Gecikmiş halallıq...
Moderator.az-ın "Ədəbiyyat" bölümünün də öz oxucuları var və vaxtaşırı elə oxucularımızın özləri qələmə aldıqları şeirləri, hekayələri saytımıza göndərirlər. Əbil Həsənov da istedadlı qələm sahibi olan oxucularımızdandır. Onun növbəti hekayəsini təqdim edirik:
"Rüstəmin türmədən çıxdığı beş-altı ay olardı. Düz on beş il yatmışdı. Olub- keçənlər kino lenti kimi gözlərinin qarşısında canlanırdı. O vaxt Rüstəm kəndin ən gözəl qızlarından biri olan Zərifə ilə nişanlı idi, toya hazırlaşırdılar. Rüstəmgilin ailəsində toy ab-havası əməlli-başlı hiss olunurdu. Lakin bu sevinc uzun çəkmədi. Hər şey bir anın içində dəyişdi. Rüstəm Zərifə ilə gedərkən "şeytan" Qulamın onlara sataşması böyük bir faciənin başlanğıcı oldu.Rüstəm Qulamın üstünə getdi. Nə yaxşı ki, kənd cavanları araya girib davanın böyüməsinə imkan vemədilər. Rüstəm hirsli -hirsli ona:-"Səni öldürəcəm":-dedi.
“Şeytan”
Qulam da Zərifəni sevirdi. Hətta anasını onlara elçi də göndərmişdi. Ancaq Zərifədən
"yox" cavabı almışdılar.O gündən “şeytan” Qulamla Rüstəmin arasında
düşmənçilik başlamışdı. Bu hadisədən üç gün sonra kənd şeytan Qulamın ölüm xəbəri
ilə silkələndi. Rayon mərkəzindən gəlib Rüstəmi sorğusuz-sualsız apardılar. Ona
on beş il iş verdilər.
Rüstəm bir də kəndə həbsxanadan çıxdıqdan
sonra qayıtdı. Uzun illər ərzində kənddə çox şeylər dəyişmişdi. O, türmədən
qayıdanda artıq anası da yox idi.Oğlunun dərdi onu öldürmüşdü. Zərifəni də “şeytan”
Qulamın qardaşı almışdı. Lakin Zərifə onun etdiyi zülmlərə dözməyərək özünü
öldürmüşdü.
- Rüstəm
əmi, atam səni çağırır:-deyən qonşu oğlunun səsi onu xəyallardan ayırdı.
-Neynir a bala atan məni?
-Halı yaxşı deyil.Səni arzulayır.
-Yaxşı
gəlirəm.-dedi.
Əli Rüstəmdən yaşda çox kiçik idi.On beş ilə
yaxın idi ki bir dərdə düşmüşdü.Dərdinə çarə tapılmırdı.İndi vəziyyəti yaxşı
deyildi.Rüstəm siqaretini atıb qonşuya keçdi. Otaqda beş altı-adam
vardı.Əli çarpayıda uzanmışdı.Rüstəm
onun çarpayısının yanında oturdu. Vəziyyətini soruşdu.
-Heç yaxşı deyiləm Rüstəm, gedirəm. Səni
halallaşmağa çağırdım.Mənim dərdimə çarə tapılmadı. Rüstəm, şeytan Qulamla
davan yadındamı?
-Heç yaddan çıxarmı o hadisə?
-O elə ölməli köpəkoğlu idi.Kəndin kişilərini
tutdurub,arvadlarını da əxlaqsızlığa sövq edirdi.Mənim atamın da üzünə dirənib
nahaqdan tutdurdu.Yazığın nə ölüsündən, nə də dirisindən xəbərimiz olmadı.Ona
öldürəcəyini demişdin.
- Demişdim, amma mən onu öldürməmişdim.Məni
nahaqdan tutdular. Heç kimi inandıra bilmədim.
-Bilirəm. Bu sirr məni öldürür.İllər boyu ürəyimdə gəzdirdim .Ömrümü yedi. Cəsarətim çatmadı ki, bu sirri bir kimsəyə açım.Onu mən öldürmüşdüm.Sənin həyatını korlayan mənəm. Məni hahal edirsənmi?-deyib , sual dolu nəzərlərlə Rüstəmə baxaraq canını tapşırdı.Hamı Rüstəmə baxırdı.Rüstəm nə edəcəyini bilmirdi.O əli ilə Əlinin gözlərini yumub bayıra çıxdı...









