“Surət prezident Elçibəyin ünvanına nalayiq bir söz işlətdi...”
Oxunub: 5612
20 Jul 2014 | 01:05
“Surət prezident Elçibəyin ünvanına nalayiq bir söz işlətdi...”

 Milli Qvardiyanın keçmiş komandiri polkovnik Əzizağa Süleymanov Moderator.az-a aşağıdakı məzmunlu girişlə bir yazı göndərib:


Surət Hüseynova yaxın şəxs kimi tanınan 709 saylı hərbi hissənin keçmiş qərargah rəisi Nazim Bayramovun bir müddət öncə saytınızda getmiş yazısıyla bir qədər gec tanış olmuşam və onun iddiaların həqiqəti əks etdimədiyini görüb Gəncə hadislərinin həmin epizodunun xronologiyasını ardıcıl təqdim etmək zorunda qalmışam. Ümid edirəm ki, buna şərait yaradacasınız.

 

Ə. Süleymanovun etirazına səbəb olan yazı-www.moderator.az/?xeber=48747#.U8g4luTdT2U.facebook

...Demək olar ki, qısa bir müddət ərzində ətrafda yerləşən bütün binalar, yol keçidləri Gəncə şəhər icra hakimiyyətinin inzibati binası və ətraf meydan bütünlüklə Milli Qvardiyanın və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının nəzarəti altında idi. Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlı dəstəsinin üzvləri də Milli Qvardiyaçılarla birlikdə ətrafyanı bütün ərazini, hündür binaların üsündə də müşahidə postu qoymuşdular. Bu vaxt Milli Qvardiyaçılar rabitə vasitəsi ilə məlumat vermişdilər ki, Sürət Hüseynov tərəfindən iki nəfər danışıq aparmaq üçün əllərində ağ bayraq  Milli Təhlükəsizlik idarəsinin binasına yaxınlaşmaq istəyir. Bu xəbəri komandan da eşitmişdi. O çölə çıxıb mənə göstəriş vermişdi ki, onları tapşır buraxsınlar, bunlar onlarla danışıq aparmaq istəyirlər. Mən onların buraxılması barədə göstəriş vermişdim. Üzümü Tahir Məmmədova tutub demişdim ki, cənab komandan, bu danışıq vaxt udmaq üçün onlara bir bəhanədir. Onlar bizə hücum etmək üçün yeni qüvvə toplayırlar. Gəl qvardiycılarla Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlı dəstəsinin əməkdaşlarını birləşdirib qəflətən Sürətin qərargahına hücum edib onu tutaraq girovdakıları azad edək. Vaxt gedir. Prezident bu əməliyyatın icrasını sizin dediyinizə görə mənə həvalə edibsə, icazə verin tapşırığı yerinə yetirim. O mənə qvardiyaçıların yanında soz vermişdi ki, gözlə görək niyə gəliblər. Sonra bir şey fikirləşək. Bu zaman Sürət Hüseynovun qərargah saldığı hərbi hissəyə komandirlik edən briqada komandiri polkovnik Eldar Əliyev və cinayət aləmində adı hallanan “Zobik” ləqəbli, Ruslan adlı Gəncə zonasında kirminal aləmdə hörmətə malik olan bir şəxs  Milli Təhlükəsizlik İdarəsi binasına yaxınlaşırdı. Onları binanın kandarında milli təhlükəsizlik nazirinin birinci müavini Sülhəddin  Əkbərov çox mehribanlıqla qarşılayıb  gülə-gülə görüşüb içəri dəvət etmişdi. Gələnlər Sülhəddin Əkbərovla birlikdə inzibati  binaya daxil olmuşdular. Tahir Məmmədov da onlarla bərabər içəri keçmişdi. Bir neçə dəqiqə keçəndən sonra məni içəri çağırmışdılar. Milli təhlükəsizlik nazirinin birinci müavini Sühəddin Əkbərov mənə bildirmişdi ki, danşığa gələn şəxslərin tələbinə əsasən Milli Qvardiyanın komandiri danışıq gedənə qədər onların döyüşçülərinin arasında olmalıdır ki, hər iki tərəfdən atışma olmasın. Mən Milli Qvardiya komandanı Tahir Məmmədovun üzünə baxıb, ona bildirmişdim ki, Siz məni prezidentin adından əməliyyata rəhbərlik etmək üçün bura göndərmisiniz, bu nə məsələdir? Tahir Məmmədov mənə demişdi ki, Sülhəddin Əkbər deyir ki, prezident onu əməliyyatın rəhbəri təyin edib. Eybi yoxdur, belə məsləhətdirsə get. Özünlə iki nəfər götür. Mən çox hirsli bir şəkildə inzibati binadan çölə çıxıb, hirsimdən əlimdəki avtomatı  yerə çırpıb, heç kimi götürmədən Sürətçilər tərəfə üz tutmuşdum. Dalımca çölə çıxan Tahir Məmmədov “tək getmə” deyib, iki nəfər qvardiyaçını arxamca göndərmişdi. Bunlar qvardiyaçı Məhərrəmov Ədalət Şirin oğlu və qvardiyaçı Həsənov Mehman Dilavər oğlu idi. Onları geri qaytarmaq istəmişdim, lakin onlar məndən əl çəkməmişdilər. Biz Sürətçilərə çatan zaman onlara göstəriş vermişdim ki, Siz Sürətin döyüşçülərinə qarışmayın. Mənə bir az aralıdan nəzarət edin. Sürətcilərə yaxınlaşıb “mən Milli qvardiyanın komandiriyəm” deyib dəstələrinin önündə dayanmışdım. Üstümdə yalnız bir tapança var idi. O da üstümdə görünmürdü. Danışıq hardasa 40-45 dəqiqədən çox çəkmişdi. Bu zaman məni mühafizə edən qvardiyaçıların nəzarəti getdikcə zəifləyirdi. Xüsusi ilə Məhərrəmov Ədaləti tanıyan milli orduda olan keçmiş döyüş yoldaşları onunla görüşür, fikirini istər-istəməz məndən yayındırırdılar. Ədalət Məhərrəmov Milli Qvardiyaya gəlməmişdən əvvəi ilk yaranmış könüllülər ordusunda xidmət etmiş, Şuşa rayonunda  ermənilərə qarşı gedən döyüşlərdə, Daşaltı əməliyatı zamanı sağ qalan beş-altı döyüşçülərdən biri idi. Milli qvardiyanın tərkibində də bir neçə döyüş əməliyyatında iştirak etmişdi. Lakin burada vəziyyət tam başqa idi. Dünən ermənilərə qarşı bir səngərdə çiyin-çiyinə vuruşan insanlar indi üz-üzə gəlmişdilər. Dünyada bundan ağır dərd ola bilməzdi, bu gün özümüz bilmədən bu dərdə düçar edilmişdik. Bu qarşıdurmada nə məğlubiyyət var idi, nə qalibiyyət. Canı bir, qanı bir, dini bir, əqidəsi amalı bir olan insanlar siyasi oyunbazların əlində bir alətə çevrilmişdilər. Hiyləgər düşmənimiz ermənilər bu günü çoxdan gözləyirdilər. Bu bəlalı gün elə bil bizim taleyimizə  yazılmışdı. Bu fikirlər beynimdə dolaşan zaman bir də onu görmüşdüm ki, məni mühasirəyə aldılar. Başı söhbətə qarışan mənim mühafizəçilərim heç nə edə bilməmişdilər. Artıq gec idi. Dövlət rəhbərləri ilə danşıq aparan qiyamçı polkovnik Eldar Əliyev və cinayət aləmində oğru sayılan Ruslan Rzayev yanımda idilər. Mənim onların danşıqdan  nə vaxt qurtarıb gəlməsindən xəbərim olmamışdı. Bu barədə məni bunların içinə göndərən insanlar mənə xəbər vermədən onları buraxmışdılar. Bu fürsətdən istifadə edən Ruslanın göstərişi ilə sürətçilər tərəfindən tutulmuşdum.  Üzümü Ruslana tutub demişdim ki, kişi kişini danşıqda tutmaz. O isə mənə demişdi ki, biz səni tutmamışıq, səni bizə sizin dövlət işçiləriniz özləri təhvil veriblər. Şəhərə gələndən Gəncəni lərzəyə salmısan. Az qala bütün planlarımızı alt- üst etmişdin. Onlarla bacarmaq asandır, əsas bəla sənsən. Səni də özləri qurbanlıq qoyun kimi verdilər bizə. Danışıq gedənə qədər sən bizimlə olmalısan. O məni qolumdan tutmuş iki hərbiçinin köməkliyi ilə özü idarə etdiyi ağ “Niva” markalı maşının arxa otracağına mindirtirib, sağımda solumda iki hərbçi otuzdurub, Sürət Hüseynovun qərargahına yola düşmüşdü. Hərbçilər maşında mənim qollarımı tutmuşdular. Üstümdə olan silahı çıxara bilmirdim, buna imkan yox idi. Mən yanımdakı hərbçidən xahiş etmişdim ki, əlimi burax, onsuz da siz 4 nəfərsiz, mənsə tək, arxadan da sizi müşayət edən bir neçə maşın gəlir. Ruslan isə həmin hərbçiyə bildirmişdi ki, siz onu yaxşı tanımırsınız, üstünü axtarın. Bu zaman mən qəfildən qolumu onların əlindən çıxartmaq istəsəm də mümkün olmamışdı. Onlar üstümdəki silahı tapıb götürmüşdülər. Məni Surət Hüseynov oturan hərbi qərargaha Surət Hüseynovun otağına gətirmişdilər. Surət Hüseynov məni görən kimi tanımışdı. prezident Əbülfəz Elçıbəyin ünvanına  nalayiq bir söz işlətmişdi. “Əlacı hər yerdən kəsilib, indi də səni mənim üstümə göndərib”-, deyə məni hədələmişdi. Surət Hüsüynovun yanında boz kostyumlu arıq pirani sifətli bir yaşlı kişi onu sakitləşdirməyə çalışırdı. Kənarda diqqətlə mənə baxan hündür boylu orta yaşlı bir nəfər qəflətən üstümə gələrək  əlində tutduğu “TT” markalı tapançanı havada yellədərək “bu sənin nazirin Qabilin tapançasıdır” deyə dəstəyi ilə başıma vurmaq istəmişdi. Surətin yanında olan həmin qoca pirani kişi “Nüsrət ,dayan” deyə əmranə şəkildə səslənmişdi. Bu zaman Nüsrətin qabağını kəsən  Ruslan  demişdi ki, onu mən gətirmişəm, ona heç kim toxuna bilməz.  Nüsrət Budaqovun bu hərəkəti mənə çox pis təsir etmişdi. Orada  onların üzünə demişdim ki, siz məni tuta bilməzdiniz. Məni sizə danışıq yolu ilə təhvil verən adam var. Demək danşıqlar yalanmış. Surət Hüseynov yanına duran mühafizə rəinə göstəriş vermişdi ki bu kapitana heç kim toxumasın, aparın salın yüksək rütbəli zabitlərin yanına. Məni aparıb oradakı hərbi kazarmanın birinə salmışdılar. Onlar qapını açanda görmüşdüm ki, Milli Qvardiya alayının Gəncədə olan şəxsi heyyətinin butün zabit heyət üzvləri başda Milli Qvardiyanın qərargah rəisi polkovnik-leytenant Tariyel Nəsirov olmaqla  hamısı buradadır. Mən Milli Qvardiyanın Qərərgah rəisiTaryel Nəsirovla alay komandiri Elmar Hüseynovu içəridə görən kimi üzümü onlara tutub demişdim ki, siz kişi deyilsiniz. Qvardiyanı təhvil verib gəlib oturmusunuz burada. Onlar məndən soruşanda ki, bəs sən nə gəzirsən burada, onlara bildirmişdim ki, məni dövlət rəhbərləri sizi azad etmək üçün Surət Hüseynova girov veriblər. Milli Qvardiyanın qərargah rəisi Taryel Nəsirov, alay komandiri Elmar Hüseynov, alayın qərargah rəisi Zakir Ağayarov bir küncdə bir yerdə oturmuşdular. Buraya Milli Qvardiyaçı zabitlərdən başqa tutulan daxili qoşunların və milli ordunun zabit heyəti üzvləri də salınmışdı. Kazarmanın qapısı Surətçilər tərəfindən bağlanan kimi Milli Qvardiyanın zabitləri əhatəmə toplaşdılar. Onlardan soruşanda ki, necə oldu bura düşdünüz? Onlar mənə danışırdılar ki, komandir, bizi döyüşsüz komandirlərimiz Surət Hüseynovun dəstəsinə təhvil verdilər. Buranı tutmağa hər cür imkanımız var idi. Lakin əmr verən olmadı. Biz kazarmanın bir küncünə çəkilib asta-asta söhbət edirdik, Qvardia zabitləri mənə bildirirdilər ki, Müdafiə Nazirliyinin göstərişi əsasında 4 iyun 1993 cü il tarixində saat 8-9 radələrində hərbi hissəni mühasirəyə almışdıq. Hərbi hissədə heç kim yox idi. Qvardiyacı leytenant Hüseynov İsmayıl Məmməd oğlunun söylədiyinə görə 709 sayli hərbi hissənin hərbçi zabit və əsgərləri dünəndən bizim Gəncyə gələn xüsusi təyinatlı dəstənin üzvlərini görüb qaçıb dağılımışdılar. Biz qvardiyaçı leytenant Qudulov Abdurəhman Qurbanmaqommad oğlunu hərbi hissənin daxilinə  kəşfiyata göndərdik  Bir azdan Qudulov gəlib bizə bildirdi ki, hərbi hissənin içərisində sağ tərəfdə cəmi 15 nəfər hərbçi var. Onlarla görüşdüm, əksəriyyəti avar uşaqlarıdır, tanıdılar məni. Onlar mənə söz verdilər ki, siz sağ tərəfə güllə atmasanız, biz sizə güllə atmayacağıq. Surət Hüseynov səhər tezdən Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlı dəstəsi tərəfindən mühasirədə olan evindən gizli yolla çıxaraq 709 saylı hərbi hissəyə gəlib. Hərbi hissənin zirzəmisindədir, yanında da 4 nəfər hərbçi var. Qudulovun söylədiyi bu məlumatı bizim yanımızda olan tabor komandiri mayor Yusifov Akif  İsaxan oğlu da eşitdi. (Hal -hazırda Yusifov Akif  İsaxan oğlu Milli Qvardiyanın komandanıdır. General- mayor rütbəsində) Mən şəxsən Akiflə bərabər gəlib bu məlumatı Milli Qvardiyanın qərargah rəisi polkovnik-leytenant Taryel Nəsirova və alay komandiri mayor Elmar Hüseynova söylədim. Nəsirova dedim ki, mən uzun müddət sovet ordusunun tərkibində xarici dövlətlərdə xidmət etmişəm, dəfələrlə belə əməliyatlarda iştirak etmişəm. Nə qədər gec deyil, göstəriş verin Surət Hüseynovu götürək. Bir azdan mülkü əhali özləri bilmədən Surətçilər tərəfindən panikaya salınacaq və heç bir hərəkət edə bilməyəcəyik. (Nəsirov şəxsən mənə dedi ki, rus dilində idi svayom delam zanimaysa, nos ni suy kuda ninada)

Bir azdan bizim yanımıza Müdafiə Nazirliyinin bir polkovniki və bir mayoru gəlmişdi. Onların əlində müdafiə nazirinin 709 saylı hərbi hissəyə yeni təyin olunan komandirin əmri vardı. Polkovnik müdafə nazirinin bu əmrini briqadanın rəhbərliyinə təqdim edib yeni komandiri hərbi hissənin şəxsi heyətinə təqdim etməli idi. Bizim zabitlərdən də biri polkovniki hərbi hissəyə gedərkən müşayət etməli idi. Polkovniklə bizim yanmıza gələn mayordan öyrənmişdik ki, onunla bura gələn polkovnik, müdafiə nazirinin müavini İsa Sadıqovdur. Prezdentin göstərişi əsasında Gəncəyə gələn Milli Qvardiyanın şəxsi heyəti də onun sərəncamına verilib. Alay komandiri Elmar Hüseynovun göstərişi ilə polkovnik İsa Sadıqovu qvardiyaçı baş leytenant Yaqubov Məhəmməd Camal oğlu müşayət etməli olmuşdu. Onlar hərbi hissəyə getdikləri vaxtdan beş-on dəqiqə keçəndən sonra geri qayıtmışdılar. Polkovnik İsa Sadıqov bildirmişdi ki, polkovnik Eldar Əliyev deyir ki, mən kiməm, bizim hamımızın böyüyü Surət Hüseynovdur. O bir saatdan sonra gələcək, onda gələrsiniz. Biz ona demişdik ki, cənab polkovnik, onlar sizi aldadırlar.  Bizim dəqiq məlumatımıza görə Surət Hüseynov hərbi hissədə zirzəmidə dörd nəfər hərbçi ilə bir yerdədir. Lakin bizim verdiyimiz məlumat rəhbər vəzifəli şəxslər tərəfindən qulaqardına vurulmuşdu. Milli Qvardiyanın qərərgah rəisi Nəsirovla söhbətdən sonra gözləmək qərarına gəlmişdilər.  Arabir Qazax bölgəsindən gələn bir iki tank və zirehli döyüş maşınları iriçaplı pulemyotla 709 saylı hərbi hissə tərəfə havaya  atəş açaraq manevr edirdilər. Kimin göstərişi iləsə bizi də hərbi hissəyə hücum etməyə sanki cəhd edirdilər. Onların yaratdıqları bu hərəkəti görən ətrafda yaşayan mülkü əhali hər tərəfdən hərbi hissənin ətrafına yığışırdılar. Mən hərbçi  olduğum uzun illərin təcürbəsindən hiss edirdim ki, əhalinin hərbi hissənin ətrafına belə yığışması bizim üçün yaxşı nəticə verməyəcək. Saat təxminən 10 radələrində 709 saylı hərbi hissəyə müdafiə nazirinin müavini polkovnik İsa Sadıqov, onunla gələn mayor və bizim qvardiyaçı baş leytenant Yaqubov Məhəmməd Camal oğlunun müşayəti ilə yenidən hərbi hissəyə Eldar Əliyevin yanına getmişdilər. Gərginlik olsa da demək olar ki, bu vaxt ərzində sakitlik idi. Müdafiə nazirinin müavini polkovnik İsa Sadıqovun  hərbi hissəyə getməsindən təxminən bir saat sonra 709 saylı hərbi hissədən bizə tərəf bir hərbçi əlində ağ bayraq tutaraq gəlməyə başlamışdı. Əlində ağ bayraq tutan hərbçinin bizə çatmasına bir az qalmış onu arxadan öz adamlarından vurdular. “Mehmanı vurdular”- deyə onlar qışqırıb aranı qarışdırdılar. Elə bil hər şey əvvəlcədən planlaşdırılmışdı.  Mehmanın vurulmasını əllərində bəhanə edib qəflətən əli silahlı peyda olanlar təkid edirdilər ki, Mehmanı Ələkbərovu siz vurdunuz. Bizim savadlı  komandirlər də onları taktikasın başa düşməyib israrla təkid etdilər ki, biz tərəfindən onlara güllə atılmayıb. Söylənilənə görə arxadan vurulan şəxs 709 saylı hərbi hissənin tabor komandirlərlərindən biri idi. 709 saylı briqadanın tabor komandiri  Ələkbərov Mehman Ələkbər oğlunu  vurandan sonra bu hərbçi formasında olanlar  şəhərdə və bizə yaxın ətrafda şayə yayıb əsasən arvad-uşağı qabağa buraxıb, bizim üstümüzə gəldilər. Əhalinin bizi mühasirəyə aldığını görən  alay komandiri Elmar Hüseynov  Milli Qvardiyanın komandan müavini qərargah rəisi Taryel  Nəsirov bundan bir nəticə çıxarmayıb gözləmə mövqeyi tutdular. Şəxsi heyətə heç bir müdafiə mövqeyi barədə göstəriş vermədilər. Elə bil bu hadisələr əvvəlcədən bizimkilərlə planlı şəkildə hazırlanmışdı. Mən şəxsən bizim üstümüzə gələn mülki əhalini görüb, alay komandiri Elmar Hüseynova demişdim ik, gəlin əlimizdəki zirehli döyüş maşını vasitəsi ilə hərbi hissənin hasarını uçurdub qvardiyaçıları hərbi hissədən çıxardaq. O isə bizim hamımıza demişdi ki, gəlirlər qoy gəlsinlər biz heç kimə güllə atmamışıq. Siz sakit olun.

Ardı var...

Oxşar xəbərlər
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
GÜNLÜK
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 15:07
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 16:14
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 15:07
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 16:14
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi