“Sumqayıtelektrikşəbəkə”ASC-də sayğac qıtlığı yaşanmaqdadır. Bu barədə Moderator.az-ı etibarlı mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, sayğacın olmaması vətəndaşlarla işıq idarəsi əməkdaşları arasında problemlərə səbəb olmaqdadır. İdarədə sayğacın olmadığını bildirən əlaqədar qurum təmsilçiləri vətəndaşlara gözləməyi tövsiyyə etsə də, məlum problem sərf edilən elektrik enerjisinə görə ödəniş məsələsində tərəfləri üz-üzə qoyur. Sayğac olmadığı üçün kimin nə qədər ödəniş etməli olduğu bilinmir və bu zaman hər şey yalnız ümumi dəyərləndirmə əsasında həyata keçirilir.
Yaranmış vəziyyətdən narazılığını ifadə edən vətəndaşlar isə bildirir ki,dövlətin öz vətəndaşına sayğac tapa bilməməsi biabırçılıqdır və bu, həm də sadə insanlara verilən qiymətin göstəricisidir.