Əski türklərin simvolu...
Oxunub: 3149
13 Sep 2014 | 00:47
Əski türklərin simvolu...

Əski türkcədə Aşina, Börteçine, Çine, Azərbaycan türkcəsində Qurd, Boz qurd, Anadolu türkcəsində Gök börü, Gök kurt, Gök yele, Yalınsak (Yalquzaq anlamında) Qırğız türkcəsində Coo börüsü, Qazax türkcəsində Kaskır, Kök çal, Tıva türkcəsində Kuu pörü, Özbək türkcəsində Kök yal və digər adların daşıyıcısı Boz qurd.


Əski türk və bozqurd xarakteri



Bozqurdlar da türklər kimi təşkilat halında yaşayar.
Bozqurd ailəsində ata ailənin başçısıdır.
Türk soylarında olduğu kimi boz qurd sürülərinin də tabe olduqları lideri var.
Bozqurd erkəyinin ömürlük bir dişi yoldaşı, dişisinin də yalnız bir erkəyi olur. Onlar bir-birini qısqanarlar.
Dişisi ölən erkək boz qurd bir daha heç vaxt başqa dişi qurdla yaxınlıq etməz və Yalquzaq olar. Dişi boz qurd da eləcə. Yalquzaq olan qurd çox təhlükəli olur. Artıq onlar hər şeyini və yaşam anlamını itirmiş kimi davranır, qurd törələrinə belə məhəl qoymur, çox bədbin və qəzəbli olur.
Qar üzərində hərəkət edən boz qurd sürüsü ayağını öndə gedən liderin izi üzərinə qoyaraq gedər. Onlarla boz qurdun getdiyi yerdə sanki üç-dörd boz qurd keçibmiş kimi ayaq izi qalar.
Anasını, atasını, yaxud bunların hər ikisini itirən körpə boz qurd ac qalmaq, ölmək təhlükəsi ilə üzləşmir. Bu zaman boz qurd ailəsi ona ata-anasının yoxluğunu unutdurur, yetim qalan balanı digər boz qurdlar «övladlığa götürür».
Qurd əhliləşməyən, azadlığını əldən verməyən yeganə heyvandır. Əyər o, ayağından tələyə düşərsə, azadlığının əlindən alınmasına nədən olan tələdəki ayağından «imtina edər», dişləri ilə ayağını üzər və qalan üç ayağı ilə qaçıb qurtular.
Qurd qeyri-yetkinliyə, zəiflik və xəstəlik mənbəyinə qarşı amansızdır. Onlar təbiətin ən sağlam heyvanlarıdır. Dünyaya gələn körpələrindən hansısa xəstə olarsa onu dərhal parçalayar, digər balalarına yedirər.
Qurdlar sürü şəklində hərəkət edər. Ov edərkən, təbiətdəki digər canlılardan qorunarkən həyatda qalmağın ən başlıca yolunun birliyin qorunub saxlanmasında olduğunun fərqindədirlər..
Qurdlar heç bir halda qorxu hissi keçirmir. Rəqibinə hücum edərkən ilk olaraq onun gözlərinə baxır, bununla rəqibinin gücünü və qorxub-qorxmadığını müəyyən edir.
Qurd üçün soy və qan təmizliyi çox önəmlidir, yurduna, ailəsinə və soyundan olanlara çox bağlıdır. Ailəsinə və yurduna təcavüz olarkən qurdun qəzəbi qarşısında heç bir canlı duruş gətirə bilmir. Hətta, intiqam hissi ilə irəliləyən qurddan aslanlar belə ehtiyat edir, yoldan çəkilir.
Qurdlar sürü şəklində ova gedərkən və ya ovdan qayıdarkən sürünün geridə qalan xəstə üzvü olarsa lider qurd tərəfindən parçalanıb öldürülür ki, digər canlıların əsiri olmasın.
Bütün heyvanlar təhlükə anında bir addım geri çəkilir, qurd isə bir addım irəli atılır.
Qurd düşməninə gözlənilmədən və arxadan saldırmaz. Üzbəüz, gözbəgöz dayanar, saldıracağını öncədən bəlli edər.
Əyər boz qurd ona saldıran çox sayda yırtıcının əhatəsində çıxılmaz durumda qalarsa, əsir olmamaq üçün sinəsini parçalayıb özünü öldürər.
Qurdun ən təhlükəli halı yaralandığı haldır. Ovçu və ya rəqib canlı tərəfindən yaralanan qurd əsla qaçmaz, əksinə qəzəb və qətiyyətlə onu yaralayana saldırar.
İkinci ərəb xəlifəsi Ömərin boz qurd simgəli türklər haqqında dediyi məşhur sözü var: «Türkü yaraladınsa mütləq onun işini bitir. Əks halda o, geri qayıdacaq. O zaman sizə aman olmayacaq. Türklər geri çəkilməyi, uduzmağı qəbul etmirlər».

Əski türk dastan, əfsanə və yazılarında qurd

Göytürk dastanı olan «Bozqurd» dastanında göstərilir ki, türklər Batı dənizinin batısında yaşayırdılar. Onlar Lin ölkəsinin orduları ilə savaşda yenilgəyə uğrayırlar. Bu döyüşdə türklərdən yalnız bir nəfər - on yaşında bir uşaq sağ qalır. Onu dişi bir qurd himayəyə götürür, Altay dağlarının uca zirvələrindən birində yerləşən bir mağaraya aparır. Boz qurdun himayəsində böyüyən uşaq gələcəkdə boz qurdla evlənir. Onların on uşağı olur, zaman keçdikcə çoxalıb artırlar və Lin ölkəsindən babalarının öcünü alırlar. Bayrağında qurd başının rəsmi olan yeni dövlət qururlar.
«Doqquz Oğuz - On Uyğur dastanı»nda Doqquz Oğuzun ulu babası olan bir Xaqandan danışılır. Bu xaqanın ilahə kimi iki qızı vardı. Xaqan qızlarını onlar üçün özəl olaraq tikdirdiyi qalanın içində qoruyurdu. Qızlar göylərdən gəlmiş bir boz qurdla evlənir. Göylərdən gəlmiş boz qurdla evlənən qızlardan doqquz oğuz və on uyğur övlad dünyaya gəlir.
«Ərgənəkon dastanı»nda öncə türkün qüdrətindən danışılır. Türkün oxu yetməyən bir yer, türkə boyun əyməyən bir kimsə yoxdu. Ancaq türklərin bu uca durumu yabançı soyları çox rahatsız edir. Sonda yabançı soylar birləşib türkləri yenilgəyə uğradırlar. Bu zaman türklərin başında İl Xaqan vardı. İl Xaqan adamlarını və sürülərini alıb yalnız bir girişi olan dağlar arasında gizli bir yerə köç edir. Türklərin yeni yurdu yaşamaq üçün çox əlverişli, zəngin bir yurddu. Bu yurdun adına Ərgənəkon dedilər. Burada yaşayıb çoxalan türklər dörd yüz il sonra Ərgənəkona sığmaz oldular. Çıxış yolu aramaq üçün qurultay keçirən türklər mütləq burdan çıxmağın bir yolunu bulmaq qərarına gəlirlər. Sonda onlar «Tanrının yardımı ilə» Ərgənəkondan çıxa bilirlər. Bu zaman onlara hardan gəldiyi bilinməyən bir boz qurd bələdçilik edir. Türklərin önünə düşən boz qurd onlara çıxış üçün yolu göstərir. Türklər boz qurdun liderliyi ilə «qutsal ilin, qutsal ayının, qutsal günündə» Ərgənəkondan çıxdılar. Türklər o qutsal günü unutmadılar. Hər il Ərgənəkondan çıxdıqları günü yad etdilər, törənlər keçirdilər.
«Oğuz Xaqan dastanı»nda «qutsal bir şəkildə» doğulan Oğuz Xaqana göydən enən işığın içərisindən çıxan göy qurd yol göstərir, yardım edir. Bu dastanda Karluk türklərinin meydana gəlməsi bölümündə də qurddan bəhs edilir. Ancaq, bu boz qurd deyil, Göy qurddur;
Oğuz Kağan bakdı ki, erkek kurt önler gider,
Ordunun öncülleri Gök Kurdu gözler gider.
Görüncə Oğuz bunu ne çok sevinmiş idi,
Alaca aygırını çabucak binmiş idi.
Oğuz Xaqan dastanının Uyğur variantında «Üfüqdə bir qurd görünür. Oğuz Xaqanın ordusu qurdu izləyir. Bir yerdə qurd qeybə çəkilir. Oğuz Xaqan Tanrı bizim buraya gəlməyimizi buyurdu -deyib orda dayanır».
«Salur Qazanın əsir olduğu dastan»da Salur Qazan əsir düşdüyü kafirlərə: «Azman qurd yavrusunun erkəyində köküm var»- deyərək öyünür.
«Törəyiş dastanı»nda bir Hun Xaqanının çox ağıllı iki qızından bəhs edilir. Qızlar o qədər ağıllı və gözəl idi ki, Xaqan «bu qızları ancaq Tanrı evləndirə bilər, mən evləndirə bilmərəm»- düşüncəsiylə ölkənin Quzeyindəki insan ayağı dəyməyən zirvələrdən birinə aparır. Bir müddət sonra zirvədə erkək bir bozqurd görünür. Kiçik qız «bu Tanrının göndərdiyi boz qurddur»-deyib onunla evlənir. Onların çoxlu boz qurd ruhlu övladları oldu. Onlardan törəyənlərin səsi boz qurdun səsinə bənzəyirdi.
Ən əski türk əfsanələrindən olan «Asena əfsanəsi»ndə də qurd xilaskar obrazında təqdim olunur. «Asena əfsanəsi» məzmunca «Bozqurd dastanı»na çox yaxındır. Burda da tək qalmış uşağı bir dişi qurd himayə edir. Böyüyüncə xilaskar qurdla evlənən adamın on uşağ olur ki, onlardan biri də Asena idi.
Uyğurların «Köç» dastanında da qurd yol göstərən- qurtarıcıdır. Böyük bir el köçə başlayır. Xeyli getsələr də hara gedəcəklərini, harada dayanacaqlarını bilmirlər. Bu zaman onların qarşısına bir göy qurd çıxır. Qurdun Tanrı tərəfindən göndərildiyini bilən Uyğurlar onun ardına düşürlər. Qurd onları düzən olan bir yerə gətirib çıxarır. Uyğurlar bu yeri özlərinə yurd seçirlər.
«Manas» dastanında da Boz qurdu yolgöstərən qutsal varlıq obrazında, Tanrısal qüdrət sahibi olaraq görürük. Doqquz yaşlı Manas quzu otararkən bir qurd onun otardığı quzulardan birini aparır. Qurdun arxasınca düşən Manas bir mağaraya gəlib çıxır. Mağarada quzunu sağ-salamat görən Manas burada cübbəli qırx adam görür və onlardan qurdu soruşur. Onlardan aldığı cavab belə olur:
«Anla artıq evlad-dedilər
Qurd olan bizik-dedilər...
...qırxlar deyilir bizə-dedilər».
Bundan sonra duaya başlayan «qırxlar»dan biri silkinərək qurda dönüşür. Bu məqamda «Qırxlar»ın başçısı quzunu qaçıran qurdu Manasa göstərib:
Qovaraq gəldiyin bax bu qurd,
Qiyamətə qədər olar sənə dost!- deyir və qeyb olurlar.

Asena

Əski türk mifologiyasında qutsal dişi qurddur. Əsil Ana (Asil Ana) sözündən törəmiş ola bilir. «Bozqurd» dastanında Lin adlı yad ölkəylə savaşan türklərdən yeganə sağ qalan 10 yaşlı türkü himayəyə götürən, gələcəkdə onunla evlənən qurddan törəmiş on çocuqdan biri Asenadır. Ərgənəkon dastanında türklərə qurtuluş yolunu dişi qurd - Asena göstərir. 552-ci ildə Bumın Xaqanın başqanlığıyla qurulan Göytürk Xaqanlığı da Asena (Aşina) boyunun adıyla bağlıdır.

Əski türk yazılı abidələrində qurd

Kül Tikin kitabələrindən birində qurddan süd əmən uşaq təsviri var.
«Tanrı güc verdiyi üçün babam Xaqanın əsgərləri qurd kimi imiş, düşmanları qoyun kimi imişÂ» (Bilgə Xaqan kitabəsi).

Əski türklərdə qurdla bağlı adət və inanclar

Qaraçay türklərində hamilə qadınlar üzərlərində qurd dişi gəzdirərdi. Yeni doğulan oğlan uşağının beşiyinin dörd tərəfinə qurd rəsmi çəkilərdi.
Ərzurumda və ətraf bölgələrdə dünyaya uşaq gətirmək üzrə olan qadınların yastığının altına bir parça qurd dərisi qoyulardı.
Sarıqamış, Qars və onlara yaxın bölgələrdə oğlan uşaqlarının cəsur olmaları nədəni ilə burnunu iynə ilə deşər və ora qurd tükü keçirərdilər.
Quzey Azərbaycanda yeni doğulan körpə oğlan idisə, anasının yastığının altına qurd dişi qoyardılar.
Bolqarıstan türklərində bayram ocaqlarının yerində qalan közün üstünü örtərdilər. Səhər durub axşamdan qalan közün şəklinə anlam verməyə çalışardılar. Közün şəkli qurd izinə bənzərdisə, bu xeyrə yozulurdu. Bu, gələcək uğurların işarəsi olaraq qəbul edilirdi.
Avar, kumuk, özəlliklə Kırım türklərində köpəyin qurd kimi ulaması pis bir xəbərin olacağına işarə kimi qəbul edilir. Qafqaz və Noqay türkləri isə bu durumu köpəyin gözünə ruhların görünməsi kimi yozurlar.
Qaraim türklərinin düşüncəsində qurdun qutsal obrazı var. Onlarda «Kökümüz qurddan törəmişdir» - inancı günümüzə qədər dəyişməz qalmışdır. Qaraimlərdə «Tanrım bizi qurda bağışla» ifadəsi ilə başlayan dua örnəkləri də olmuşdur. Dədə Qorqud dastanlarında da «qara başım qurban olsun qurdum sənə» - ifadəsi var.
Güney Türküstan türkləri uşaqları yaşamırdısa (olub ölürdüsə), növbəti dəfə uşağın yaşaması üçün onu qurdun dərisindən keçirərdilər. Uşaq yaşayardısa ona Börü adı verərdilər. Güney Türküstanda Börü han, Börücan qız adları, Börü, Börübəy, Börcü bəy kimi oğlan adları geniş yayılmış adlardan idi.
Güney Azərbaycanda yaşayan Qaşqay türkləri qurdu söyməyi və ya qarğış etməyi böyük suç sayardılar.
Əfqanistan türkləri uşaqları bəd nəzərdən qorumaq üçün qurd dişindən istifadə edərdilər. Bu üsuldan türkmənlər və özbəklər də istifadə edərdi.
Qaraçay tükləri ən qutsal and kimi qurda and içərdi. Bunu bildikləri üçün Stalin onları sürgün etməzdən öncə məhkəməyə çağırılan qaraçayların yalan danışmayacaqlarına əmin olmaq üçün qurda and içdirilərdi.
Örnəklərin sayını ən az bu qədər də artıqmaq mümkündü. Məncə bu örnəklər də qurdun əski türk düşüncə və inancında hansı anlam daşıdığını bəlli etmək üçün yetərlidi. Qeyd etməliyəm ki, bu adət və inanclar bəzi türk boylarında bu gün də yaşamaqdadı.

Qurd ağzı bağlama

Əski türklərdə «qurd ağzı bağlama» adəti geniş yayılmışdır. Bu adət İslam dini yaranandan sonra da davam etmiş və bu gün də yaşadılmaqdadır. «Qurd ağzı bağlamaq» hansı zərurətdən qaynaqlanır?!
Professor Necati Dəmir «Qaradəniz bölgəsində qurd ağzı bağlama» yazısında bu adətin yaranma nədənini belə açıqlayır: «Kırsal kesimde yerleşik olan köylüler, özellikle hayvancılıkla uğraşmaktadır. Davarlarını hastalıklara, hırsızlara, yırtıcı hayvanlara karşı
korumak için bazı önlemler alırlar. Hastalık için veterinere başvurulur ve ilaç alınır.
Hırsızlara karşı köpek beslenir, kapılar kilitlenir. Kurtlara karşı önlem almak oldukça zordur. Çünkü hayvan sürüleri yaylalarda çok geniş bir alana serpilerek otlamaktadırlar. Çoban köpekleri, bunca geniş alanı koruyamadığı gibi, bazen de kurtlara güçleri yetmemektedir». Ancaq, hansı anlamda qurdlara «gücləri yetməməkdədir»? İstər Döğu, istərsə də Batıda yaşayan əski türklərin qurdun ağzını bağlamağa çalışmaları onların acizliyindən, heyvan-qaralarını qurddan qorumaq üçün çarəsiz durumda olmaqlarından qaynaqlanmır. Əski türk Tanrı qatında qurdun qutsal varlıq olduğuna inanırdı. Qurda sayğısızlığın Tanrıya xoş getməyəcəyini düşünürdü. Bu üzdən sürünü qurddan fiziki güc vasitəsilə deyil, mistik üsullarla metafizik güc qaynaqlarına dayanaraq qorumağın yollarını arayırdı. Əks hallarda sürülərə saldıran digər heyvanların da ağzını bağlamağa çalışardı. Misal üçün, bu gün Azərbaycanın dağ rayonlarında yerləşən yaylaqlarda çobanlar sürüləri daha çox ayılardan qorumağa çalışırlar, nəinki canavardan... Həm də əski türklərin inancına görə «kurdun kutsal ruhlarla ilgisi vardı» («Türk edebiyyatının mitolojik kaynakları» T.C. Anadolu Üniversitesi yayını NO: 2388). Qurdun ağzını əsasən iki üsulla bağlardılar: Ağzı bağlanan bıçağa dua oxuyub bıçağı qapadar, ya da ipə oxuyub sonra üç düyün vurardılar. İtən heyvan tapılandan sonra bıçağın ağzını və ya ipin düyününü açardılar. Bəzi türk boylarında bıçağa oxunan dua belə idi:

Qurd ağzını qapa
Yolun olsun sapa
Bıçağımı yağladım
Qurd ağzını qapadım - deyib bıçağı qapadardılar.
Min illərlə tarixi olan bu adət İslamın türk dünyasına gəlişindən sonra məzmununu xeyli dəyişdi. Hazırda qurdun ağzını bıçağa Qurandan ayələr oxuyaraq bağlamaq adəti geniş yayılmışdır.

Boz qurd canavar deyil.

Bəzən boz qurdu digər həmcinsləri ilə, əsasən də canavarla qarışıq salırlar. Ancaq, boz qurd və canavar arasında yaşam biçiminə, xarakterinə və törələrinə görə ciddi fərqlər var;
CANAVAR adlanan qurd sürüyə girdiyində bütün sürünü öldürməyə çalışar və onlardan yalnız birini yem olaraq götürər. Azərbaycanda geniş yayılan «Canavar kimi ziyan vurmaq» deyimi canavarın ziyanverici xislətindən qaynaqlanır. Canavarların əskiyə dayanan özəl törələri də yoxdur.
QARA QURDlar da qurd növüdür, lakin onlar da boz qurdun sahib olduğu özəlliklərə sahib deyillər. Qara qurdlar sürüyə saldırarsa bir hissəsini, bəzən yarısını öldürər, lakin onlardan birini yem olaraq götürər.
BOZ QURD isə sürüyə saldırarsa sürüdən yalnız birini yem olaraq götürər. Onun da yarısını yeyər, digər yarısını ailəsi üçün aparar. Əyər boz qurdun ailəsi yoxdusa, o zaman ovun digər yarısını xəstə və ya çox yaşlı olduğu üçün ova çıxa bilməyən qurdlar üçün aparar. Əski türklərin BÖRÜsü məhz boz qurddur. Ayrıca, boz qurd fiziki baxımdan da digər qurd cinslərindən böyüklüyünə görə fərqlənir. «Oğuz Xaqan dastanı»nda Oğuz, «...beli qurd beli kimi» deyərək öyülür...

Göy qurd və ya göy börü

Əski türk dastan, əfsanə və deyimlərində boz qurdla yanaşı göy qurd (gök kurt) və göy börü (gök börü) obrazına da rast gəlirik. Burada «göy» sözü rəng anlamında deyil, «göylərdən enmişÂ», «göy mənşəli», «qutsal» anlamındadır. Təsadüfi deyil ki, göy qurdun adı keçən dastan və əfsanələrdə göy qurdun göylərdən endiyini və bəzən də Oğuz Xaqan dastanında olduğu kimi ağ işığın içindən çıxdığını görürük. Bütün hallarda göy qurd (Tanrı tərəfindən göndərilmiş) xilaskar, qurtarıcı obrazında təqdim olunur. Boz qurdun əski türklərin simvolu olmasının bir nədəni budur. Genəliklə əski türklərin boz qurdu simvol olaraq seçməsinin iki ana nədəni var:
1. Boz qurdun başqa heç bir canlıda olmayan üstün özəllikləri
2. Boz qurdun Göy mənşəli (gök kurt) olması
Əski türk yalnız qutsal saydığı varlıqlara göy (gök) ismini verdi: Göy Tanrı, Göy türk, Göy bayraq, Göy qılınc, Göy börü...

«Gökbörü» oyunu

«Gökbörü» (Göy qurd) oyunu ən əski türk oyunlarından biridir. Əslində atlı yarışma olan bu oyun türk boylarında daha yaxşı süvari və inadcıl savaşçı yetişdirmək amacına xidmət edirdi. «Gökbörü» oyunu üçün daha çox oğlaqdan istifadə olunardı. Bunun üçün oğlaq kəsilər və qarnı boşaldıqdan sonra tikilər. Sonra oğlaq yola buraxılar. Sürətlə gələn süvarilərdən biri cəldliklə oğlağı yerdən götürər, digərləri isə inadla oğlağı ondan almağa çalışar. Oğlağı birinci olaraq yerdən götürməyi bacaran atlı əyər «ov»unu kimsəyə aldırmadan yarış meydanını bir dəfə dövr edib geri qayıda bilirsə qazanmış sayılır. Qutsal amaclara xidmət etmək nədəniylə yaradılan və türkün qutsal saydığı göy qurdun adını daşıyan «Gökbörü» oyunu bu gün də Orta Asiyada yaşayan bəzi türk boyları tərəfindən yaşadılmaqdadır.

Turan taktikası və ya Qurd oyunu


Ac qurd sürüsünün tarixdən bəlli olan maraqlı bir ov taktikası vardır:
Qurd sürüsü iki dəstəyə ayrılar. Bir dəstə köpəklərin olduğu yerə saldırar, ikinci dəstə pusquya yatar. Köpəklərlə bir qədər savaşan birinci dəstə yenilmiş kimi görünüb qaçmağa başlar. Köpəklər qurdları təqib edər. Bir qədər sonra ikinci dəstə hərəkətə keçər, yeni doğmuş Ay şəklində köpəkləri əhatəyə alar. Bu zaman köpəklərin qurtuluş yolu qalmaz və ac qurdlar onları parçalayar. Əski türklər qurdların bu döyüş taktikasından savaşlarda dəfələrlə yararlanmış və uğurlu sonuca varmışlar. Sonralar digər dövlətlər də döyüşlərdə «Turan taktikası» adlanan bu üsuldan faydalanmışlar.

Türklərin qurdla ilgili atalar sözləri və deyimlərindən:


Qurd qonşusunu yeməz (Əski türk).
Qurddan qorxan qoyun saxlamaz (Azərbaycan).
Qazax, Qırğız və qurd qardaşdılar ((Qazax, Qırğız).
Keçiyə rakı içirmişlər qurdun evini sormuş (Anadolu).
Qoyunu güdən qurdu görər (Anadolu).
Tüklü qoyunu qurd yeməz (Kərkük).
Qurdu nə qədər əhliləşdirsən, gözü yenə meşəyə baxacaq (Azərbaycan).

Boz qurd türkün poeziyasında

Türkün on min illik mifik yaradıcılığında, dastan və əfsanələrində, adət və ənənələrində, bir sözlə həyatının bütün məqamlarında önəmli yer tutan boz qurd onun ədəbiyyatından, özəlliklə poeziyasından da yan keçməyib. Boz qurd ünvanlı poeziyada da boz qurd qutsal varlıq olaraq təqdim olunur. Bəzən nicat yeri kimi boz qurda (əslində bozqurdluq ruhuna) müraciət olunur. Bununla bağlı ümümtürk poeziyasından istənilən qədər örnək göstərmək mümkündür. Boz qurd ünvanlı şeirlərin çoxu üçün məzminca xarakterik olan bir neçə şeir örnəyi göstərmək məncə yetərlidir;

Məmməd Arazın səsi:

Dur içində qorxunu boğ,
Ölümünlə, qalımını ayırd elə.
Dur içində dovşanı qov,
Dur özünü Bozqurd elə!
Nihal Atsızın harayı:
Ey Türkistan, şanlı ülke, güzel anayurt!
Bir gün gelir kaldırırız yine bayrağı;
İçimizden elbet çıkar yeni bir Bozkurt
Yabancıdan geri alır kutlu toprağı...

Uluğ Turanlıoğlu 1942-ci ildə yazırdı:

Türküz, nə yıldırımdan, nə tufandan qorkarız,
Biz Altaylardan gelen dik başlı Bozkurtlarız.

Niyazi Yıldırım Gəncosmanoğlu isə ən ali məqamdan - Tanrının dilindən:

And olsun geceye, gündüze”¦
And olsun karaya, denize”¦
And olsun kaleme, kâğıda”¦
Bir millet yarattım doğuda!

TÜRK diye bir yüce ad verdim;
Önüne kılavuz KURT verdim.
En üstün değerli erdemi,
En güzel ülkeyi yurt verdim!..

Donattım ruhunu imânla,
Kolunun gücünü sert verdim.
Ve onu mazluma sığınak,
Zâlimin başına dert verdim!-
- söyləməsi hələ də türkün düşüncəsində boz qurdun öz qutsallığını, Tanrı qatında özəl məqama sahib olduğunu və bu yöndə çağdaş türkün əski türklə düşüncə ortağı olmasını bəlli edir.
Dahi Azərbaycan şairi Nizami isə «İskəndərnamə» poemasında Günəşin doğduğu zamanı, dan yerini «Qurdun ağzından gələn sübh nəfəsi» kimi dəyərləndirir:
Gəldi qurd ağzından sübhün nəfəsi,
Keşikçi itinin kəsildi səsi.

Boz qurd simgəmi, totemmi?!

Türk ən əski çağlardan fiziki gücə deyil, mənəvi böyüklüyə tapındı. Dünyanın cansız əşyalara tapındığı dönəmdə Türk yaradıcı olaraq Tanrını tanıdı. Yaradılmışdan ruhu ruhuyla tən gələn boz qurdu əyilməzliyinə, mərdliyinə, özgür ruhuna görə özünə simvol olaraq seçdi. Boz qurdu məhz əlçatmaz ruhuna görə sevdi. Türk güc peşində olsaydı aslanı, pələngi və s. simgə seçərdi. Boz qurdu simgə olaraq seçən türk boz qurdun özü kimi əyilməz yaşadı, özgürlük vurğunu oldu, «bir gün azad yaşamağı 40 il kölə kimi yaşamaqdan» üstün tutdu. Bu ruh türkün enerji qaynağı oldu. Gözdən salmaq, aşağılamaq üçün türkü bütpərəst, boz qurdu totem kimi təqdim etməyə çalışdılar. Ancaq, gerçəklik budur ki, heç zaman bütə tapınmayan türk boz qurdu totem olaraq yox, simgə olaraq seçdi. Boz qurdun simgə olduğu sürəcə də türk yenilməz oldu. Məhz bunu çox yaxşı bilən türk düşmənləri boz qurdu, əslində boz qurd ruhunu türkdən almağa çalışdılar. Bunlar sadəcə düşüncə və gəlişigözəl sözlər deyil, gerçək tarixi faktlara dayanan məntiqi sonuclardı. SSRİ-nin yarandığı ilk illərdə türkün və türklüyün düşməni olan Lenin türkiyəli araşdırmaçı yazar İlhan Bardakçıya belə demişdi: “Türkiye”™de komünizmi yerleştirmek için önce onlara dinlerini, milliyetlerini unutturmak ve kafalarına yerleşmiş olan şu Bozkurt efsanesini söküp atmak lâzımdır” (Dr. Tahsin Ünal, Türklüğün Sembolü Bozkurt, Millî Ülkü yayını,6.Baskı,s.21,Konya-1976).

Azərbaycan türkləri və boz qurd

Diğər türk toplumlarında olduğu kimi Azərbaycan türkünün də düşüncəsində qurdun özəl yeri olub. «Qurd üzü mübarək» sayılıb. «Qurdu ulamaq» Azərbaycan türkünün böyük şansı olub, bəxtinin üzünə gülməsi anlamında işlənib. İndi də Azərbaycan türkləri arasında kiminsə şansı gətirəndə, işləri yoluna düşəndə «filankəsin qurdu uladı» ifadəsi işlənməkdədir. İdealı uğruna qorxmadan, dönmədən, sürəkli olaraq savaş aparan kimsə haqqında «qurd olub qurdlarla dolaşır» ifadəsi də işlənmişdir. Azərbaycanda «qurd ürəyi yemək» ifadəsi də yalnız son dərəcə cəsarətli insanlar haqqında deyilir. Ölməz şairimiz Şəhriyarın:
Qan var ikən qardaş deyib qaynardıq,
«Yoldaş məni qurd apardı» oynardıq -
- deməsi Azərbaycan türkləri arasında «Yoldaş məni qurd apardı» adlı oyunun mövcudluğundan xəbər verirsə, əski Azərbaycan türklərinin and içərkən;
«And olsun boz qurdun mübarək üzünə»,
«And olsun boz qurdun ruhuna»,
«Boz qurdun paklığı haqqı» və s. -
- söyləməsi,
«Boz qurd yuvanın ağzında ov etməz»
«Boz qurdu qoca görmə, gecə gör» - kimi atalar sözləri,
«Qarşına qurd çıxsa əlinə pay gələr»
yaxud;
Qurd getdi yazıya,
Meydan qaldı tazıya
və digər bu kimi məsəllər bu yurdda əskidən boz qurda (bozqurd ruhuna və özəlliyinə) nə qədər böyük önəm verildiyini anladır. Azərbaycan türkləri arasında «qurdla qiyamətə qalmaq» ifadəsi də var. Bu deyim hardan qaynaqlanır? Əski türklərin «Kalğançı çağ» adlandırdıqları qiyamət gününə inandıqlarını bilirik. «Kalğançı çağ»la bağlı bir inanca görə qiyamət günü güclü tufan olacaq və o zaman Tanrının yaratdığı nə varsa hər şey tufan qarşısında məhv olacaq. Təkcə, Qurd bu tufana duruş gətirəcək. Sonralar bu inancdan «qurdla qiyamətə qalmaq» ifadəsi yaranmışdır.
Boz qurdun ümumtürk və Azərbaycan türkünün tarixindəki yeri və mövqeyinə bir sıra alimlərimiz toxunub. Bu yöndə ən geniş araşdırmalar isə dəyərli aydınlarımız Mürsəl Həkimov və Mirəli Seyidova məxsusdur. Bu mövzuda adı çəkilən aydınlarımız ayrıca kitab yazıblar. Ancaq yeri gəlmişkən deyim ki, dəyərli alimimiz Mirəli Seyidovun əski türkün simvolu olan boz qurdla bağlı mövqeyi ilə razı deyiləm. Araşdırmlarında daha çox rus qaynaqlarına əsaslanan Mirəli Seyidovun yazdığına görə «qurd çox yayılmış totem olmuşdur». ( Bax:«Azərbaycan mifik təfəkkürünün qaynaqları» Bakı - 1983, səh. 29)
Azərbaycanın güneyli-quzeyli bir çox yerlərində qurdla bağlı xeyli sayda toponimlər də mövcuddur. Eyni zamanda ayrıca Qurd adlı türk boyunun olması ilə bağlı tutarlı qaynaqlar var:
«1177-ci ildə Misirdə Еyyubilər sülaləsinin hakimiyyətinin əsasını qоymuş Azərbaycan türkü Əli Səlahəddinin tayfa adı qurddur. Sultan Səlahəddinə siz kürdmüsünüz sualına о xеyr biz Azərbaycandanıq, əmim Şirkuh dеyərdi ki, Biz əz-zib ”“ yəni qurd tayfasındanıq. Görkəmli alim Əbülfəz Еlçibəy ərəb alimi Ibnin «Görkəmli adamların ölüm tarixi» (Vəfayat əl-Ayan) əsərində bu mənbəni axtarmış və alim Ibn bеlə məlumat vеrmişdir. Şirkuh dеmişdir ki, bizim nеsеbimiz (sоy kökümüz) Gök Bоri (Göy Qurd)-dir!» (Bax: B.Tuncay «Göytürk və Uyğurların etnogenezi ilə bağlı mifoloji motiv və süjetlərdə boz qurd kultu və türklərin ilkin ata yurdu») .

Haşiyə,
yaxud,
Mu qitəsi, Mauqli, qurd... və Moena

Elmi fərziyyələrə görə on minillər öncə sahəsi təxminən Avstraliya qitəsindən iki dəfə böyük olan Mu qitəsi mövcud olmuşdur. 12 - 14 min il öncə şiddətli Yer titrəyişlərindən okeanda batdığı ehtimal edilir. İngilis araşdırmaçı Ceyms Çööçvaad (James Churchward) itmiş qitə haqqında ardıcıl araşdırma aparmış və 50 min il öncə Mu qitəsinin yüksək inkişaf mərhələsində olduğu qənaətinə gəlmişdir. Araşdırmaçı 1930-cu illərdə Mu qitəsi haqqında 3 kitab nəşr etdirir. Bu kitablar müəllifin 50 illik araşdırmalarının sonucu idi. İngilis araşdırmaçısının hər üç kitabı Atatürkün oxuduğu kitablar arxivində idi. Ən əski türklərin on min illər öncə Mu qitəsində yaşaması son dönəmdə üzərində dayanılan və ehtimal verilən elmi fərziyyələrdən biridir. Ceyms Çööçvaadın 50 illik araşdırma sonucunda gəldiyi qənaətlərdən biri də Mu qitəsində yaşayanların tək Tanrı inancında olması idi. Araşdırmaçının Mu qitəsinin sakinləriylə bağlı digər qənaətləri ilə əski türkün yaşam tərzinin uyğunluğu Türklərin 50-70 min il öncə burada yaşamasına inanmağa əsas verən nədən ola bilər. Digər tərəfdən Atatürkün tapşırığı ilə Mu qitəsinin daha dərindən öyrənilməsinə başlanır və ümidverici sonuclar əldə olunur. Mu qitəsini araşdıran türk tarixçisi Tahsin Mayatepek Atatürkə və Türk Tarix Qurumuna hesabatlarında qənaətini yazırdı: «Əski türklərin ilk vətən və kökənləri indiyə qədər bildiyimiz üzrə Orta Asiya olmayıb Pasifik dənizində 200 min il mövcud olmadan sonra batmış olan Mu qitəsi olduğu və Orta Asiyaya, Mesapatomiyaya, Misirə Mu qitəsindən minlərlə il əvvəl gəlib Mudakı yüksək mədəniyyət, dil və dinlərini yaydıqları anlaşılır».
Maraqlıdır, Hindistan doğumlu məşhur ingilis yazıçısı Redyard Kiplinqin «Mauqli»si Ma uqli - Mu oğlu ola bilərdimi?! Yazıçının MUnun ən əski türk yurdu olduğunu və qurdlarla dostluq edən qurd xarakterli kişinin ancaq Mu oğlu - türk ola biləcəyi düşüncəsində olduğunumu bəlli edir?!
Və... İtaliyada əhalisi türkcə bir cümlə belə bilməyən, sakinlərinin sayı 3 min nəfərə yaxın olan bir kənd var. Hər il avqust ayında bu kənddə festival keşirilir. Əhalisi italyanlar olan bu kəndin adı MOENA, hər il düzənlənən festivalın adı isə «MOENA TÜRK FESTİVALI»dır.
MOENA - MU ANA sözündən törəmiş ola bilməzmi?! Məncə, düşünməyə dəyər...

Qurdun ölümü

19-cu yüzildə yaşamış fransız şairi və daramaturqu Alfred de Vigni «Qurdun ölümü» əsərində boz qurdun özgür ruhunu və ailəyə bağlılığını anladır, çox təsirli bir olayı dramatik biçimdə dilə gətirir:
Alfred de Vigni dostları ilə dağlara qurd ovuna çıxır. Gecə vaxtıdır, ancaq hava aydınlıqdır. Ovçular ard-arda düzülərək irəli doğru addımlayırlar. Ovçulardan biri yerdə pəncə izi görür. Bu iz az öncə iki balası ilə burdan keçən iki qurdun ayaq izləridir. Ovçular tüfənglərini və bıçaqlarını hazır vəziyyətə gətirirlər. Birdən qarşılarında gözləri par-par parıldayan qurdu görürlər. Bir az irəlidə qurdun balaları sakitcə oynamaqdaydılar. Heç bir qaçış yolu olmadığını anlayan erkək qurd ovçu köpəklərinin ən irisinə saldırır. Qurd dişlərini köpəyin boğazına keçirir və möhkəm sıxır. Ovçuların qurda ardıcıl atəş açmasına və bıçaq saplamasına baxmayaraq qurd köpəyin boğazını buraxmır. Sonda köpək ölür. Bədəninə bıçaq saplanmış və bir neçə güllə yarası almış qurd ağzından axan qanı dili ilə yalayıb son dəfə onu əhatəyə alan ovçulara baxır və sakitcə gözlərini yumur.
Dişi qurd və balaları artıq qaçıb qurtulmuşdular...

Və... «SORRY», Boz qurd!


Amerikada fəaliyyət göstərən Milli Coğrafiya Cəmiyyətinin (National Geographic Society) yayımladığı «National Geographic» dərgisində boz qurdlarla bağlı maraqlı bir yazı (Qaynaq: //turktarihivegercekler.blogcu.com/turkler-neden-mi-bozkurt/14588787) dərc edilib;
«...Dünyanın hər yerində ov etmiş, ölənə yaxın başına gələnlərdən kitab yazmış bir ovçunun anlatdıqlarından bəhs etmək istəyirəm. Əslində kitabı iki nəfər yazır və Ural dağlarında etdikləri bir ovdan bəhs edirlər.
Yeddi nəfərlik ovçu dəstəsi ov edərkən boz qurd sürüsü ilə rastlaşır. Ovçular sürüdəki bütün qurdları ovlamaq istəyir. Ovçuların olduğunu fərq edən qurd sürüsü lider qurdun ardınca meşəyə girir. Bütün sürü meşəyə girəndən sonra ovçular üç qurdun geri döndüyünü görürlər. Vurulmaqlarını gözləyirlərmiş kimi dayanıb dururlar. Qəzəblənəndə güclü çənəsinə arxalanaraq ayıya belə saldıran üç boz qurd doğal olaraq tüfənglərin qarşısında acizdilər. Ovçular qurdun üçünü də vurur. Sürünü əldən qaçırmaq istəməyən ovçular meşənin çox sıx və təhlükəli olduğunu bilsələr də sürünün ardınca düşürlər. Ovçulardan birini zəhərli ilan vurur və ovçular meşənin düşündüklərindən daha təhlükəli olduğunun fərqinə vararaq meşədən çıxırlar. Sürüyə yetişə bilmirlər yəni. Geriyə - vurduqları üç qurdu götürməyə gəlirlər. Bu zaman olayın yazarı ömür boyu unuda bilməyəcəyi bir olayla qarşılaşır; Qurdlardan biri ölmüş, digəri isə ağır yaralı olduğu üçün əzab çəkir. Digər qurd isə ağır yara almasına və ayaq üstə çox çətinliklə durmasına baxmayaraq, ölmüş və ölməkdə olan qurdları yemək üçün gələn dörd qara qurda diş qıcayır və onların ölmüş qurda yaxın düşməsinə imkan vermir. Ovçuları görən qara qurdlar qaçırlar. Onların uzaqlaşdığını görən yaralı boz qurd digər ağır yaralı olan boz qurda yaxınlaşır, boğazından yapışaraq öldürür və onun əzab çəkməsinə imkan vermir. Sonra özü də yıxılır və ölür. Ölən digər boz qurdun da boğazındakı diş izi, əzab çəkməməsi üçün öldürüldüyünü dərhal bəlli edirdi. Boz qurdun bu xarakteri bütün ovçuları heyran qoyur və onların - mərdlik simvolu olan boz qurdların dərisini soymağı yox, basdırmağı qərara alırlar. Boz qurdları basdırandan sonra -olayı yazan adam - dəqiqələrlə onların yerdə qalmış qanlarına baxır. Sonra bıçaqla qolunu kəsir və axan qanı ilə onların basdırıldığı torpaq üzərinə tək bircə söz yazır:
«SORRY»!
Namiq Hacıheydərli

Oxşar xəbərlər
12:00, Bu gün
COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşüb - FOTO
11:56, Bu gün
Bakıda təhlükəli anlar: Qaydaları pozub qəza törədən sürücü hadisə yerindən qaçdı - ANBAAN VİDEO
11:52, Bu gün
“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib - FOTO
11:50, Bu gün
İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edib - YENİLƏNİB
11:47, Bu gün
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
11:42, Bu gün
Bu gün Mir Cəlal Paşayevin doğum günüdür
11:38, Bu gün
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü
11:33, Bu gün
Milli ideyaların yaranması istiqamətində UNEC-də növbəti ictimai müzakirə: "Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan" - FOTO
11:28, Bu gün
Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB
11:25, Bu gün
Azərbaycanda latın əlifbası ilə yazılan ilk əlyazmanın saxlanıldığı muzeydən REPORTAJ - FOTO
11:23, Bu gün
Ana 3 yaşlı qızını caduya görə öldürdü
11:20, Bu gün
XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub - FOTO
11:19, Bu gün
İranda dörd məhkum edam edilib
11:17, Bu gün
Yasamalda tikili və obyektlərin fasadlarında alkopanların söküntüsünə başlanıldı - SƏBƏB MƏLUM DEYİL - VİDEO
11:15, Bu gün
Ukrayna Silahlı Qüvvələrinin məşhur qadın snayperi öldürülüb
11:11, Bu gün
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
11:08, Bu gün
Bakıda evdə meyit tapılıb
11:00, Bu gün
Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik
10:55, Bu gün
Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür
10:52, Bu gün
Ukraynada sabiq nazir həbs edilib
10:49, Bu gün
Deputat: Azərbaycanda əlilliyin təyin edilməsi ilə bağlı boşluq var
10:48, Bu gün
İrəvan Ermənistan və Azərbaycan XİN başçılarının Qazaxıstanda görüş imkanlarını nəzərdən keçirir
10:41, Bu gün
Bu qidalar ömrü qısaldır - DİQQƏTLİ OLUN
10:39, Bu gün
Yunanıstan Ukraynaya silah verməyəcəyini bəyan edib
10:36, Bu gün
Polisin “saxla” əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
10:33, Bu gün
NİİM əhaliyə müraciət etdi - VİDEO
10:30, Bu gün
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
10:20, Bu gün
Ombudsmanın əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlı illik hesabat hazırlamağı təklif edilib
10:18, Bu gün
"Dalğa-2024" birgə taktiki təlimi başa çatıb - FOTO/VİDEO
10:15, Bu gün
NİİM əhaliyə müraciət etdi - VİDEO
10:12, Bu gün
36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb
10:12, Bu gün
ABŞ-də ilk dəfə insana süni ürək və donuz böyrəyi implantasiya edilib - FOTO
10:11, Bu gün
Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO
10:10, Bu gün
Azərbaycanlı futbol mütəxəssisi “Barselona”nın prezidenti ilə görüşdü - FOTO
10:08, Bu gün
Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var
10:05, Bu gün
Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyənin “TRT Avaz” kanalı ilə ortaq layihələr həyata keçirəcək
10:00, Bu gün
"Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək" - "Cümü"yə 18 il həbs verildi
10:00, Bu gün
Nazirlərin may ayında vətəndaş qəbulu cədvəli açıqlanıb - SİYAHI
09:55, Bu gün
Bu xroniki xəstəliklər xərçəngə çevrilə bilər
09:50, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda YENİLİK
09:46, Bu gün
Millət vəkilinə ağır itki
09:37, Bu gün
Gündə bir insanın yoxa çıxdığı ən təhlükəli ölkə - VİDEO
09:29, Bu gün
"iPhone" satışları rekord səviyyəyə düşüb
09:23, Bu gün
Aprelin sonu iki bürcə ciddi problemlər gətirəcək
09:18, Bu gün
Dəhşətli avtobus qəzası: 13 ölü, 40 yaralı var
09:11, Bu gün
Türkiyənin nüvə dövlətinə çevrilməsi niyə əngəllənir?
09:00, Bu gün
Azərbaycanda general vəfat etdi
08:47, Bu gün
Minsk NATO-ya qarşı - Yeni hərbi doktrina qəbul edildi
08:36, Bu gün
Rusiya irəli gedir, ABŞ isə 2 ölkədən qoşunlarını ÇIXARIR
08:24, Bu gün
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
08:11, Bu gün
Suraxanı və Binə qəsəbəsi illər əvvəl - NADİR GÖRÜNTÜLƏR - VİDEO
07:57, Bu gün
Arıqlamaq istəyənlər hansı meyvələrdən imtina etməlidirlər?
07:55, Bu gün
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
07:53, Bu gün
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
07:45, Bu gün
“Bir telefon zəngi...”- Sikorski Ukraynadakı müharibəni bitirməyin yolunu söylədi...
07:00, Bu gün
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ
06:56, Bu gün
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
06:37, Bu gün
İsrail bombardmanından sonra 1 yaşlı uşağın üzünə 200 tikiş qoyuldu və əli kəsildi...-VİDEO
06:35, Bu gün
Daha 140 nəfər doğma Füzuli şəhərinə qayıdır - FOTO/VİDEO
06:20, Bu gün
Hər gün südlü çay içən qadın böyrəyini itirmək  təhlükəsi ilə üzləşib
01:32, Bu gün
KİV: Müharibədən qayıtmış Rusiya hərbçiləri ümumilikdə 100-dən çox insanı qətlə yetiriblər
01:09, Bu gün
FHN bu stansiyada təlim keçirəcək
01:02, Bu gün
ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır
01:01, Bu gün
Niderlandlı baş məşqçi “Liverpul”un onunla maraqlandığını təsdiqləyib
00:39, Bu gün
Bakıda avtomobil aşıb: Xəsarət alanlar var
25 Apr 2024 | 23:29
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
25 Apr 2024 | 23:25
FİFA və UEFA İspaniya klublarını beynəlxalq turnirlərdən kənarlaşdıra bilər
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 22:58
“Taliban” altı İran sərhədçisini saxlayıb
25 Apr 2024 | 22:56
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
25 Apr 2024 | 22:54
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:26
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
25 Apr 2024 | 21:36
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
25 Apr 2024 | 21:36
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
25 Apr 2024 | 21:34
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
25 Apr 2024 | 21:33
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
25 Apr 2024 | 21:31
Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var
25 Apr 2024 | 21:06
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
25 Apr 2024 | 21:05
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
25 Apr 2024 | 20:52
Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi
25 Apr 2024 | 20:47
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
25 Apr 2024 | 20:30
Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
25 Apr 2024 | 20:08
Şagirdlərin tətil günləri AÇIQLANDI
25 Apr 2024 | 20:05
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı
25 Apr 2024 | 19:55
SOCAR: “Azərbaycanda emissiyaların azaldılması üçün AGMR növbəti mühüm töhfə ola bilər” - FOTO
25 Apr 2024 | 19:50
Tanınmış müğənninin həyat yoldaşı iflic oldu - FOTO
25 Apr 2024 | 19:45
“... millət görsün kim kişidir, kim dişi...” - Talehə AĞIR CAVAB
25 Apr 2024 | 19:40
İranın 10-dan çox əyaləti daşqınlardan zərər çəkib - FOTO
25 Apr 2024 | 19:36
Quba sakinlərini qorxuya salan körpü təmir ediləcək? - VİDEO
25 Apr 2024 | 19:32
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
25 Apr 2024 | 19:28
Türkiyə kəşfiyyatı PKK-nın iki rəhbər şəxsini ələ KEÇİRDİ
25 Apr 2024 | 19:25
UNEC-in Kitabxana İnformasiya Mərkəzi yeni layihəyə start verir
25 Apr 2024 | 19:22
Prezidentin təyyarəsi Füzulidən Berlinə uçdu - FOTO
25 Apr 2024 | 19:20
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir - FOTOLAR
25 Apr 2024 | 19:15
Evliliklərinin yeddinci ilini qeyd etdilər - FOTO
25 Apr 2024 | 19:10
Kişi xəyanətini etiraf edən arvadını boğub öldürdü
GÜNLÜK
25 Apr 2024 | 12:45
İntihar edən baş pediatr atasının yanında dəfn edildi - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 15:34
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
25 Apr 2024 | 14:45
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 14:47
Elzanın keçmiş əri kameradan qaçdı - VİDEO
25 Apr 2024 | 14:29
TƏHMİNƏnin səsi: “Bu sirrin üstünü o açdı, canlı efirdə şok oldum...”
25 Apr 2024 | 17:40
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
25 Apr 2024 | 15:19
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 18:14
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
25 Apr 2024 | 17:22
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 13:14
Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya çağırış edib
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
AYLIQ
25 Apr 2024 | 12:45
İntihar edən baş pediatr atasının yanında dəfn edildi - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 15:34
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
25 Apr 2024 | 14:45
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 14:47
Elzanın keçmiş əri kameradan qaçdı - VİDEO
25 Apr 2024 | 14:29
TƏHMİNƏnin səsi: “Bu sirrin üstünü o açdı, canlı efirdə şok oldum...”
25 Apr 2024 | 17:40
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
25 Apr 2024 | 15:19
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 18:14
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
25 Apr 2024 | 17:22
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 13:14
Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya çağırış edib