“Torpaqlarımızı azad etmək üçün gözəl fürsət yaranıb və biz bu şansdan istifadə etməliyik”. Bunu Moderator.az-a açıqlamasında ASDP lideri Araz Əlizadə deyib. Onun sözlərinə görə, biz torpaqlarımızı ancaq və ancaq hərb yolu ilə azad edəcəyik və bunsuz mükün olamayacaq:
“Aparılan bu danışıqlar, xalq diplomatiyası və s bunlar hamısı boş şeylərdir. Problemin yeganə həlli yolu müharibədir. Vəssəlam. Və bu gün bunun üçün də gözəl imkan yaranıb. Biz müharibəyə başlayıb qısa zamanda qələbə ilə başa çatdırmaq üçün bütün imkanlarımızı səfərbər etməliyik.”
A.Əlizadənin firkincə, bu gün Rusiyanın başı Ukrayna məsələsinə qatıldığından Azərbaycan bu şansdan istifadə etməlidir:
“Bu gün Rusiya beynəlxalq təzyiq altında olduğundan böyük problemlərlə üzləşib və bu problemdən qaça bilmir. Krımı zəbt etsə də bunu həzm edə bilmir. Vəziyyətdən çıxmaq üçün vergiləri qaldırırlar, digər variantlara əl atrılar, amma nəticə alınmır. Digər tərəfdən iqtisadi sanksiyalar günbəgün artır və bu sanksilayalar da Rusiya iqtisadiyyatına təsirini göstərməkdədir. Hansı ki, Rusiya özü ordu quruculuğuna başlamışdı ki, gözlənilmədən Ukrayna münaqişəsinə cəlb edildi. Rusiya Krımı işğal etsə də Ukraynanın şərq hissəinə girmək planı yox idi. Bu Rusiya üçün gözlənilməz oldu. İndi də bunun altını çəkir. Rusiya onu hesablamadı ki, ABŞ 5 milyardını xərcləyəcək və Krımı ona bağışlayacaq. Bu mümkün olası şey deyil. Rusiya bunun çox ağır bədəlini ödəyəcək. Ona görə də hesab edirəm ki, Azərbaycan yaranmış situasiyadan yararlanmalıdır. Rusiya istəsə də, burada müharibə başlasa da proseslərər ciddi təsir edə bilməyəcək.”
Prezidentlərin Soçidən gözlənilən görüşünə gəldikdə isə ASDP lideri bu görüşdən heç nə gözləmədiyini bildirdi:
“Bu sadəcə növbəti görüşlərdən biri olacaq və heç nə olamayacaq. Bir daha təkrar edirəm, danışıqlar yolu ilə Qarabağ problemini həlli mükün deyil”.
A.Əlizadə hesab edir ki, Azərbaycan müharibəyə ciddi hazırlaşmalı, peşəkar ordu quruculuğuan diqqət verməlidir:
“Mükələfiyyətli ordu ilə müharibə aparmaq çətindir. Çünki o zaman müharibə qurbanları daha çox olur. Ona görə də, ordumuz sürətlə müqaviləli ordu sisteminə keçməlidir.”