Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli Moderator.az-a açıqlamasında AŞPA prezidentinin yaxın günlərdə Azərbaycana gözlənilən səfərini şərh edib:
“Azərbaycan
hakimiyyəti beynəlxalq ictimaiyyətin diqqətinin Ukraynaya yönəldiyi bir vaxtda
bundan istifadə edərək repressiyaları daha da genişləndirib. Ümid edirəm ki, bu
səfər hakimiyyət üçün bir siqnal olacaq. Ayrıca belə bir məlumat da yayılmışdır
ki, Avropa Şurasının rəhbərliyi siyasi məhbusların azad edilməsi ilə bağlı
hakimiyyətlə hansısa razılığa gəlib. Ola bilər bu səfər çərçivəsində vicdan məhbuslarının,
o cümlədən Tofiq Yaqublunun, Yadigar Sadıxovun, Fərəc Kərimlinin, Leyla
Yunusun, Arif Yunusun, İlqar Məmmədovun və digərlərinin azad edilməsi istiqamətində
danışıqlar aparılacaq”.
Seymur
Əliyev