“Qafqazinfo”nun xəbərinə görə, rayon prokurorluğundan “ans press”ə bildirilib ki, asılmış qadının kimliyi məlum olub.
Hadisə yerinə gedən hüquq-mühafizə orqanları müəyyən ediblər ki, asılan şəxs 76 yaşlı Suruxanım Seyifovadır. Araşdırmalar zamanı qadının intihar etdiyi məlum olub.
Yaşlı qadının intihar səbəblərinə gəlincə, deyilənlərə görə, Suruxanım Seyifova əsəb xəstəliyindən əziyyət çəkirmiş. Qadının yanından dərman preparatlar tapılıb.
Qeyd edək ki, qadının övladları olsa da, o, evdə tək yaşayırmış. Onun barəsində müxtəlif söhbətlər yayılıb. Vesti.az yazır ki, gəzən söhbətlərə görə, qadın cadugərliklə məşğul olurmuş. Onun ölümü ilə bağlı da müxtəlif fikirlər səslənir. Lakin rayon prokurorluğu hadisənin intihar olduğunu müəyyən edib.
Faktla bağlı araşdırma aparılır.