Modertaor.az xəbər verir ki, iyulun 1-də Bakıda davam edən ATƏT PA-nın 23-cü sessiyasında Siyasi və təhlükəsizlik məsələləri üzrə ümumi komitədə terrorizmlə mübarizəyə dair qətnamə müzakirə edilib.. Rusiyalı deputat Nikolay Kovalevin hazırladığı layihə ilə bağlı bu ölkənin digər deputatı Oleq Lebedev çıxış edib. O, terrorizmlə mübarizədə beynəlxalq əməkdaşlığın vacib olduğunu deyib:
"İndi terrorizmlə mübarizə dövrün tələbl”™rinə cavab vermir. Artıq bizim gözümüzün qarşısınnda terror təşkilatları digər fəaliyyət metodlarına transformasiya olur, fəaliyyətlərini daha da təkmilləşdrirlər. Terrorçu qruplar elmi tərəqqinin inkişafından yararlanırlar və bunun nəticəsində kiber cinayətkarlıq güclənir. Onlar öz məqsədlərinə çatmaq üçün sosial şəbəkələrdən geniş istifadə edirlər. Onların maliyyələşməsi də mürəkkəbləşib. Ona görə də beynəlxalq aləm terrorçu təşkilatların İKT-nin inkişafından istifadəyə imkan verməməlidir və bu sahədə gücləndirməlidir".
Azərbaycan nümayəndə heyətinin üzvü Bahar Muradova deyib ki, bəzi ölkələr terrordan öz məqsədlri, qanuni hakimiyətlərin devrilməsi, iqtisadi maraqlar üçün istifadə edirlər. Hətta bəzi terrorçu dəstələri dəstəkləyirlər. Bu isə bizi ciddi narahat edir. Biz hesab edirik ki, bu məsələ təkcə müzakirə mövzusu olmamalıdırkonkret əməli işlər görülməlidir. Terror hər birimizə təhdiddir. Azərbaycan bütün terrorlara qarşıdır və antiterror koalisiyasında iştirak edir. Bu səbəbdən belə bir layihənin qəbul olunması vacibdir.
Rusiya nümayəndələrinin hazırladığı layihənin 10-cu bəndinə edilən yeganə düzəlişin müəllifi Latviyadan olan deputat Valdis Liepins təklif edib. Litva və İsveçli deputaların da müdafiə etdiyi düzəlişdə Rusiyada daxil olmaqla ATƏT-in bəzi bölgələrində ultramillətçiliyi və nasizim meyllərinin qalxmasından, həmçinin gözlınilən terror təhdidlərindən və bu qüvvələrdən təşkilata üzv ölkələrdə, o cümlədən Ukraynada qanuni hakimiyyətlərinin devirilməsində istifadə edilməsindən narahatlıq ifadə olunur.