Bir gün şeyx Nəsurullah gəlib desə ki, ey Allahın mömin bəndələri, qalxın ayağa,nəbadə qalxasınız ha.... Qalxıb görəcəksiniz ki...
Allah sizə rəhmət eləsin, Mirzə Cəlil, Mirzə Ələkbər Sabir, məmləkəti və milləti necə qoyub getmisinizsə eləcə də qalıb. Bir əsrdən artıq zaman keçməsinə baxmayaraq, dəyişməmişik, Görüb yazdıqlarınız bu gün də vaqe olur. Dəyişənbirzadvarsa, odaolub-bitənlərinmüasirformadabaş verməsidir. Geyimimiz- kecimimiz, zahirigörünüşümüz, hərzadımızdəyişib, ələlxüsus, çadranı atıbmini ətəktaxmışıq, dar şalvartəpmişik əynimizə. Yerişimz, davranışımız, həttaduruşumuz, amma o şeyiki, çoxdandəyişməliydik, heç birinidəyişməmişik...
Indi nə xanı, nə sultanı, nə pristavı, nə naçalniki, nə də kəndxudası var bu xarabanın. İndi onları oliqarxlar, hikkəsi yerə-göyə sığmayan harın məmur balaları, deputatlar, rəislər, icra başçıları və onların yerlərdəki nümayəndələri əvəzləyir, özü də necə. Bir də ki, mirzə, işverənlərin sayı yaman çoxalıb. İş verən demişkən, elə bu yaxınlarda bir dostumuzun danışdığı bir lətifə yadıma düşdü. Əslində lətifəyə bənzər həqiqətdir...
Bir gün qonşularından biri evdə necə olursa "işverən" olduğunu deyir. Deyir ki, o polislərə iş verir. Bunu eşidən evdəki azyaşlı oğlu nə olduğunu anlamadığı üçün bu “peşə”nin fəxredici bir zad olduğunu düşünür. Növbəti gün uşaqlarla oynayarkən sözləri çəpləşəndə qürrələnərək deyir ki, mən sizə göstərərəm, bilirsiniz kimin oğluyam? Hamı təəccüblənir ki, kimin? Deyir iş-vvve-rənin...
Hə, kişilər, zamana çox dəyişib. İndi oğul atanın, ata oğulun, ər arvadın, arvad da ərin işverənliyi ilə fəxr edir. Necə deyərlər, iş vermədin, işin yox, evdə də ki, aşın yox, başındakı ağrıların çox...
Atdan-eşşəkdən düşüb əcaib-qəraib avtolara minmişik. Dünən Məhəmmədhəsən əminin eşşəyini aparırdılarsa, bu gün elə məhəmmədhəsənlərin “Cip”ini aparırlar.
Məkan həmin məkandı, zaman o zaman deyil...
Hadisə baş verir Azərbaycanın bölgələrindən birində. əsr 21. il 2009. Yol polisi magistralda şütüyən təptəzə “ “Prado”nu əl edib saxladır.
-Salam.
-Salam rəis, nə qulluq?
-Qul sahibi olasan. Qulluq deyəndə bir az işimiz var. Bakıdan qonaqlar gəlib. Hamısı da generallar, hörmətli adamlardılar. Onları qarşılamaq lazımdır. Mən sənin maşınını aparmalıyam. Istəməzdim sənin maşınını aparam. Amma nə edim qismət sənə düşüb. Qarşıma çıxan sən oldun.
Avtomobil sahibi qımışır və nə edəcəyəini bilmir. Versə bir zad problem, verməsə bir zad. Axı kiçik yerdir. hamı-hamını tanıyır, həm də onu saxladan da nazirin qohumudur. Bunun sabahı, qəza-qədəri var. Axı, gözü çıxmış qardaşların başlarına gətiriləni çox görüb. O yan-bu yan edər, hər addımda saxlayacaqlar, cərimə edəcəklər,bir az da o yan-bu yanlıq edər, cibinə otdan -ələfdən atıb basarlar qoduqluğa.Özü cəhənnəm, hələ uşaq da böyüyüb. Bu gün-sabah əsgər gedəcək.
-Rəis, olmaz ki, başqasının maşınını aparasınız, uşağı hazırlığa aparıb-gətirirəm, gedəsi yerimdə çoxdur.
-Vallah deyə bilmərəm, amma komandirin tapşırığı var, bax da, sonra bir şey olsa sənə kömək edə bilməyəcəyəm.
Rəisin də xəbəri olacaq. Özün bil. 3 saat nədir ki, narahat olma 3 saatdan sonra maşınını özünə qaytaracağam.
Ürəyincə olmasa da avtomobilini polis qardaşa həvalə edən avtomobil sahibi qımışa ”“qımışa “bax 3 saata avtomobili gətir ha, yoxsa oğlum...oğlumun bağrı çatlayar. Bu minvalla sahibkar avtomobilini polisə verir.
Üç gün keçir, amma avtomobil hələ qaytarılmayıb. Məhəmmədhəsən əminin "Cip”ini aparan polisə gah zəng çatmır, gah da telefonu açmır. Kişi başına vurur, uşaq ağlayır,arvad isə kişini danlayır ki, sənə bu da azdı...
Elman Abbasov