra baxışı zamanı öz adından şəxsi heyətə təşəkkür elan etmişdi. Özü ilə gətirdiyi iki qutu Türkiyə istehsalı olan “Maltəpə” siqaretini də əsgərlərə paylatdırmışdı.

 D.Rzayevin 709 saylı hərbi hissəni Murovdan Ağcəbədiyə keçirilməsi əmri nəyə əsaslanırdı?  Sabit müdafiə zonasına malik olan  briqada hansı hərbi zərurətdən bir rayondan başqa bir bir rayona keçirilməli idi? Murovun müdafiəsi üçün apreldə yaradılan h/h-nin bir ay sonra Ağcabədiyə keçirilməsində məqsəd nə idi? Bu suallara indiyə qədər rəsmi cavab verilməyib. Lakin o zaman Qarabağ cəbhəsində vəziyəti dərindən bilən hərbçi kimi deyə bilərəm ki, Gəncədəki briqadanın Ağcabədiyə keçirilməsi qərarı cəbhədəki şəraitin tələbləri ilə şərtlənmirdi.  Əgər əmr olsaydı 709-cu briqada yenə də bu əmri, əlbəttə ki, yerinə yetirərdi, ancaq yuxarıda qeyd etdiyim kimi, müdafiə naziri D. Rzayev öz əmrini icrasına başlanmamış ləğv etdi.

Briqadanın buraxılmasına gələndə, hərbi qanunlarla hərbi hissənin dərhal buraxılması yalnız bir halda baş verir- hərbi hissə döyüş bayrağını itirdikdə, əldən verdikdə. 709-cu briqadada bu da baş verməmişdi.

Bəs 709-cu briqadanın ətrafında gedən bu “yerdəyişmə”, “itaətsizlik”, “qiyam” və nəticədə buraxılması kimi oyunların əsl səbəbi nə idi?

Bu sual o dövrdə baş nazir olmuş Pənah Hüseynov öz müsahibələrindən birində aydınlıq gətirir. O, 709-cu briqadanın başına gətirilənlərin səbəbini belə əsaslandırır ki,  “Mütəllibov və Heydər Əliyev subyektiv cəhətdən bir-birinə zidd qüvvələr idi. Onların birinin hakimiyyətə gəlməyi digərinin hakimiyyətdən kənarda qalması demək idi. O dövrdə Ali Sovetin çağırılması üçün bu iki qüvvə birləşdi və 132-yə qədər imza toplamağa başladı. Bunların çoxu təbii ki, Mütəllibovu müdafiə edənlər idi. Çünki Ali Sovetin tərkibi onun zamanında formalaşmışdı. Sessiyanın çağırılması da əslində, qiyamın əlaməti idi. Qiyamla bağlı bir neçə variant vardı. Onlardan biri bu idi ki, sessiya Gəncədə çağırılır. Yeri gəlmişkən, bu sessiyanın çağırılmasının qanuni əsası yox idi, çünki Ali Sovetin bütün səlahiyyətləri ləğv edilmişdi. Gəncədə ssesiya çağırılanda Surət Hüseynovun qüvvələri həmin toplantının təhlükəsizliyini təmin etməli idi. Qiyamın ilkin ssesnarisi bu idi və orada siyasi qərarlar verilməliydi, Bakıda Elçibəy hakimiyyətinin devrilməsilə bağlı addımlar atılmalıydı”. 

//www.azadliq.info/index.php?option=com_contentHYPERLINK "//www.azadliq.info/index.php?option=com_content&view=article&id=17563:surt-vzif-vernd-onun-rusiya-kfiyyatyla-laqsini-bilirdik&catid=314:muesahb&Itemid=540"&HYPERLINK "//www.azadliq.info/index.php?option=com_content&view=article&id=17563:surt-vzif-vernd-onun-rusiya-kfiyyatyla-laqsini-bilirdik&catid=314:muesahb&Itemid=540"view=articleHYPERLINK "//www.azadliq.info/index.php?option=com_content&view=article&id=17563:surt-vzif-vernd-onun-rusiya-kfiyyatyla-laqsini-bilirdik&catid=314:muesahb&Itemid=540"&HYPERLINK "//www.azadliq.info/index.php?option=com_content&view=article&id=17563:surt-vzif-vernd-onun-rusiya-kfiyyatyla-laqsini-bilirdik&catid=314:muesahb&Itemid=540"id=17563:surt-vzif-vernd-onun-rusiya-kfiyyatyla-laqsini-bilirdikHYPERLINK "//www.azadliq.info/index.php?option=com_content&view=article&id=17563:surt-vzif-vernd-onun-rusiya-kfiyyatyla-laqsini-bilirdik&catid=314:muesahb&Itemid=540"&HYPERLINK "//www.azadliq.info/index.php?option=com_content&view=article&id=17563:surt-vzif-vernd-onun-rusiya-kfiyyatyla-laqsini-bilirdik&catid=314:muesahb&Itemid=540"catid=314:muesahbHYPERLINK "//www.azadliq.info/index.php?option=com_content&view=article&id=17563:surt-vzif-vernd-onun-rusiya-kfiyyatyla-laqsini-bilirdik&catid=314:muesahb&Itemid=540"&HYPERLINK "//www.azadliq.info/index.php?option=com_content&view=article&id=17563:surt-vzif-vernd-onun-rusiya-kfiyyatyla-laqsini-bilirdik&catid=314:muesahb&Itemid=540"Itemid=540

Yəni “milli hökümətin” əsl narahatçılığı 709-cu briqadanın etmədiyi “itaətsizlik” və “qiyam” deyildi,  Ali Sovetin sessiyasının Gəncədə çağırılacağı təqdirdə “Tufan” müəlliflərinin  709-cu briqadanın mümkün rolu ilə bağlı zənni və buna qarşı  "önləyici" tədbirlər idi. Dövlət rəhbərliyi dövlətə əleyhinə hazırlanan hərəkətləri zamanında bilib önləyici tədbirlər görməlidir. Buna bir sözüm yoxdur. Ancaq bunu olduğu kimi də ifadə etmək lazım idi.  Əvəzində isə 21 ildi cəmiyətimizə guya "itaətsizlik" edən 709-cu briqada dövlətə qarşı  "qiyam”etməkdə suçlanır. 

Bu isə döyüşçülərimizə, Vətən oğullarına qarşı 4 iyun 1993-cü ildə hakimiyyətin törətdiyi cinayətə bəraət qazandırmaq məqsədilə atılmış və uzun illərdən bəri  hər cür yalanlarla bəslənən iftiradır.

 

Ardı var ...

 

Nazim Bayramov

 

 

 

 

 

 

 


Oxşar xəbərlər
19:22, Bu gün
"Rusiya yenidən Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək" - Sırski
19:19, Bu gün
Ərdoğan: Türkiyə Qarabağ imtahanından uğurla keçib
19:13, Bu gün
Rusiya və Ukrayna arasında növbəti meyit mübadiləsi baş tutdu
19:00, Bu gün
Sakinlər Cəlilabadın kəndini niyə tərk edirlər? - VİDEO
18:50, Bu gün
Belarusda Azərbaycanın Milli Qəhrəmanı Anatoliy Davidoviçin xatirəsi anılıb
18:45, Bu gün
“Qarabağ” mövsümün sonuna qədər “Azərsun Arena”ya qayıtmayacaq
18:40, Bu gün
️Tacikistanda Novruz bayramında terror aktları planlaşdıran 15 nəfər həbs edilib
18:35, Bu gün
Bolqarıstan Prezidenti Rumen Radev Prezident İlham Əliyevə zəng edib
18:30, Bu gün
BDU-da Respublika elmi konfransı: “1918-ci il mart soyqırımı tarixi tədqiqatlarda” - FOTO
18:26, Bu gün
Ləzgi xalqının tarixində böyük xidmətləri olan XANIM...
18:23, Bu gün
Britaniya hərbi qulluqçular üçün 100 illik saqqal qadağasını ləğv edir
18:15, Bu gün
Bəstəkarın evinə həbs qoyuldu – Keçmiş kürəkənin şikayəti ilə... 
18:08, Bu gün
Paşinyanın etirafı: “Şahramanyan Ermənistan üçün təhlükə mənbəyidir” - ŞƏRH + FOTO
18:02, Bu gün
BDU Elmi Şurasının növbəti iclası keçirilib - FOTO
17:57, Bu gün
Düşbərə dünyanın ən yaxşı xəmir xörəkləri siyahısına düşüb
17:45, Bu gün
Ceyhun Bayramov Pavel Knyazevi qəbul etdi - FOTO
17:40, Bu gün
Rusiya XİN-dən İrəvana qulaqburma: 102 saylı hərbi baza barədə xatırlatma
17:35, Bu gün
“Qarabağ” Estoniya çempionatının bürünc mükafatçısı oldu
17:30, Bu gün
Hikmət Hacıyev: “Ermənistan geosiyasi oyunlardan çəkinməlidir”
17:25, Bu gün
“Coffee ‘N Joy” paytaxt sakinləri üçün konsert təşkil edəcək - FOTO
17:20, Bu gün
Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır" - FOTO
17:15, Bu gün
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:10, Bu gün
Kafe əxlaqsızlıq yuvası imiş - Sahibi cəzalandırıldı
17:06, Bu gün
Sumqayıtda fəhlə işlədiyi zavodda ölüb
17:02, Bu gün
Məhkəmə Ələsgər Məmmədli barədə qərar qəbul edib
16:57, Bu gün
BDU-nun 105 illik yubileyi ilə əlaqədar Tədbirlər Planı hazırlanacaq
16:52, Bu gün
“Coffee ‘N Joy” Avropa Gənclər Parlamentinə dəstək olub - FOTO
16:48, Bu gün
"Azsığorta" ötən il kiçilib, əməliyyat gəlirləri 1,4 milyon manatdan çox azalıb
16:45, Bu gün
Prezidentin köməkçisi: “ABŞ-nin müəyyən bəyanatları və addımları bizi məyus edir”
16:43, Bu gün
Bəşər tarixinin ən qanlı faciələri: 31 mart Azərbaycanlıların soyqırımı  - FOTO
16:38, Bu gün
Məşhur aparıcılar yenidən efirdə - Bu kanalda çalışacaqlar
16:35, Bu gün
"Azərbaycan və Ermənistan sülhə yaxındır" - Hikmət Hacıyev
16:32, Bu gün
“Azerçay” Novruz festivalı ilə sakinləri sevindirdi - FOTO
16:27, Bu gün
Saxta avtoehtiyat hissələri bazarı bürüyüb? - VİDEO
16:25, Bu gün
Nazir sabiq rəisə yeni vəzifə verdi
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
16:16, Bu gün
Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb - FOTO
16:10, Bu gün
BDU-da “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı kitab sərgisi təşkil edilib - FOTO
16:05, Bu gün
Havada toz müşahidə olunur
16:02, Bu gün
Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb
16:00, Bu gün
Bakıda məhkum həbsdə öldü
15:55, Bu gün
Benziadan Qurbanova təşəkkür: “Onun sayəsində milliyə dəvət aldım” - VİDEO
15:50, Bu gün
“Meta” səsimizi dinləyirmi? - Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ
15:44, Bu gün
Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək - FOTO
15:39, Bu gün
Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO
15:34, Bu gün
"İsrailin Suriyaya hava zərbəsi nəticəsində 42 nəfər həlak olub..."
15:28, Bu gün
Qarabağdan köçmüş haylar daha çox Rusiyanın bu regionuna üz tuturlar... 
15:25, Bu gün
Deputat: “65 yaş təqaüdə çıxmaq üçün çox yüksəkdir, uzunömürlülük nağıl kimi keçmişdə qaldı”
15:23, Bu gün
Azərbaycanda ata öz övladını oğurladı
15:20, Bu gün
Məhəmməd Peyğəmbər Ramazanın son 10 gününü necə keçirərdi?
15:18, Bu gün
Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
15:14, Bu gün
17 yaşlı qızı olan Aşıq Namiq ikinci dəfə evlənmək istəyir
15:10, Bu gün
Sahil Babayev Neftçalada vətəndaşları qəbul etdi - FOTO
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
15:05, Bu gün
Amerikalı politoloq: "Brüssel görüşü Cənubi Qafqazda sülhə növbəti təhlükə ola bilər"
15:03, Bu gün
“Müharibə və postmüharibə dönəmində terrorla üzləşməməyimizə səbəb onların peşəkarlığıdır”
15:00, Bu gün
"Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq" - AFFA rəsmisi
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
GÜNLÜK
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
27 Mar 2024 | 11:21
Azərbaycanın Milli Qəhrəmanı DTX əməkdaşlarının peşə bayramını təbrik edib
AYLIQ
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO