Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şura üzvü Eldəniz Quliyev Moderator.az-a açıqlamasında bəzi siyasi partiyaların İntiqam Əliyevin həbsi və ümumilikdə siyasi məhbus problemi ilə bağlı həyata keçirdiyi toplantılara münasibət bildirib:
“Siyasi partiyalar öz fəaliyyətlərində ədaləti uca tutarlarsa,demokratik mübarizə fəlsəfəsinə prioritet verərlərsə, bir azca da səmimi olarlarsa təbii ki, ölkədə gün-gündən artan represiyalara ciddi təpki göstərə bilərlər. Bu mənada Milli Şuranın fəaliyyəti nümunəvidir. Xatırladıram: Leyla Yunus həbs olunan günün səhərisi elə L.Yunusun evində MŞ geniş tərkibdə (hətta Milli Şura üzvü olmayan)- hüquq müdafiəçilərindən, ziyalılardan, vəkillərdən, vətəndaş cəmiyyəti üzvlərindən və siyasi partiya nümayəndələrindən ibarət Müdafiə Komitəsi yaratdı. Müvafiq olaraq, MK-nin işçi qrupu da formalaşdırıldı və müdafiə ilə bağlı çox intensiv iş başladı. Məhz bunun sayəsində, yumşaq desək, hakimiyyətlə iş birliyinə qol qoymamış bir şox hüquq müdafiəçiləri, müxtəlif təşkilat və QHT-lər nəhayət ki, siyasi-vicdan məhbuslarının vahid siyahısını qəbul etdilər. Bu siyahı,düşünürəm ki, Azərbaycanın demokratik həyatında mühüm dəyişikliklər etmək üçün əlahiddə əhəmiyyətə malikdir. Və bütün bu dediklərimdən çıxış edərək bildirmək istəyirəm ki, indi yenidən yığışıb İntiqam Əliyevin həbsini VASİTƏ edən, əslində isə bəzi şübhəli və qaranlıq MƏQSƏD güdən bəzi siyasi partiyalar yaxşı olardı ki, Milli Şuranın bu yöndəki fəaliyyətinə dəstək versinlər. Eləcə də, MŞ-ya alternativ ,konqlomerant,üfürülmüş bir qrum yaratmaqdansa effektli müdafiə sistemi barədə fikir mübadiləsi aparsınlar, real iş görmək, tutulanlara kömək etmək üçün tutarlı və effektli vasitələr axtarsınlar. Əks təqdirdə, onlar hakimiyyətin oynuna güllü don geyindirmiş korparotiv toplumlar kimi dəyərləndiriləcəklər”.
Seymur Əliyev