1988-cu ilin yayıydı. Məmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinə qəbul imtahanının nəticəsindən Appelyasiya şikayəti vermişdim. Yazılı imtahandan aldığım ”ž4“ qiymətini ”ž5“ etmək üçün anamla aləmi qatmışdıq bir-birinə. İnsafla yazımı yoxlayan Xalid Əlmirzəyev də komissiya ilə bizimlə birlikdə vuruşurdu ki, qiyməti düzəltsin. O vaxt qızıl medal və ya texnikomu qırmızı diplomla bitirənlərə olan güzəştə görə birinci yazılı imtahandan 5 alan abituriyent qalan 3 imtahandan azad idi. O üzdən də mənim yazımın ”ž5“ olması Universitetə qəbul olunmam demək idi”¦ki, bu da o dövr üçün sadəcə mümkün deyildi. Apellyasiya şikayəti verənlərin arasında qarayanız, sıx, qara, qıvrım saçlı, onda məndə ”žyekə“ kişi təəsüratı yaradan bir nəfər də vardı. Eşitmişdim ki, böyük yaşda olanlar əsgərlikdən, fəhləlikdən, ya da hazırlıqdan gələnlər olur. Bir də qənaətim bu idi ki, ancaq kasıb uşaqları o yaşda (!) qəbul imtahanı verirdilər. O üzdən aramızdakı o ”žyekə“ kişinin qiymətinin düzəlməsini çox istəyirdim. Hətta özümü belə unutmuşdum. Mənim vəziyyətim bəlli idi. Xalid müəllim neynəsə də düzəldəsi deyildilər qiyməti. Çünki o zaman əllərində məni qarşıdakı imtahanlardan kəsmək və ya yaxşı halda "konkrus"a salmaq fürsəti olmayacaqdı. Bu qıvrımsaçlı kişinin qiymətini isə düzəldə bilərdilər. Ən azından bu imtahanda onun haqqını tanımaq acısından. Ondan sonra onsuz da istədiklərini edəcəkdilər”¦Sonra olacaqları düşünmək belə istəmirdim. Firkirləşirdim ki, hər il göstəri xatirinə 1-2 kasıb uşağı qəbul edirlər və bu qıvrımsaçlı o iki nəfərdən biri olar bəlkə”¦
Amma o il nə o qıvrımsaçlı abituriyent, nə də
mən Universitetin tələbə adını qazana bilmədik.
Mətləbə
çox uzaqdan gəldim deyəsən. Əslində bu
köşəmin mövzusu da, mətləbi də konkretdi. Düz 26 il öncə qəbul imtahanındakı o
”žqiymət savaşında“ mənimlə ”žcəbhə yoldaşı“ olan həmin o qıvrımsaçlı kişiylə bizi Mark dostumuz
bir daha qarşılaşdırdı. Qubadlı rayonundan olduğunu özündən, gənclik illərini
Vətənin müdafiəsinə həsr etdiyini cəbhə yoldaşlarından eşitdim. Bu gün 50 yaşı
olur ”žcəbhə yoldaşım“ Mətləb Abışovun.
Onu çoxunuz tanıyırsınız. Tanımayanlara
tanıtmaq üçün bu kiçik yazı kifayət etməz. Hələlik isə 26 il öncə öz haqqı üçün
savaşdığının şahidi olduğum o ”žyekə“ kişi haqqında təbrik yazmağı özümə mənəvi
borc bildim.
Ömrünü
elə KİŞİ kimi yaşayan Vətən oğlu, doğum
günün mübarək! Uğrunda həyatını əsirgəmədiyin Qarabağa qovuşdursun Allah səni!
Bəlkə qismətdə Qarabağ uğrunda savaşda səninlə
gerçək cəbhə yoldaşı olmaq da var”¦
Allah tezliklə bizə o günü, o gün
qazanacağımız QƏLƏBƏNİ nəsib eləsin!