Bakı şəhəri, H. Cavid pr- ti ,577-ci məhəllə , ev 87, mənzil 325-də daimi qeydiyyatda olan Məhərrəmov Vahid Tofiq oğlunun anası Məhərrəmova Naida Nazim qızı ,atası Məhərrəmov Tofiq Xanlar oğlu Moderator.az vasitəsi ilə ölkə rəsmilərinə müraciət edib. Müraciətdə deyilir:
“Bizim oğlumuz Məhərrəmov
Vahid Tofiq oğlu idman sahəsini seçərək 13 yaşından dünya çempionatlığını
qazanaraq Azərbaycanımızı təmsil edib bayrağımızı qaldırıb və bu vaxta qədər Respublika
, Dünya və Avropa Çempionatlarını qazanaraq indiyədək olkəmizə çox sayda qızıl
medallar gətirmişdir.
BJKKF,AQOKKNF-nin
prezidenti İOQKF-nin â„– 054 saylı və 053 saylı “07“ iyul
2014”“cü il tarixli məktubundan sübut olunur ki ,Azərbaycan
Respublikasının Təhsil Haqqında Qanunun 26.5 maddəsi ilə bizim oğlumuzun
İdman Akademiyasına qəbul olmağı təmin edilməli və TQDK tərəfindən qəbulolma
siyahısına salınmalı və ona tələbə bileti verilməlidir .
İnanırıq ki, H.Əliyev
siyasətinin davamçıları olan hər bir vəzifə sahibi bu məsələyə kömək edəcəkdir.
8 iyul tarixindən ardıcıl
çoxsayda Milli Məclisin komitə sədrlərinə, üzvlərinə , deputatlara, İdman
Akademiyasına, İdman Nazirliyinə, Prezident Administrasiyasına, H.Əliyev
Fondunun prezidentinə və digər ünvanlara rəsmi, sifarişli müraciətlər etmişik. Sanki
ölkəmizdə bütün vəzifə sahibləri məzuniyyətə çıxıblar. 15 avqust 2014 ”“ cü ildə
ölkəmizi idarə edən Prezident və Prezidentimizin köməkçilərinə ,
Administrasiyanın 27 nəfər böyük vəzifə
sahiblərinin adına qoşması əlavə olunmaqla 54 vərəqdən ibarət müraciət etmişik.
Xahişimiz davam edir .
Lakin heç bir cavab verən
yoxdur. Kimə müraciət edək?”