Moderator.az xəbər verir ki, bu gün AMEA Mərkəzi Elmi Kitabxanasında “Azərbaycanda dövlət kitabxana siyasəti: nəzəriyyəsi və tarixi inkişaf ənənələri” mövzusunda növbəti elmi seminar keçirilib. Tədbiri Mərkəzi Elmi Kitabxanın elmi işlər üzrə direktor müavini Firəngiz Hüseynova açaraq seminar mövzusunun elmi aktuallığını və mahiyyətini vurğulayaraq bu sahədə kitabxanada aparılan elmi-tədqiqat işlərinin prioritet istiqamətlərini yüksək qiymətləndirdi.
Sonra seminarı kitabxanaşünaslıq şöbəsinin müdiri Kəmalə Məmmədova davam etdirərək mövzu ilə bağlı Kitabxanada tədqiqat aparan gənc mütəxəssislərin məruzələrinin dinlənilməsi üçün sözü onlara verdi.
Seminarda Mərkəzi Elmi Kitabxanan əməkdaşı, doktorant Natiq Mürsəlov “Azərbaycanda dövlət kitabxana siyasəti: nəzəri əsasları və prinsipləri” və kitabxananın Heydər Əliyev irsinin təbliği şöbəsinin əməkdaşı, dissertant Aytən Əliyeva “Müstəqillik illərində Azərbaycanda kitabxana işi sahəsində dövlət siyasətinin inkişaf dinamikası” mövzusunda məruzə ilə çıxış edib.