Noyabrda Azərbaycanda Türkiyə mədəniyyət həftəsi təşkil olunacaq. Bunu Moderator.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı səfirinin mədəniyyət və turizm müşaviri Seyid Ahmet Arslan deyib. Onun sözlərinə görə, Türkiyə mədəniyyət günləri noyabrın 24-də başlayacaq və hazırda mədəniyyət həftəsinin təşkili proqramı üzərində ciddi iş gedir:
”Biz zəngin bir mədəniyyət həftəsini təşkil etməyi
planlaşdırırıq. Biz mehtər marşları ansamblının, türk dünyası müzik
topluluğunun, aşıqlar və ozanların konsertlərini təşkil etmək niyyətindəyik və
bu istiqamətdə işlərimizi aparırıq. Bundan əlavə olaraq mədəniyyət günləri çərçivəsində
türk filmlərini, teatrını, aşıq və ozanlarını, foro sərgilər və digər tədbirlər
keçiriləcək.”
S.A.
Arslan bildirdi ki, metər marşları ansambılı dünyanın əksər ölkələrində olub və
maraqla qarşılanıb:
“Hətta
bir neçə il öncə Moskvada Kreml sarayında Metərlə rus ordusunun birgə konserti
təşkil olundu və bu konsert ruslar tərəfindən çox yüksək səviyədə qarşılandı. Bu
konserti izləmək üçün minlərlə rus konsertə gəlmişdi. Ümid edirəm ki, Mehtərin
Azərbaycanda planlaşdırdığımız konserti də möhtəşəm olacaq. Biz eyni zamanda Azərbaycan və Türkiyə aşıq və
ozanlarının birgə konsertini və bu konsertlərdə onların birgə deyişmələrini,
atışmalarını təşkil edəcəyik. Türk topluluqları musiqi qrupunun konsertinə gəldikdə
isə burada təkcə türk musiqisi deyil, eyni zamanda bütün türk topluluqlarının musiqiləri
səslənəcək. Bir sözlə demək istərdim ki, biz burada gözəl və yaddaşlarda qala biləcək bir
türk mədəniyyət günlərini təşkil etmək istəyirik. Istəyirik ki, bütün ziyarətçilər
bu tədbirlərdə iştirakdan məmnun qalsınlar.”