“Ölkənin siyasi durumu çox ağırdır. Bu məqamda bütün qüvvələr birləşməli olduğu halda, müvafiq qurumlar tərəfindən Vətəndaş Cəmiyyətinə olan basqı davam edir”. Bunu Moderator.az-a açıqlamasında hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirib. Onun sözlərinə görə, QHT-lərə hücumun erməni hücumu ilə üst-üstə düşməsi olduqca şübhəlidir:
“Şübhəsiz, hər iki hücumun eyni vaxta təsadüf etməsi özlüyündə çox şübhəlidir. Bir tərəfdən ermənilərin hücumu, bir tərəfdən də ölkənin müstəqil QHT-nə qarşı hücum! Müstəqil QHT-rə qarşı hücumlar davam edir. Onların şəxsi hesablarına, əmlaklarına qeyri qanuni həbslər, ölkədən çıxmalarına isə yasaq qoyulur. Bu hərəkətlər qeyri-qanunidir. Zamanında öz qiymətini alacaq. QHT-in də bununla əlaqədar öz tədbirlər planı var. Hal-hazırda Avropa Məhkəməsinə təqdim etmək üçün məhkəmə işləri hazırlanır. Qalan tədbirlər zamanında açıqlanacaq. Düşünürəm ki, ölkəmizi beynəlxalq aləmdə biyabır edən müvafiq qurumlar cəzalarını alacaqlar”.
Seymur Əliyev