“Biz Minsk Qrupuna böyük ümidlər bəsləyirdik, amma özünü doğrultmadı”. Moderator.az xəbər verir ki, bu fikri ABŞ-ın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin sədr müavini, konqresmen Bencamin Kardin (Benjamin Cardin) təşkilatın Bakıda keçirilən 23-cü yay sessiyasının plenar iclasında Ukraynadakı vəziyyət müzakirə olunan zaman səsləndirib. ATƏT-in fəaliyyətini sərt tənqid edən Kardin bildirdi ki, bəs ədaləti kim bərpa edəcək.:
“Bu gün region dondurulmuş münaqişələrdən inildəyir. Dondurulmuş münaqişələrin sayı nə qədər artacaq ki, dünya ayılsın?! Azərbaycan, Gürcüstan, Moldova, indi də Ukrayna... Dağlıq Qarabağ münaqişəsi 22 ildir ki, inildəyir, sağaldan yoxdur. Siyahıda daha hansı ölkə var?”
B. Kardin dünya birliyini və Qərbi Rusiyanın qarşısında aciz qalmaqda qınayıb.