Bu gün Azərbaycan Dövlət Musiqli Teatrında 15 iyun ”“ Milli Qurtuluş Günü münasibətilə yaradıcı kollektivin yığıncağı keçirildi.
Tədbiri
giriş sözü ilə açan Dövlət Musiqili Teatrın direktoru, əməkdar incəsənət
xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqsmət Lalayev 15 iyun 1993-cü ilə
söykənən Milli Qurtuluş Gününü milli şüurumuza yazılan şərəfli tarix olaraq dəyərləndirdi.
15 iyun
tarixinin istər o dövr, istərsə də ölkənin gələcək ictimai-siyasi həyatı üçün əhəmiyyətini
vurğulayan teatr rəhbəri, Heydər Əliyevin hakimiyyətə qayıdışı, siyasi fəaliyyəti, Azərbaycan xalqının imzasını dünya
xalqlarının imzası içində tanınması
istiqamətində misilsiz xidmətlər, həyata keçirdiyi quruculuq işləri və
bilavasitə milli mədəniyyətimizin inkişafında göstərdiyi qayğını tədbir
iştirakçılarının diqqətinə çatdırdı.
Teatrın ədəbi hissə müdiri, Azərbaycanın əməkdar mədəniyyət
işçisi, şair-publisist Telli Pənahqızı
bu tarixi günlə əlaqədar məruzə ilə çıxış edərək bildirdi ki, bu bayram,
onu dəyərləndirən, qədir-qiymətini dərk edənlər
üçün çox əzizdir. Vətənini, xalqını sevən, artıq “dünən” deyib tarixin bir
küncünə qoyulan o çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələrini öz
gözləri ilə görən insanlar üçün 15 iyun əsl xilas günü, məmləkətimizin
ölüm-dirim mübarizəsinin qələbə ilə möhrlənmiş yaşam kimliyidir.
Tədbirdə
çıxış edən tanınmış səhnə ustaları, xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq
Kamal, gənc aktrisa Gültac Əlili ölkəni məhv olmaq, parçalanmaq təhlükəsindən
xilas edən ulu öndərimizin Azərbaycan mədəniyyətinə, xüsusilə də teatr xadimlərinə
diqqət və qayğısından danışdılar. Azərbaycan mədəniyyətinin inkişafında yeni
bir dövrün bünövrəsini qoyan “xalq bir çox xüsusiyyətlərilə tanınır, sayılır və
dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlıərdən ən yüksəyi, ən böyüyü
mədəniyyətdir” - deyən Ümummilli liderin siyasi, iqtisadi və mədəni kursunu
inamla davam və inkişaf etdirən dövlət başçısı İlham Əliyevin müasir dövrdə incəsənət müəssisələrinə diqqət və qayğısından söz açdılar.
Millət vəkili,
Milli Məclisin Mədəniyyət məsələləri daimi
komissiyasının üzvü Jalə Əliyeva Azərbaycan dövlətçiliyinin
qorunmasında, inkişafında və dünyaya inteqrasiyasında əvəssiz rolu olan Heydər
Əliyevin danılmaz zəhmətinin bəhrəsi kimi qiymətləndirilən Milli Qurtuluş
Gününün dəyərini, xalqın tarixində mühüm rol oynadığını yığıncaq
iştirakçılarının, xüsusilə də gənc nəslin diqqətinə çatdırdı.
Yığıncaqda bir daha qeyd olundu ki, Azərbaycan xalqı Milli liderimizin xoşbəxt gələcəyimiz üçün açdığı yolla qətiyyətlə addımlayır və Azərbaycanın bütün dünya tərəfindən etiraf olunan dinamik inkişafının sükanı arxasında dayanan ölkə başçısı İlham Əliyevin ətrafında daha sıx birləşərək ölkənin tərəqqisi naminə onun gördüyü işləri dəstəkləyir.