Son zamanlar Amerikanın İREX qeyri-hökumət təşkilatının Azərbaycan nümayəndəliyinə qarşı kampaniyalar başlayıb. İyulun 31-də Azərbaycan KİV-inin əsas donorlarından biri olan qurumun bank hesablarına həbs qoyulub və ardınca bəzi informasiya saytlarında onun əleyhinə məlumatlar dərc olunur. İREX Azərbaycan Nümayəndəliyi bununla bağlı mətbuat açıqlaması yayıb. Xüsusilə media nümayəndələrinə xitab edən açıqlamanı Moderator.az oxucularına təqdim edirik.
Azərbaycan Mediasının və jurnalistlərinin nəzərinə!
Son zamanlar çox təəssüf ki, bəzi üzdəniraq “veb
resursları†ölkənin ciddi gündəmini bir tərəfə qoyaraq, durmadan yalan və
böhtan dolu yazılarla son 17 ildə Azərbaycanda təhsilin və jurnalistikanın
inkişafına ciddi dəstək verən, internet infrastrukturunun genişləməsinə,
regionlarda əhalinin internetə çıxışına əvəzsiz yardımları olan İREX təşkilatına
qara yaxmağı özlərinə peşə seçiblər. İREX Azərbaycan Nümayəndəliyi bəyan edir
ki, Azərbaycandakı bütün fəaliyyətləri Azərbaycan qanunvericiliyi çərçivəsində
həyata keçirilib və yenə də davam edir. Ölkədəki bütün fəaliyyət Azərbaycan
Respublikası Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası ilə sıx
koordinasiya edilmiş, bütün fəaliyyətlər qarşılıqlı əlaqələndirmə ilə və onlara
məlumat verilərək davam etdirilmişdir.
İREX-in əsas
fəaliyyəti Azərbaycanın istedadlı gənc insanlarının müxtəlif xarici
universitetlərdə pulsuz təhsil almasına yardım etmə olmuş, bu günə qədər yüzlərlə
insan bu imkandan istifadə edərək Azərbaycana qayıdıb, müxtəlif yerlərdə fəaliyyət
göstərirlər. Bunlar eyni zamanda idarəetmədən istehsalatadək hər yerdə var.
İREX Azərbaycandakı fəaliyyəti dövrü ərzində dövlət
və hökumət qurumları ilə əməkdaşlığını sadəcə bilgiləndirmə və koordinasiya çərçivəsində
deyil, icra səviyyəsində də qurmuşdur. Müxtəlif dövrlərdə, Rabitə və Yüksək Texnologiyaları
Nazirliyi, Təhsil Nazirliyi, Azərpoçt
MMC, Dövlət Universitetləri, İctimai Televiziya, Regional Televiziyalar ən sıx əməkdaşlıq
etdiyimiz qurumlar olub. İREX Azərbaycanı bir bütün görür və hər hansı
ayrıseçkilik olmadan istər dövlət, istər QHT, istər Kommersiya qurumları və vətəndaşlarla
əməkdaşlıq edir.
Ayrıca, İREX-Azərbaycan
Nümayəndəliyi Azərbaycan Qanunlarının tələblərinə hər zaman hörmətlə yanaşır,
öz işini bütün qanunvericiliyin o cümlədən 18 İyul 2000-ci ildə Azərbaycan Respublikasının Milli
Məclisinin qəbul etdiyi "Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları
HökumÉ™ti arasında Yardım GöstÉ™rilmÉ™sinin AsanlaÅŸdırılmasına dair ÆmÉ™kdaÅŸlıq
haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikasinin Qanununun tələblərinə
uyÄŸun qurub.
Dəyərli media nümayəndələri, İREX-in fəaliyyəti
haqqında və onun rəhbərləri, işçiləri haqqında
son zamanlar müxtəlif sifarişli media qurumlarında tirajlanan bütün
iddialar əsassızdır, yalandır, uydurmadır və böhtandır. Sizdən xahiş edirik,
fakta söykənməyən, jurnalist etikasına əməl etmədən qərəzli və tərəfli
hazırlanan yazıları dəqiqləşdirmədən öz səhifələrinizdə, ekranlarınızda, qəzetlərinizdə
tirajlamayın.
Azərbaycan qanunvericiliyinə görə
qurumun nüfuzuna zərər vurmaq hüquqi məsuliyyət yaradır. Sizi hüquqa hörmət etməyə,
başqalarına zərər vurmamağa, obyektiv və
peşəkar olmağa və qalmağa
çağırırıq.
İREX Azərbaycan
Nümayəndəliyi