Moderator.az saytı xarici mətbuata istinadən xəbər verir ki, İsrail ordusu binalarını qorumaq üçün özlərini canlı qalxana çevirən sadə vətəndaşları vurub. Məlumata görə, HAMAS-ın əsgəri qanadının rəhbərlərindən İzəddin əl-Qəssamın evini hədəf alan İsrail ordusu əvvəl binaya pilotsuz təyyarələr vasitəsilə atəş açıb. Bu hərbi terminologiyada xəbərdarlıq atəşi imiş və sakinlərə evi tərk etmək mesajı verirmiş. Bina sakinləri evlərini qorumaq üçün dama çıxıb özlərini sipər ediblər. Buna baxmayaraq İsrail F-16-ları sakinlərin silahsız dirınişinə əhəmiyyət verməyərək binaya bombalar yağdırıb. Nəticə canlı qalxanlardan 2-si uşaq olmaqla 7 nəfər həyatını itirib, 25-i isə yaralanıb. İsrail Hava Qüvvələri bu hücuma “biz əvvəldən sakinlərdən həm telefon, həm də xəbərdarlıq atəşiylə binanı tərk etmələrini istəmişdik”- deyə haqq qazandırıb. Verilən məlumatlara görə dünənki hücumda İzzətdin əl-Qəssami də həyatını itirib.