Moderator.az Ermənistanın “Lragir” nəşrinə istinadən Qondarma Dağlıq Qarabağ Respublikasının deputataı, Van Badasyanla müsahibəni təqdim edir.
-Cəbhə xəttində vəziyyətin eskalasiyasının səbəbi sizcə nədir?
-Bunu Rusiya tərəfi planlaşdırıb. Onlar erməni tərəfinin psixoloji dözümsüzlük göstərməsini, miqrantların sayının artmasını və Rusiyadan “xahiş” edərək hərbi yardım istəməyinə nail olmaq istəyirlər. Lakin biz burada kiminsə hərbi ordusunun olmasına yol verməməliyik. Əgər biz özümüzü müdafiə edə bilmiriksə, onda mövcud olmağa dəyməz. Əgər rus qoşunları bura gəlsə, onlar əvvəl etdikləri kimi edəcək- torpağı satacaq. Belə də olarsa, onda elə biz öz gücümüzü möhkəmləndirməliyik. Əgər Rusiya onlara torpağı təslim etməsə, türklər onları öldürəcək. Sizcə Rusiya prezidenti rus əsgərlərinin analarını ağlar qoya bilər? Yox, demək o torpaqları təslim edəcək. Bu vəziyyət Rusiya ilə Azərbaycanın birgə layihəsidir. Hesab edirəm ki, onlar buna bir neçə ay və ildir hazırlaşır.
-Mövcud vəziyyət irimiqyaslı müharibə ilə nəticələnə bilərmi?
-Azərbaycan bunu edə biləcəyini anlayan kimi hücum edəcək. İndi onun belə bir imkanı yoxdur. Biz hazır olmalıyıq, amma biz hazırlaşmırıq. Orduda yüksək əhval-ruhiyyə olmalı idi. Lakin indi hakimiyyət hətta istəmədən mənəvi, psixoloji sarsıntı keçirir.
-Yenədə, ordumuz müharibəyə hazırdırmı?
-Ordumuz müharibəyə hazırdır, lakin daha da yaxşı hazır ola bilərdi. Əgər rəqib bizdən daha yaxşı hazırlıq nümayiş etdirərsə, o zaman biz çoxlu itki verərərik və məğlubiyyətə uğrayarıq.
-Siz erməni tərəfinin kontur-hücumlarını keyfiyyətli hesab etmirsiz?
-Erməni tərəfinin irqadəsi zəifdir. Misal üçün rəqib Tovuz bölgəsində atəş açanda, həmin bolmə ümumiyyətlə yox edilməlidir. Bu əslində mənəvi yüksəkliyi artırmağa kömək edər. Bunlar nədən qorxur? Onları işğalçı adlandırmaqlarındanmı? Yox, sadəcə istək və iradələri yoxdur. Biz nə üçün diversiyaya diversiya ilə cavab veririk? Biz hərbi bölmələrimizi itirə bilərik belə. Bu da, rəqibin hərbi hissəsindən uzaq olmaq deməkdir. Biz müharibənin olmasımndan qorxuruq? Müharibə artıq başlayıb. Hər gün bizim analarımız ağlayır.
-Siz hesab edirsiz ki, cavab daha qətiyyətli olacaq?
-Bəli, azərbaycanlılar informasiya məkanını ələ almağı bacardılar. Demək olar ki, 10-15 gün ərzində onların öldürdükləri ermənilərdən, Karvaçarda ölən gənc oğlandan, həlak olan diversantlardan danışan yoxdur. Lakin hamı bizim cavab kontur hücumuzdan ölənlər haqda danışırlar. Bu gün beynəlxalq ictimaiyyət bizim təqsirkar olduğumuzu düşünür. Biz daha qətiyyətli olmalıyıq. Məni rəqibin nə qədər qurban verməsi maraqlandırmır, məni bizim itgi verməməyimiz maraqlandırır.
Ülkər Musazadə